Cəmiyyət

İtaliya ictimaiyyəti Xocalı soyqırımı barədə məlumatlandırılıb - FOTO

27 Fevral 2015 19:50
Baxış: 904
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Romada "Xocalıya ədalət" kampaniyası çərçivəsində aksiya keçirilib. Azərbaycanın İtaliyadakı səfirliyinin və İtaliya-Azərbaycan Gənclər Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilmiş aksiyanın məqsədi Xocalı soyqırımı ilə bağlı həqiqətləri İtaliya ictimaiyyətinə və turistlərə çatdırmaq olub.
 

Aksiya zamanı üzərində "Justice for Khojaly" yazılmış geyimlərdə olan azərbaycanlı tələbələr Romanın mərkəzi küçələrində şəhər sakinlərinin diqqətini Ermənistan tərəfindən Xocalıda əliyalın, silahsız insanlara qarşı törədilmiş vəhşiliklərə cəlb edib. Belə ki, aksiya çərçivəsində soyqırımı əks etdirən fotolar nümayiş etdirilib, qətliam haqqında italyan və ingilis dillərində nəşr olunmuş broşürlər paylanılıb.
 

"Light a Fire to Fight the Liar" ("Yalanla mübarizə üçün alov yandır") şüarı əks olunan bannerlərlə bir araya gələn tələbələrimiz şəhər sakinlərinin Xocalı faciəsinə dair çoxsaylı suallarını cavablandırıb, soyqırım haqqında ətraflı məlumat veriblər.
 

"Xocalıya ədalət" beynəlxalq məlumatlandırma kampaniyası Heydər Əliyev Fondunun vitse-prezidenti və İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü 2009-cu ildən keçirilir və hazırda 50-dən artıq ölkədə mütəmadi əsasda fəaliyyət göstərir. Xocalı faciəsinə beynəlxalq səviyyədə siyasi-mənəvi və hüquqi qiymətin verilməsi məqsədini daşıyan kampaniya nəticəsində dünyanın bir sıra parlamentləri, həmçinin İƏT Xarici İşlər Nazirləri Şurası və İƏT Parlament İttifaqı tərəfindən Xocalı qətliamı soyqırım aktı və insanlığa qarşı cinayət kimi tanınıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.