Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Klonlaşan, seriallaşan gəncliyimiz... filmlərdən həyata hansı geyimlərlə gedək?
28 Yanvar 2011 09:05
Baxış: 676
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gənc zövqlər...
Bu gün dünyada baş verən hadisələrə ən çox reaksiya verən sosial toplumun böyük hissəsini təşkil edən gənclərdir.
Milli.Az xəbər portalı bildirir ki, Dövlət Statistika Komitəsinin 2010-cu ilə olan hesabatına əsasən, Azərbaycan əhalisinin 2,8 milyon nəfərini və ya 31 faizini 14-29 yaşında olan gənclər təşkil edir.
Azərbaycanın ictimai həyatında da gənclərin çəkisi getdikcə artır. Bu gün hər bir sahədə gənclərin ideyalarından istifadə edilir. Bəs gənclərin bu günkü tərzləri, zövqləri hamını qane edirmi? Bu dəfə gənclərin zövqlərinin formalaşmasında nələrin mühüm rol oynadığından, əsas təsir vasitəsi olmasından bəhs edəcəyik.
Gənclər özlərini serial qəhramanlarına oxşadır...
Onların bəziləri özlərini türk seriallarındakı qəhrəmanlara oxşadırlar, sifət cizgilərini, geyimlərini, saç düzümlərini, makiyajını, hərəkətlərini yamsılayırlar. Bir vaxtlar yerli telekanalların birində "Kaybolan yıllar" serialı nümayiş etdirilirdi. Nədənsə, çoxları serialın baş qəhrəmanı Əsməri təqlid edirdilər. Onun kimi qara köynək geyinir, qaşlarını çatır və ya sərt baxışlarla ətrafı seyr edirdilər. Məşhur teleserial "Kurtlar vadisi Pusu" qəhrəmanlarına isə özünü oxşadanlar getdikcə çoxalır. Hətta serialdakı hadisələri realda həyata keçirənlər də tapıldı. Onlar guya özlərini "qoçu" hiss edib, qrup şəklində kimlərisə cəzalandırır, soyğunçuluq edirdilər. Kinodan fərqli olaraq onları dəmir barmaqlıqlarla "mükafatlandırdılar".
Xanımlarımızın baş çalmalarından kütləvi şəkildə istifadə etməsinin əsas səbəbi "Klon" serialı oldu. Gəncindən tutmuş yaşlısına kimi müxtəlif rəngli yaylıqlardan istifadə edir, özlərini Zorayda, Hadi, Lətifə və s. personajlara oxşatmağa çalışırdılar.
Təbii ki hər bir insan zövqlə geyinməli, dəblə ayaqlaşmalıdır, amma burda bir məsələ var ki, gənclərin çoxu uşaqlıqdan özlərini kimlərəsə oxşadaraq böyüyürlər. Bunlar serial qəhrəmanları, kino, pop ulduzları, müğənnilər və s-lərdir. Yeniyetmə, həyatı dərk etməyə başladığı andan özü kimi formalaşa bilmir. Real həyatdan uzaq kino həyatı, ekran həyatını yaşamağa çalışır. Bütün bunlar insanın cəmiyyətdə bir şəxsiyyət kimi formalaşmasına təsir göstərir.
Özünü dərk edə bilməyən yeniyetmə hərəkətlərilə, geyimlərilə özünü təsdiq elətdirməyə çalışır
Psixologiya elmləri namizədi Elnarə Əhmədova zövqün formalaşmasına təsir edən amilləri sadalayır: "Yeniyetmə və gənclərin zövqlərinin formalaşmasında sosial amillərin rolu böyükdür. Ailə də müəyyən qədər rol oynayır, amma ailə kiçik çərçivədədir. Sosial keyfiyyətlərin formalaşmasında texniki vasitələrin təsirləri daha çoxdur. Belə ki, yeniyetmələr mədəni-kütləvi informasiyaların vasitəsilə dünyada baş verən hadisələrə, televiziya verilişlərinə (şou proqramlar, seriallar və s.) baxırlar. Belə hallarda aldıqları informasiya onların formalaşması işində mühüm rol oynayır. İstər-istəməz yeniyetmələr təsirlərə çox tez məruz qalırlar. Çünki yeniyetmələr sensitiv (həssas) yaş dövründə olurlar. Özünüdərk edə bilməyən yeniyetmə özünü hərəkətlərilə, geyimlərilə təsdiq elətdirməyə çalışır. "Mən böyümüşəm" bunu necə göstərə bilər gənc bir qız? Öz geyimlərilə".
Dəb, moda əsiri olmaq tərbiyə işinə mənfi təsir göstərir
Bəzən kütləvi informasiyalar əxlaq normalara, etik qaydalara zidd olur. Bu cür hallar da yeniyetmə və gənclərin zövqlərinin formalaşmasına müəyyən təsirini göstərir. Çünki onlar kütləvi məlumat və dəbə bəzən kor-koranə meyl göstərir və onun təsirinə asanlıqla düşürlər. Mütəxəssisin fikrincə, dəb, moda əsiri olmaq tərbiyə işinə mənfi təsir göstərir. "Gənc oğlan və qızlar özlərinə həddən artıq aludə olurlar, zahiri gözəlliyini qiymətləndirirlər, daha çox dəb arxasınca gedirlər. Hətta onlar da kiçik bir qüsur olduqda bundan çox narahat olub bunu fizioqnomik maskalardan istifadə etməklə ört-basdır etməyə çalışırlar".
"Zövqlər müzakirə edilməməli, insanların zövq seçiminə hörmət göstərilməlidir"
Uzun müddət Türkiyədə yaşamış Mürsəl adlı gəncin fikrincə, zövqü zövqdən məhrum zövqün nə olduğunu başa düşə bilməyən insanlar və sosial toplumun yaşam qaydaları korlayır. "İnsanların yaşam zövqlərinin formalaşmasında o toplumun musiqi, geyim, yemək coğrafiyası çox önəmli yer tutur. İnsanların çox qəribə və saçma zövqləri ola bilər. Bunlar normaldır, o insana soruşsan, belə daha xoşbəxt olduğunu deyər".
Yerli telekanallar zövqün düşmənidir
Gənclər arasında apardığımız sorğunun nəticəsinə görə, gənclərin zövqlərini birinci növbədə Azərbaycan telekanallarında gedən verilişlər korlayır. Onların fikrincə mənasız və yersiz proqramlar gəncliyi tamam başqa istiqamətə yönləndirir. Lalə Mehralı deyir ki, ölkə telekanallarına baxan istənilən gəncin zövqü korlanır. "Səhərdən axşama kimi səviyyəsiz teleoyunlar, ulduz yarışları, kimlərinsə şəxsi həyatını izləyən yeniyetmədən yüksək zövq gözləmək də ağılsızlıqdır. Heç milli mahnılara, sənətkarlara maraq bu qədər çox deyil. İnternetə bir çox gənc əyləncə kimi baxır, yalnız porno saytlarda, MP3, tanışlıq, çatlaşma saytlarında veyillənirlər. Bu da zövqləri korlayır".
Aynur Səlimova isə özü gənc olmağına baxmayaraq, gənclərin zövqünü bəyənmir.
"Çox açıq-saçıqlığa yol verirlər. Xarici seriallara baxırlar, nə görürlərsə dəb olduğunu düşünürlər. Var yaraşan, var yaraşmayan. Amma hamı geyinir. Gənclər öz geyimləri ilə səhnə adamlarını geridə qoyublar".
"Mən fərqli görsənməliyəm"
Yenicə "Emo" adlı qruplaşmaya qoşulan 16 yaşlı Ayka zövqündən tam razıdır. "Mənim ətrafımdakılar da mənim kimi geyinirlər. Çəhrayı rənglərdən, qara dırnaq boyası, karandaş və dodaq boyalarından çox istifadə edirlər. Biz həmişə seçilməyi qarşımıza məqsəd qoymuşuq. Bizim öz dünyamız var. Başqaları bizi anlaya bilməz".
Fiko ləqəbli gənc saçlarını qəribə formada darayır. Qəribə tör-tüküntülü paltarlara üstünlük verir. Səbəbini soruşduqda isə belə deyir: "Bu, dəbdir. Mən düşünürəm ki, moda ilə ayaqlaşmalıyam. Həmişə digər insanlardan seçilməliyəm. Axı biz birinci və fərqli olmağı qarşımıza məqsəd qoymuşuq".
Təbii ki, geyim seçimi sərbəstdir. Amma burda bir məsələ var. Gənc geyimini şüurlu şəkildə öz stilinə uyğun seçir, yoxsa kimlərəsə bənzəmək istəyir?
Geyiminə görə qarşıla, ağlına görə yola sal
Mütəxəssis E. Əhmədovanın fikrincə, geyim insanı müəyyən qədər formalaşdırır, təsəvvür yaradır. "Belə bir məsəl var. "Geyiminə görə qarşılayırıq, ağlına görə yola salırıq". Nə qədər də cəmiyyətin üzərinə atsaq da, hər bir insan eyni dəbi müxtəlif formada qəbul edir, buna xarakterləri də təsir göstərir. İsterik tip insanlar həmişə diqqət mərkəzində olmağı sevirlər. Al-əlvan gözəçarpan rənglərdən daha çox istifadə edirlər. Nəyin bahasına olursa olsun diqqət mərkəzində qalmağa çalışırlar. Onlar geyimlərindən başqa danışıq tərzlərilə də seçilirlər, ucadan danışırlar. Gülüşləri fərqli olur, qəh-qəhə ilə gülürlər. Bu onların artıq xarakteridir".
Böyüklər onun böyüdüyünü qəbul etmir, yeniyetmə də uşaqlarla oynamaq istəmir. Nəticədə uşaq qruplara qoşulur...
Psixologiyaya əsasən yeniyetmələr daha çox və tez təsir altına düşürlər. Bəziləri satanist, ateist, dionist olur, dinlərini dəyişir, antisosial qruplara qoşulur. Elnarə xanım gənclərin hər şeyə tez maraq göstərməsini belə açıqlayır: "Böyüklər onun böyüdüyünü qəbul etmir. Yeniyətmə də uşaqlarla oynamaq istəmir. Yeniyetmə artıq müstəqil olmaq istəyir, müstəqilliyini əldə etmək istəyir. Valideyn isə ona bu müstəqilliyi vermək istəmir. Azadlığı ona kim verirsə ona tərəf gedir. Bu zaman gənc antisosial qruplara qoşulur. Orda onların fikirləri nəzərə alınır, sonra özləri üçün istifadə edilir. Onu da demək lazımdır ki, bu qruplar gənclərin hər birinə təsir göstərə bilmir. Nəyə görə narkomanların böyük bir hissəsi yeniyetmələrdir? "Sən müstəqilsən", "Sən böyümüsən, öz fikirlərini müstəqil bildirə bilərsən". Yeniyetmə də o şəraitə tez alüdə olur".
İnternet bütün çərçivələri dağıdır
Ümumiyyətlə, hər bir geyim insanın xarakteri haqqında müəyyən məlumat verir. İnsanın burda temperamenti, xarakteri, dünya görüşü, maraqları, əqidəsi müəyyən rol oynayır. Mütəxəssis qeyd edir ki, zövqün formalaşmasında yalnız ailə ilə kifayətlənmək olmaz, ailə mikro mühitdir, əsas rolu cəmiyyət oynayır. "Ailə də rol oynayır, amma gənc, yeniyetmə cəmiyyətə çıxanda onun gözünü bağlamaq olmaz ki? Ailədə nə qədər də deyilsə bu formada olmaz, yeniyətmə cəmiyyətə çıxıb, bu cür geyimləri görürsə mütləq onun təsiri altına düşəcək. Bəzi yeniyetmələrin valideyni bəzi geyimləri qoymur geyinsin. Amma övlad onun xəbəri olmadan geyinir. Hal-hazırda internet var, əvvəllər müəyyən bir çərçivə, sədd vardı. Hətta televiziya işçiləri belə senzuradan keçirdilər".
İnsanın zövqünün formalaşmasına peşəsi, işlədiyi məkan da təsir göstərir. İstəsə də, istəməsə də peşəsinə uyğun geyinməli olur. Müəyyən qədər də xarakter buna təsir göstərir. Məsələn ofis işçiləri rəhbərliyin qoyduğu kriteriyalarda geyinməyə məcburdurlar. Pedoqogika ilə məşğul olanlar işdə ciddi geyinməlidirlər və s.
Onların əsas məqsədi böyük görsənməkdir
Psixoloqların fikrincə, yeniyetmələr belə fikirləşirlər ki, zahirən yaşlılara oxşasalar bütün üstünlüklərə yiyələnəcəklər. Yeniyetmələr yaşlı kişi və ya qadının xarici əlamətlərini mənimsəməklə hər kəsə öz böyüdüklərini göstərmək istəyirlər. Qızlar saçlarını cürbəcür formaya salır, dikdaban ayaqqabılar geyir, bəzək əşyalarından istifadə edirlər. Həddindən artıq dəb aludəçisi olurlar. Kosmetikadan istifadə edən yeniyetmə qızlar özünü daha yaşlı qadınlar kimi təqdim edirlər. Kiçik yeniyetmə oğlanlar arasında elələrinə də rast gəlmək olur ki, onlar özlərini yaşlılara bənzətməyə çalışırlar. Saçlarını uzadırlar, ədalarında kimisə yamsılayırlar və serial qəhrəmanlarına bənzəməyə çalışırlar. Mütəxəssisin fikrincə, bütün bunları etməkdə əsas məqsədləri özünü yoldaşları və yaşlı adamların yanında böyük göstərməkləridir.
Ümumiyyətlə, gözünü dünyaya açan uşaq hər şeyi ətrafdan görüb-götürərək öyrənir. Onun ailəsi, ətrafı, yaşadığı mühit və s. Bunların hər biri gələcəyin şəxsiyyətinin yetişməsində öz sözünü deyir. Ona görə də, övladının savadlı və tərbiyəli olmağını istəyən hər bir valideyn onun olduğu və getdiyi mühitə diqqət yetirməlidir.
Vüsalə Əlövsətqızı
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılış mərasimindən sonra tədbir iştirakçıları ilə görüşüb - (Video)
-
Yayda buzlu su içmək təhlükəlidirmi?
-
Saxta malların aşkarlanmasında süni intellektin rolu artır
-
Sabahdan hava kəskin dəyişir: Leysan yağacaq, dolu düşəcək
-
Başqasının sürdüyü avtomobilin cəriməsini kim ödəməlidir?
-
Azərbaycandan tranzit keçməklə Ermənistana 7 vaqon buğda göndəriləcək
XƏBƏR LENTİ
-
Media Mükəmməllik Mərkəzi D-8 üzv dövlətlərinin KİV-ləri arasında əməkdaşlıq platformasına çevriləcək - Hikmət Hacıyev
-
78 yaşlı Hülya Koçyiğit idman zalında (Foto)
-
Tramp İranın blokadasının bərpa olunduğunu elan edib
-
"Caspian International Hospital"da qanunsuz mayalanma proseduru aparılırmış
-
"Həyatımın ən böyük sevgisi " - Əməkdar artist Rəşidə Rəşid (Foto)
-
Rusiya Müdafiə Nazirliyi Ukraynanın hərbi itkilərini açıqladı
-
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılış mərasimindən sonra tədbir iştirakçıları ilə görüşüb - (Video)
-
Yayda buzlu su içmək təhlükəlidirmi?
-
Ceyhun Bayramov ÜGT-nin baş katibi ilə görüşdü
-
Parlamentin son iclasında 26 məsələ müzakirə olunacaq
-
Saxta malların aşkarlanmasında süni intellektin rolu artır
-
Sabahdan hava kəskin dəyişir: Leysan yağacaq, dolu düşəcək
-
" 10 il Leyli-Məcnun kimi sevsəm də, ayrılanda 1 həftəyə unuduram"
-
CineMastercard-da “Minionlar və bədheybətlər” filminin qapalı nümayişi keçirilib - (Video/Foto)
-
Yəmən qüvvələri öz hava limanını vurdu
-
Şahruddin “Qarabağ”dan ayrılır - (Foto)
-
Bakıda soyğunçuluq və oğurluq edən iki nəfər saxlanıldı
-
12 ildir oturmur, uzanmır - Ayaqları görün necə oldu - (Video)
-
Başqasının sürdüyü avtomobilin cəriməsini kim ödəməlidir?
-
Rafael Ağayevə ağır itki üz verdi
-
Emreli İsrail klubunun təklifini rədd etdi
-
Xalq artisti: "İxtisasca memaram, Los-Ancelesdə dərs almışam" - (Video)
-
Azərbaycandan tranzit keçməklə Ermənistana 7 vaqon buğda göndəriləcək
-
Azərbaycanda 166 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb