Dövlət Miqrasiya Xidməti Azərbaycan Tibb Universitetində təhsil alan əcnəbi tələbələrə xəbərdarlıq edib.
Universitetdən Trend-ə verilən məlumata görə, Dövlət Miqrasiya Xidmətinin Baş idarə rəisi Vahid Qəhrəmanov universitetdə təhsil alan əcnəbi tələbələrlə görüşüb. Görüş zamanı qeyd olunub ki, Azərbaycanda 10 gündən artıq yaşamaq istəyən əcnəbi vətəndaş, həmçinin tələbə ölkəyə gəldiyi gündən olduğu yer üzrə qeydiyyata alınmalıdır. Prosedur qaydası isə çox sadədir. Pasportun yalnız şəkil olan və ölkə ərazisinə girişin Dövlət Sərhəd Xidməti tərəfindən təsdiq edilmiş səhifəsinin surəti tələb olunur. Azərbaycanda qanuni əsaslarla olduğu müddətdə əcnəbilərə müvəqqəti yaşamaq üçün 1 il müddətinə icazə verilir. Tələbələrə dövlət rüsumunda xeyli güzəşt edilir. Belə ki, 1 illik yaşamaq üçün icazə alan əcnəbilər 120 manat ödədiyi halda, tələbələr üçün bu məbləğ 40 manatdır.
İdarə rəisi bildirib ki, Əmək Məcəlləsində və digər qanunlara görə, vətəndaşlığı olmayan şəxslər təhsil müddətində əmək fəaliyyəti ilə məşğul ola bilməz:
"Yəni xarici ölkə vətəndaşı hansı məqsədlə gəlibsə, o məqsədlə də yaşamalıdır. Bəzən əcnəbi tələbələr təhsil haqqını ödəyə bilmədikləri üçün işlədiklərini deyirlər. Buna baxmayaraq, belə hallar aşkarlanarsa, əcnəbi tələbəni işə götürən hüquqi şəxs 30 000-35 000, sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər isə 3000-5000 manat məbləğində cərimə oluna bilərlər. Yaşayış yeri, qeydiyyatla bağlı qanunun tələblərini pozan əcnəbilərin özləri isə 300-400 manat məbləğində cərimə ödəməlidirlər. Əgər son 3 il ərzində qanun pozuntuları 2 dəfə təkrarlanarsa, həmin şəxslər ölkədən məcburi çıxarılır, onların ölkəyə girişinə məhdudiyyət qoyulur. Hər bir əcnəbi vətəndaş ölkəmizdə yaşamaq imkanını leqallaşdırmalıdır".
V.Qəhrəmanov görüş iştirakçılarının suallarını da cavablandıraraq rezidentura təhsili alan əcnəbilərin haqqı ödənilməyən əmək fəaliyyəti ilə məşğul olmasında heç bir qanun pozuntusu görmədiyini vurğulayıb: "Onu da əlavə edib ki, xaricdən 2-4 həftə müddətinə mühazirə deməyə gələn professor və müəllimlər iş icazəsi almaqdan azaddırlar. Çünki bu məsələlər səfirliklər səviyyəsində həll olunur".
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Cəmiyyət
Miqrasiya Xidmətindən əcnəbi tələbələrə xəbərdarlıq - FOTO
27 Fevral 2015 16:53
1 Şərh
Baxış: 1 040
DİGƏR XƏBƏRLƏR
- Bakıda təhlükə saçan lüks avtomobilin sürücüsü ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
- 18 yaşlı Lamiyə yaşlı qonşu kişiyə qoşulub qaçdı - VİDEO - FOTO
- "Cığır" romanı Türkiyə türkcəsində ikinci dəfə çap edildi
- Ərinə əsəbiləşən qadın küçənin ortasında SOYUNDU - VİDEO
- 12 yaşına qədər uşaqlar ön oturacaqda əyləşə bilərlər? - VİDEO
- Günün qoroskopu: asan gün deyil
XƏBƏR LENTİ
- İlk dəfə yeni doğulan oğlu ilə FOTO paylaşdı
- Finlandiya Prezidenti COP29-da iştirak edəcək
- Dənizaşırı ölkələrin COP29-da iştirakı ilə bağlı danışıqlar aparılır - Abbas Abbasov
- Coşqun Diniyevin paylaşımı başına BƏLA OLUB - VİDEO
- Toydan 12 gün sonra "gəlin" ilə bağlı üzə çıxan gerçəklər hamını şoka saldı
- Finlandiyanın dövlət başçısı İlham Əliyevə zəng edib
- Pakistan Baş naziri Ceyhun Bayramovu qəbul edib
- Putin Matviyenkonu təltif etdi
- Ən yaxşı xasiyyətli bürclər - Hamı onları sevir
- Ərdoğan: Ermənistana xaricdən qəzəl oxuyanlar... - VİDEO
- Tunar Rəhman xanımı Ülviyyə ilə - VİDEO
- İranda prezidentliyə 3 namizəd qeydə alındı
- Bakıda təhlükə saçan lüks avtomobilin sürücüsü ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
- İlham Əliyevə təbriklər gəlməkdə davam edir
- Azərbaycanın Açıq Büdcə İndeksində mühüm irəliləyişi ardıcıl fəaliyyətin nəticəsidir - İnqilab Əhmədov
- Xarici qonaqlar Zəngilanda bərpa işləri ilə tanış olublar - FOTO
- 63 yaşlı məşhur aktyor dördüncü dəfə evlənir - FOTO
- Peter Stano Bakıya maskalı üzünü tutdu
- Aİ-dən 150-dən çox ailəyə hörmətsizlik - əfv sərəncamına kölgə salmaq cəhdi
- Yuxuda yolunu azmaq nə deməkdir?
- Çempionda ilk ayrılıq
- Malakan bağı belə abadlaşdırılır - Yeni FOTOlar
- Əməkdar və Xalq artistləri hər ay nə qədər təqaüd alır?
- Dövlət Uşaq Filarmoniyasında “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” qeyd olundu - FOTO