Cəmiyyət

Subaylar üçün bütün həqiqətlər: Bakıda toy hazırlığı neçəyə başa gəlir? - FOTO

14 Yanvar 2015 13:26
9 Şərh     Baxış: 10 851
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Toy mövsümü yenidən başladı. Yenidən küçələrdə gözəl toy karvanları görmək olacaq. Toy mövsümündə subayları ən çox narahat edən mövzuya toxunmaq yerinə düşərdi: Subaylığın son gününü keçirmək neçəyə başa gəlir?

Milli.Az xəbər verir ki, Day.Az saytı bu sualın cavabını tapmaq üçün araşdırma aparıb.

İlk öncə toyda olması vacib olan şeylərdən başlayaq. Nişandan sonra alış-verişlər başlayır. Çünki toydan öncə əsas xərclər, ənənəyə görə, gəlin evinə aparılan xonçalara və onların doldurulmasına gedir.

Bəs xonçanı doldurmaq neçəyə başa gəlir? Xərclər səbətlərin özündən başlayır. Əgər əvvəllər sadə səbətlər alınır və evdə bəzədilirdisə, indi hamı ustaların düzəltdiyi hazır xonçalara can atır. Belə səbətlərin qiymətləri 10 manatdan başlayır, 200 manata qədər gedir.

Xonçaların bəzədilməsi üçün xərclər isə 100 manatdan başlayır. Ancaq bu məsələ də zövqə görə dəyişir. Xonçalar adətən şirniyyat, paltar, alt paltarı, kosmetika, hamam ləvazimatları və s. ilə doldurulur. Bu zaman ucuz şirniyyatı heç kim seçmək istəmir. Yaxşı şirniyyatın qiymətləri isə minimum 20 manatdan başlayır.

Paltar və alt paltarını, ənənəyə görə, gəlin özü seçir. Bu səbəbdən də qiymət gəlinin zövqünə görə dəyişir. Bir xonça 100 manata qədər başa gələ bilər.

Gəlinlik paltarının kirayəsi üçün isə minimum 200 manat xərcləmək gərəkdir. Bu da bir neçə dəfə işlənmiş paltarlara aiddir. Təzə paltarı kirayə götürmək üçün minimum 700 manat lazımdır.

Üzüklərin qiymətləri də fərqlidir. Sadə üzük 300 manat, brilyant qaşlı üzüklər isə 500 manatdan başlayır.

Gəlin maşınının kirayəsi üçün isə minimum qiymət 150-200 manatdır.

Toyla bağlı Azərbaycanda yaranan yeni ənənələrdən biri də fotosessiya və videoçarxdır. Peşəkar fotoqrafların xidmətləri 50 manatdan başlayır, 1000-2000 manata qədər davam edir.

Bəzi cütlüklər nikah mərasimini şadlıq evində keçirmək istəyirlər. Belə xidmətin haqqı isə ASAN xidmətlərdə 80 manatadır.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.