Fevralın 8-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecəyə doğru bəzi yerlərdə havanın yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzərTAc-a verilən məlumata görə, şimal küləyi əsəcək, arabir 16-20 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 2-4° isti, gündüz 6-9° isti, Bakıda gecə 2-4° isti, gündüz 7-9° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 754 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və axşam 80-85, gündüz 60-65 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Temperaturun gecə 0-5° şaxta, bəzi yerlərdə 3°-dək isti, gündüz 9-14° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacaq. Axşama doğru bəzi yerlərdə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir 20-25 m/s-dək güclənəcək. Temperaturun gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacaq. Axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir 20-25 m/s-dək güclənəcək. Temperaturun gecə 0-5° isti, gündüz 9-14° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacaq. Axşama doğru bəzi yerlərdə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir 20-25 m/s-dək güclənəcək.
Temperaturun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti,
dağlarda gecə 2-7° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacaq. Axşam bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir 18-23 m/s-dək güclənəcək. Temperaturun gecə 1-6° isti, gündüz 9-14° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacaq. Axşama doğru bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək, arabir 15-20 m/s-dək güclənəcək. Temperaturun gecə 3-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 1-5° isti olacağı gözlənilir.
Milli.Az
Cəmiyyət
Hava dumanlı və yağıntılı olacaq
8 Fevral 2015 00:05
17 Şərh
Baxış: 6 101
DİGƏR XƏBƏRLƏR
- 10 il əvvəl və indi: xaricdən pul alma və "yuma"nın "seçki" pərdəsi – TƏFƏRRÜAT
- Günün qoroskopu: Süst və tənbəl olmayın
- Deputat yeni "möhtəşəm" müsahibə verdi - VİDEO
- Motosikletdə sıxılı vəziyyətdə qalan sürücü belə xilas edildi - VİDEO
- Paytaxtda sürücü atı maşının arxasına bağlayıb yol boyu apardı - VİDEO
- İşçi pozulmuş hüquqlarının bərpası üçün hara müraciət etməlidir?
XƏBƏR LENTİ
- Maaşın saat hesabı ilə ödənməsi işçiyə sərf edir?
- Bir-birilərini məhkəməylə hədələdilər! - Ağır ittihamlar
- Ruslar yenidən hərbi texnikalarını Belarusa göndərir
- Kürdəmirdə narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb
- FHN Bakıda gül mağazasında baş vermiş yanğınla bağlı məlumat yayıb
- Bakıda yolu keçən gənc qızı avtomobil vurub
- Yatmazdan əvvəl bunu etmək sağlamlığınıza zərər verə bilər - Həkim AÇIQLADI
- Zaur Baxşəliyevin ailəsində xoş gün - VİDEO
- “Yuventus” 15-ci dəfə İtaliya kubokunu qazanıb
- Tavuşda niyə 1976-cı il xəritəsi əsas götürüldü? – İrəvanın izahı
- Robert Fitsoya neçə güllə atılıb? - Nazir
- Parlament baş nazirə görə iclasları təxirə saldı
- Devid Kopperfild təcavüzdə günahlandırılır
- 10 il əvvəl və indi: xaricdən pul alma və "yuma"nın "seçki" pərdəsi – TƏFƏRRÜAT
- Bakıda keçiriləcək Avropa çempionatının biletləri satışda
- Mədə üçün ən faydalı ədviyyat: qastritin dərmanı...
- Fitsonun həyati təhlükəsi… - Baş nazirin müavini
- İngiltərədə VAR sistemi ləğv edilə bilər
- Nurəddin Mehdixanlının nəvələri - FOTO
- Fitsonun güllələnməsindən şoka düşdüm - Makron
- Putini Çində fəxri qarovul dəstəsi qarşıladı
- Tahir Baxşıyev: “İkinci oyun daha çətin olacaq”
- “Ağ çiçəyim”in külə dönməsinin səbəbi açıqlandı
- Bakıda iki avtomobil toqquşub, 39 yaşlı qadın xəsarət alıb