Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Körpənin 40-dan çıxması: kiçik məclislər böyüyür
11 Fevral 2015 12:43
1 Şərh
Baxış: 171 543
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əvvəllər məclis dedikdə ağla hər hansı bir önəmli hadisənin qeyd edilməsi, bu münasibətlə dost-tanışın bir məkana yığılması, əylənmək, yemək-içmək gəlirdi. Zaman keçdikcə məclislərin həcmi ilə yanaşı, mahiyyəti də dəyişməyə başladı. Artıq körpələrin 40 mərasimləri də şadlıq evlərinin siyahılarındadır.
İnanclara görə, körpə doğumundan 40 gün sonra həyatının ikinci mərhələsinə qədəm qoyur. Bu mərhələdə artıq körpəni görməyə gələnlərin sayı artır, onun "çilləyə düşmək" kimi bir qorxusu olmur. İlk 40 çimizdirilməsindən sonra körpənin yeni həyatı da başlamış olur və necə deyərlər, çöl-bayır üzü görməyə başlayır. Bu mərasim əvvəllər sadəcə, ailə arasında qeyd olunurdusa, artıq körpələrin 40-dan çıxması da şadlıq evlərinə köçürülür.
Ümumiyyətlə, dində körpənin 40-dan çıxması deyilən bir şey yoxdur. Körpə ana bətnindən ayrıldığı andan etibarən həkim və nəzarətçilər də daxil olmaqla onu onlarla insan görür və evə buraxıldıqdan sonra körpənin 40-lı adı altında qohum-əqrəbadan gizlədilməsi absurd fikirdir. İlahiyyatçı hacı Kamil deyir ki, onsuz da islamda ifratçılıq, şişirdilmiş məclislər, açılan zəngin süfrələr məqbul deyil. Körpələrin 40 məclisi qeydindən isə ümumiyyətlə, danışmağa dəyməz, çünki bu, sadəcə göstərişdir ki, islam da bu cür göstəriş və zənginlik nümayişini rədd edir: "İslamda körpənin 40 qüsulu yoxdur. Qüsul namaz qılan insanlar üçün vacibdir. Azyaşlı uşaqların qüsul almasına ehtiyac yoxdur. Hələ dünyaya yeni gəlmiş körpənin qüsulundan danışmaq belə yersizdir. Bu səbəbdən 40 hamamı, qüsul, uşağın təmizlənməsi kimi söhbətlər boşdur. Qurulan məclislər isə xoş deyil".
Son zamanlar şadlıq evlərinin banket zalları sadəcə ad günü qeydləri və körpə 40-ları ilə doludur. Bunu bizimlə söhbətdə Bakıdakı şadlıq evlərinin birinin administratoru Hacı Rəsulov deyir. Onun sözlərinə görə, əvvəllər banket zalları xına və nişan üçün tutulurdusa, artıq "banketni"lər xına və nişana gələn adamları tutmur. 100 nəfərdən çox qonaq ilə keçirilən məclislər orta və ya böyük zal üçün münasib olur. Bu zaman stol deyil, zal qiyməti danışılır. Banketlər isə daha kiçik məclisləri yola salmaq üçün hazırlanır: "Sadəcə, bu ay kiçik banket zalımızda 6 ad günü, 4 körpə 40 məclisi, 1 nişan və 1 iş yeri qonaqlığı var. 40 məclisləri də ad günü kimi hazırlanır. Süfrəyə az yemək verilir. Üstünlük əsasən çay süfrəsinədir. Simvolik olaraq kəllə qənd mərasimi ilə yekunlaşan məclislərdə ən az 30 adam iştirak edir. Ümumilikdə məclis 2-3 saat çəkir. Qiymət isə menyudan, keçiriləcək formatdan asılıdır".
Şəhər əhalisindən kimisi bu cür məclisləri yersiz adlandırır, kimisi isə məkanın deyil, məclisin önəmli olduğu fikrindədir. Şəhər sakini Səkinə Bağırovanın sözlərinə görə, hər iki oğlunda kiçik toy edilməməsi üçün ailə basqısı görüb. Məhz bu səbəbdən ailə içi keçirilən məclis çox soyuq yekunlaşıb. İndi nəvələrinə 40 məclisi edən S.Bağırova bunun heç də pis bir əməl olmadığı fikrindədir: "Onsuz da körpə dünyaya gəldikdən sonra 40 gün müddətində onu heç kim ziyarət etmir. Daha sonra evə axın edənlərin də ardı-arası kəsilmir. Bu məclislər pul yığmaq və s. məqsədi güdmür. Onsuz da evə gələn də hədiyyə ilə gəlir. Uşaq üçün də xatirə qalır, bunda pis heç nə görmürəm".
Ekspertlər də şadlıq evlərində 40 mərasimi və elçilik mərasimlərinin təmtəraqlı şəkildə keçirilməsinin qarşısının alınmasını vacib hesab edir. Məsələyə münasibət bildirən sosial sahə üzrə ekspert Səbuhi Əliyevin fikrincə, sadəcə toy məcılisindən başqa, qalan məclislərin şadlıq evinə daşınması düzgün deyil: "Şadlıq evlərinə qadağan edilməlidir ki, onlar toy məclislərindən başqa heç bir məclisi qəbul etməsinlər. Bu gün ailələrə gələn hər 5 dəvətnamədən 3-ü boş dəvətnamələrdir. Ya sünnətə, ya 40 çayına, ya da elçilik şahidliyinə çağırılır. Gözümlə görməsəydim, elçilik mərasiminin də şadlıq evində keçirildiyinə inanmazdım. Bu gün hətta bu məclis üçün də banket sifariş edənlər var və bu hal artıq qarşısıalınmaz bir yola girmiş haldadır".
Ekspress.az

DİGƏR XƏBƏRLƏR
-
Qız evinin hədiyyəsi bəyi sevincdən "UÇURTDU" - VİDEO
-
Toyda gəlinin uşağa kobud reaksiyası MÜZAKİRƏ YARATDI - VİDEO
-
Türk xanımın azərbaycanlı taksi sürücüsü barədə dedikləri VİRAL OLDU: "Həyatım boyu unutmayacağam" - VİDEO
-
Bayrama görə pensiya və sosial ödənişlər bu tarixdə veriləcək
-
Bakı WUF13-ü qarşılamağa hazırdır - WUF13 Azerbaijan
-
Azərbaycanda 4 günlük iş həftəsi tətbiq OLUNUR?
XƏBƏR LENTİ
-
Magistraturalara qəbul imtahanının ikinci cəhdi keçirildi
-
Sağlamlığa ən az ziyan vuran çörək BUDUR
-
“Bavariya”dan yeni REKORD
-
Slovakiya Baş nazirinin müavini Azərbaycana səfərə gəlib - FOTO
-
Afət Kəmalə Günəşlinin həmin VİDEOsundan danışdı
-
Sabah da intevsiv yağış yağacaq
-
İlham Əliyev Oljas Süleymenovu təbrik edib
-
Qız evinin hədiyyəsi bəyi sevincdən "UÇURTDU" - VİDEO
-
WUF13-də Vətəndaş Təşəbbüsləri və Vətəndaş Cəmiyyəti Təşkilatlarının Assambleyasının açılış sessiyası keçirilir
-
Bakı beynəlxalq miqyasda digər şəhərlərə nümunə ola bilər - CAR rəsmisi
-
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib - FOTO
-
Türk müğənni qalmaqallı bələdiyyə sədrinə ƏRƏ GEDİR - FOTO
-
Ağır QƏZA: 3 ölü və yaralılar var - FOTOlar
-
İntensiv yağışın fəsadları aradan qaldırılır - FOTO
-
Azərbaycanda 79 şəhərdən 68-nin Baş planı yenilənib - Anar Quliyev
-
Mourinyo "Real" üçün "Barselona"nın bu oyunçusunu İSTƏYİR
-
Pakistanlı nazir: Azərbaycan qlobal şəhərsalma həllərində liderlik nümayiş etdirir
-
WUF14 Mexikoda keçiriləcək
-
Kəmalə Günəşlinin arxiv VİDEOsu yayıldı: "Yenə pul qoyurdular..." - VİDEO
-
Meloni səfərini yarımçıq qoyub təcili İtaliyaya qayıtdı
-
Türk məşhur Sumqayıta gəlib, izləyicilərini Afrikadadır deyə, ALDATDI - FOTOlar
-
AZAL: Naxçıvan Beynəlxalq Hava Limanı ilə bağlı yayılan görüntülər həqiqət deyil - VİDEO
-
Toyda gəlinin uşağa kobud reaksiyası MÜZAKİRƏ YARATDI - VİDEO
-
Dayanıqlı şəhərlər və zəlzələyə davamlı infrastruktur prioritetdir - Yaponiya rəsmisi