Memar İlqar Əliyevin Milli.Az-a müsahibəsi.
- Azərbaycanı dünyada layiqincə tanıdırsınız. Bir il öncə "Bütün ailə üçün böyük ev" layihəniz təşkilatçısı "American Institute of Building Design" olan American Residential Design Awards müsabiqəsinin "Konseptual dizayn" nominasiyasında qalib olub. Bu yaxınlarda bu uğuru təkrarlamaq fikriniz varmı?
- Mən "American Institute of Building Design"ın təşkil etdiyi və dünyanın 47 ölkəsinin iştirak etdiyi beynəlxalq müsabiqədə hər il iştirak edirəm. Yeganə bu il işlərimdən birini göndərə bilmədim o səbəbdən ki, bu müsabiqə yay ayına düşür və bu il Bakı şəhərində Azərbaycan Memarlıq və İnşaat Universitetinin təşəbbüsü ilə Memarlıq və Dizayn üzrə diplom işlərinin XXIII Memarlıq Təhsilinə Yardım üzrə Regionlararası İctimai Təşkilatın (МООСАО) Beynəlxalq baxış müsabiqəsi keçirilmişdi və mənim üzərimə qoyulan məsuliyyətə görə iştirak edə bilmədim. 2015-ci ildə mütləq göndərəcəm. Bu dəfə mənim bir layihəm var, daşla metalın vəhdəti və xüsusi milli xüsusiyyətlərlə bağlı.
- Hal-hazırda hansı memarlıq layihələri üzərində işləyirsiniz?
- Mənim işimin əsas profili yaşayış evləridi və mənim üçün çətin olan bu işin fəlsəfəsidi. Bir ailənin nə düşündüyünü bilmək bir-iki günün işi deyil.
- Gələcəkdə hansı layihələri reallaşdırmaq istəyirsiniz?
- Layihələr sifarişlər əsasında qurulur və ola bilər ki, memar öz düşüncələrini kağız üzərində qursun, bu da ancaq müsabiqələrdə iştirak etmək hüququ qazana bilər. Mənim də belə bir layihəm var və bir neçə ilin nəticəsində başa gəlib. Bu şəhər içində olacaq "Çoxmərtəbəli bostan" layihəmdi. Bu ilin əvvəlində "Holcim Fondu"nun "Tikinti sahəsində davamlı inkişaf" şüarı altında təşkil etdiyi Qlobal Holcim Mükafatları müsabiqəsinin növbəti turuna Bakıda yekun vurulmuşdur. İnnovativ və avanqard ideyaların yarışmasında layihələr davamlı inşaatın 5 əsas prinsipinə - tərəqqi, əhali, planet, inkişaf və peşəkarlığa söykənir. Milli Holcim Mükafatı Müsabiqəsi bütün dünyada keçirilir və bu tədbirə Holcim şirkətlər qrupunun təmsil olunduğu ölkələrdə ayrı-ayrılıqda yekun vurulur.
Builki müsabiqəyə müraciət edən 6103 nəfərdən 2514-ü yarışlarda iştirak etmək hüququ qazanmışdır. Gördüyünüz kimi, mükafat fondu 2.000000 olan müsabiqə iştirak etmək asan bir iş deyil. Mən çox arzu edərdim ki Holsim Fondunun qitə, ya region mükafatını qazanım. Ancaq qalib gələnlərin işlərinə baxanda, həqiqətən, görmək olar ki, qalib gəlməyə layiq memarlardır və işlərdə bəşəriyyətə xeyir gətirəcək.
- Təcrübəli memar kimi, Bakının indiki arxitektur vəziyyətini necə qiymətləndirirsiniz?
- Əvvəldə dediyim kimi, Bakıda MemarlıqTəhsilinə Yardım üzrə Regionlararası İctimai Təşkilatın (МООСАО) Beynəlxalq müsabiqəsi keçirildi və bura çox ölkə və şəhərlərin Memarlıq universitetlərinin müəllim və professor heyəti gəlmişdi. Bakını gəzəndə heyrətlərini gizlədə bilmirdilər. Şəhərimizdə son onillikdə olan yenidənqurma və təmir işlərindən sonra Bakının dünyanın tarixi şəhərlərindən daha gözəl olduğunu danışırdılar. Bakıda yeni tikilən binaları yenidənqurma işlərini alqışlayırdılar. Hətta əslən Moskva şəhərindən olan tanınmış memar qadın Fransanın Paris şəhərində yaşayır və moskvalı memarlara Bakının Parisdən gözəl olduğunu danışırdı. Bu sözləri memarlıq sənəti ilə bağlı olmayan ən dahi bir adam da desəydi, mənə bu cür təsir etməzdi, nəinki professional memarlar deyirdi.
- Sizcə, Bakıda necə binalar çatışmır?
- Hansı binanın olmasını çətin demək olar. Ancaq onu demək olar ki, dünyanın tanınmış memarlarının işləri çox olsun. Bakıya gələn turistllərin və qonaqların coxu Bakıda Heydər Əliyev Mərkəzinin müəllifi olan Zaha Xadid olan binanı görmək istəyirlər. Bu cür memarların layihələrini hər ölkə həyata keçirməyə qadir deyil və Azərbaycanın belə işlərə əl qoyub və buna qadir olması hamımıza qürur hissi gətirməli və fəxr etməliyik.
- Məgər Azərbaycanda bacarıqlı memar yoxdur ki, xaricdən memar gətirib o qədər pulu veririk?
- Mən deyərdim ki, Azərbaycanda cox bacarıqlı memarlar var və sizə onu deyim ki, ayrı-ayrılıqda, lakin elə memarlar var ki, adı tarixə düşən 100 ildə 10-15 nəfər olur. Mən çox istərdim ki, dünyanın tanınmış memarlarından biri olan Daniel Libiskinin, Avropadan, Asiyadan və Amerika Birləşmiş Ştatlarında reallaşmış işləri olan bir insanın Bakıda bir layihəsi həyata keçsin.
Rizvan
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
"Bakını gəzəndə heyrətlərini gizlədə bilmirdilər"
25 Dekabr 2014 00:25
Baxış: 2 848
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
Şantajın iç üzü açıldı: “Alena Əliyeva” kampaniyası necə böyük yalan üzərində qurulub?
-
"Bizə "yuxarıdan" göstəriş verilib" - VİDEO
-
Söyüş bloqerləri İFŞA OLUNDU: Nümayiş etdirdikləri FOTO saxta çıxdı
-
Bəzi ərazidə işıq olmayacaq - Xəbərdarlıq
-
Milli Xalça Muzeyində Nigar Əliyevanın sərgisi açılıb - FOTO
-
DTX Prezidentin ailəsini şantaj edəni saxladı - VİDEO
XƏBƏR LENTİ
-
Sahibkarlar mallarını yanğın baş verən ərazidən çıxarırlar - YENİLƏNİB - VİDEO - FOTO
-
Şantajın iç üzü açıldı: “Alena Əliyeva” kampaniyası necə böyük yalan üzərində qurulub?
-
"Bizə "yuxarıdan" göstəriş verilib" - VİDEO
-
Söyüş bloqerləri İFŞA OLUNDU: Nümayiş etdirdikləri FOTO saxta çıxdı
-
Bəzi ərazidə işıq olmayacaq - Xəbərdarlıq
-
Novruz bayramında “O, olmasın, bu olsun” operettası tamaşaçılara təqdim olundu - FOTO
-
Milli Xalça Muzeyində Nigar Əliyevanın sərgisi açılıb - FOTO
-
DTX Prezidentin ailəsini şantaj edəni saxladı - VİDEO
-
Bakının ən bahalı küçəsi bəlli oldu
-
"Bizimləsən" və "Rəngarəng"in yayımı dayandırılır
-
“Hərə evindən bir “şunur” sallayır” - Yanğının detalları - VİDEO
-
Alman evlərində niyə mətbəx olmur?
-
Ramazan ayının 28-ci gününün duası - İmsak və iftar vaxtı
-
“Biz artıq qalib gəlmişik!” - Tramp
-
Sabirabadda qəza - 7 nəfər xəsarət alıb - YENİLƏNİB
-
Netanyahu: Laricanini öldürdük, İran xalqına şans verdik
-
“Ural”ın futbolçusuna daha bir ağır ittiham
-
Laricani belə öldürülüb - Təfərrüat
-
ABŞ-nin Terrorla Mübarizə Milli Mərkəzinin direktoru İranla müharibəyə görə istefa verib
-
Estetik əməliyyat zamanı qaynı arvadının ölümünə səbəb olan qadın barəsində qərar ləğv edildi
-
Flik Kanselu qarşısında sərt tələb qoyub
-
Bəhruz Əsgərov 5,5 milyon manatı mənimsəmədə təqsirləndirilir
-
Bu ərazidə 12 mindən çox abonent qazsız qalacaq
-
“Baharın rəngləri” sərgisinə qəbul elan olundu





