Cəmiyyət

Qurani-kərimdə işlədilən “səkinə” sözünün mənası nədir?

21 Aprel 2015 22:05
5 Şərh     Baxış: 18 052
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Milli.Az islam.az-a istinadən bildirir ki, Qurani-kərimin "Fəth" surəsinin 4-cü ayəsində buyurulur: "Möminlərin imanı üstünə iman artırmaq üçün onların ürəklərinə (öz dərgahından) səkinə göndərən Odur". Bu sözün mənası barədə alimlər fərqli fikirlər irəli sürmüşlər. Lüğəti mənada "səkinə" aramlıq, sakitlik mənasını verir. Allah-təala öz sevimli bəndələrinin qəlbinə çətinlik anında arxayınlıq və rahatlıq bəxş edir, onları ruhdan düşməyə qoymur.

Bəzi alimlər "səkinə" sözünü arxayınlıq və güvən hissi kimi, bəziləri də iman mənasında təfsir etmişlər. Bəzi rəvayətlərə görə səkinə - behiştdə əsən sərin mehin (küləyin) adıdır. Allah onu insan qiyafəsinə salaraq, onun vasitəsilə öz mömin bəndələrinə yardım edər.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.