Cəmiyyət

Məktəblərdə müəllim və şagirdlərin təhlükəsizliyi necə təmin olunur?

14 Yanvar 2015 17:36
0 Şərh     Baxış: 1 281
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Yevlaxda məktəblərin təhlükəsizliyini qismən də olsa, təmin etmək üçün alternativ variant kimi əksər təhsil ocaqlarının giriş qapısında xadimələr dayanır. Milli.Az El TV-yə ( Region TV) istinadən xəbər verir ki, onlar məktəbə daxil olan kənar şəxslər barədə direktora məlumat verirlər. Hər hansı bir bədbəxt hadisə zamanı bu qadınların məktəbin təhlükəsizliyini təmin edə biləcəyi isə sual doğurur.

"Ümumi götürəndə buna qənaətbəxş demək olmaz. Amma məktəblərdə təhlükəsizliklə bağlı müəyyən tədbirlər keçirilir", deyə Yevlax şəhər Təhsil Şöbəsinin müdir müavini Fəyaz Vəliyev bildirib. Mütəxəssislər deyirlər ki, məktəblərdə təhlükəsizliyin təmin olunmasında nəzarət kameraları da mühüm rol oynaya bilər. Lakin Yevlaxda hələlik heç bir məktəbdə belə kamera yoxdur. Məktəblərdə şagirdlərin təhlükəsizliyi ilə bağlı məsələdən ən çox narahat olanlar isə valideynlərdirlər.

Onlar deyirlər ki, övladlarının təhlükəsiz bir şəraitdə təhsil almaları çox vacibdir. Bildirək ki, Yevlax rayonu üzrə 58 məktəb fəaliyyət göstərir. Təhsil Şöbəsindən verilən məlumata görə, bu vaxta qədər məktəblərdə heç bir bədbəxt hadisə qeydə alınmayıb. Buna baxmayaraq, məktəblərdə təhlükəsizliyin təminatı məsələsi qarşıda duran mühüm vəzifələrdən biri olaraq qalır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.