Cəmiyyət

Tovuzun "Xan sarayı"... - FOTO

27 Fevral 2015 16:04
0 Şərh     Baxış: 2 286
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Tovuzun Yuxarı Öysüzlü kəndi qədim yaşayış məskəni olmaqla yanaşı fərqli yaşayış evləri, qədim abidələri ilə də zəngindi. Kənddə bəy evləri ilə yanaşı sənətkarların öz əl əməyi ilə tikdiyi yüz ildən artıq yaşı olan binalar da mövcuddur.

Təxminən 110 il öncə Məhəmməd kişinin kənd sakinləri ilə birgə tikib qurduğu ev hazırda istifadəyə yararsız olsa da, fərqli tikilişi ilə diqqət çəkir. Sənətkarın nəvələrinin sözlərinə görə, bu əzəmətli binanın tikintisində mismardan istifadə edilməyib. Kəpəz TV (Region TV) xəbər verir ki, qeyri-adi naxışları ilə seçilən iki mərtəbəli yaşayış evi 6 otaqdan ibarətdi. Ötən əsrin 90-cı illərinə qədər Məhəmməd kişinin törəmələri burada yaşasa da, mənfur ermənilərin açdığı atəş nəticəsində evə mərmi dəyib. Nəticədə bina təhlükəli vəziyyətə düşüb.

Kənd sakinlərinin sözlərinə görə, 25 il öncəyə qədər şərait yaxşı olduğundan Rusiyadan və digər ölkələrdən gələn qonaqlar əsas da müəllimlər burada yerləşdiriliblər. Hazırda təhlükəli vəziyyət ilə könül sızladan qədim binanın bərpaya ehtiyac var.

Mülkün sahibləri olan Yuxarı Öysüzlü kənd sakinləri yaşayış evini bərpa etməyi həm maddi baxımdan, həm də binanın əvvəlki görkəmini saxlamaq cəhətdən çətin olduğunu nəzərə alıb evi dövlətin balansına keçirib, muzey kimi faliyyət göstərməsini təklif edirlər. Onların fikrincə, aidiyyəti qurumlar əraziyə baxış keçirib, qədim binanı məhv olmaqdan qurtara bilərlər.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.