Cəmiyyət

"Kanal S" Qaxda rəqəmsal yayımla yüksək keyfiyyətlə izlənə biləcək - VİDEO

21 Yanvar 2015 11:42
Baxış: 650
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Rəqəmsal yayım ilk növbədə mükəmməl görüntü və səs effektləri deməkdir. Bundan əlavə, rəqəmsal yayım kənar təsirlərə daha cox davamlıdır. Bu keyfiyyətlərə görə, Qax sakinləri də digər kanallar kimi "Kanal S"-in rəqəmsal yayıma keçməsini səbirsizliklə gözləyirlər.

"KANAL S" (Region TV)  xəbər verir ki, artıq "Kanal S" də Qaxda rəqəmsal yayımla yüksək keyfiyyətlə izlənə biləcək. Bu isə öz növbəsində Qaxda rəqəmsal yayımı dəstəkləməyən televizorlar üçün dekoderlər satışına öz təsirini göstərib. Satıcıların sözlərinə görə, dekoderlərin alıcıları var və günü-gündən də onların sayı artmaqdadır. Rəqəmsal yayımı həyata keçirən aparatlar isə digər müxtəlif funksiyaları da yerinə yetirə bilər. Rəqəmsal yayıma qoşulmaqla abonentlər elektron proqram bələdçisinin xidmətlərindən istifadə edə bilərlər. Həmin aparatlarda bəzi kanalların şifrələnməsi funksiyası mövcuddur. Yəni valideynlər bəzi kanalları azyaşlı uşaqlar üçün  xüsusi kodlar vasitəsilə kilidləyə bilərlər. Bu və digər imkanları olan dekoderlərdən istifadə isə ən əsası, telekanalları daha keyfiyyətli şəkildə izləməyə imkan verəcək.

Onu da qeyd edək ki, rəqəmsal yayıma keçən "Kanal S"in efirinin parametrləri isə dəyişməyəcək. Şəki şəhərində 51, Təpəcənnətdə 54, Zaqatalada  21-ci, İsmayıllıda isə 59-cu kanalda izləmək mümkün olacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.