Cəmiyyət

Günəş tutulması və ayat namazı

31 Mart 2015 18:58
0 Şərh     Baxış: 1 316
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əgər Günəş tutulması astronomlar tərəfindən xəbər verilərsə, amma o bölgədə hiss olunmazsa, ayat namazını qılmaq vacibdirmi?

Milli.Az islam.az-a istinadən bildirir ki, Günəş və Ay tutulması istər bütöv, istərsə də qismən baş verərsə, ayat namazını qılmaq lazımdır. Əgər bu hadisələr insanların qorxmasına səbəb olmasa belə, yenə ayat namazı qılınmalıdır.
 

Həmçinin, əgər Günəş və Ay tutulması astronomlar tərəfindən xəbər verilərsə və insan onların sözünə etibar edərsə (yəni astronomların sözü insanda inam yaradarsa), bu halda deyilən vaxtda ayat namazı qılmalıdır.
 

Əgər astronomların sözünə əhəmiyət verməsə, lakin sonra onların sözünün düzgün olduğu aşkara çıxsa və məlum olsa ki, Günəş ya Ay deyilən vaxt həqiqətən bütöv tutulubmuş, vaxtı keçsə belə, ayat namazı qılınmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.