Cəmiyyət

Rusiyada azərbaycanlı komandirə qarşı böyük hörmətsizlik!

14 Yanvar 2015 22:50
1 Şərh     Baxış: 3 786
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Yaltada yaşayan azərbaycanlılar etiraz aksiyası keçirib
Yalta şəhərindəki 1944-cü ildə Yaltanı faşistlərdən xilas edən 323-cü atıcı alayının komandiri Cəlil Nəcəfovun xatirə lövhəsinin olduğu park dağıdılıb.

Milli.Az xəbər verir ki, bu barədə anspress-ə Yaltada yaşayan azərbaycanlılar məlumat verib.

Bildirilir ki, parkda dağıntı işləri bir neçə gündür ki, davam edir. Park yerlə bir edilib, Cəlil Nəcəfovun xatirə lövhəsi dağıdılıb. Parkın yerində hündürmərtəbəli binanın tikiləcəyi deyilir.

Burada yaşayan azərbaycanlılar etiraz aksiyası keçiriblər. Lakin bu, heç bir nəticə verməyib. Onlar Azərbaycan diasporunun məsələyə qarışmasını tələb edirlər.

Qeyd edək ki, 2013-cü ildə Yalta şəhərindəki mərkəzi parkların birində 1944-cü ildə Yaltanı faşistlərdən xilas edən 323-cü atıcı alayının komandiri Cəlil Nəcəfovun xatirə lövhəsinin təntənəli açılış mərasimi keçirilmişdi. Həmin vaxt Krım Ukraynanın tərkibində olub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.