"Sovetski"nin köçürülməsi məsələsi gündəmə gələndə bu ideyanı ikiəlli dəstəkləyənlər, ona haqq qazandıranlar da vardı. Arqumentləri də belə idi: "Bu evlər çox köhnədir, antisanitariya baş alıb gedir. Şəhərin ümumi görkəminə xələl gətirir. Sökülməsi daha yaxşı olar".
Və "Sovetski"ni köçürməyə başladılar. Bu proses hələ bitməyib. İndi "Sovetski"dəki vəziyyət əvvəlkindən də betərdir. Qazılıb dağılmış yollar, uçurulmuş evlər, plansız, kor-koranə aparılan söküntü işləri, tör-töküntü, sahibsiz-sakinsiz qalan dalanlar, küçələr, zibil qalaqları, yiyəsizlik... - çox cansıxıcı mənzərə var.
Amma təkcə bunlar da deyil. Milli.Az virtualaz.org-a istinadən bildirir ki, hazırda orada adamın canını sıxacaq daha ciddi məsələlər də var.
Saytın bu köhnə məhəlləyə baş çəkən əməkdaşları bildirirlər ki, "Sovetski"də kompensasiya ilə razılaşan sakinlərin köçürülməsi hələ də davam edir, bu yöndə iş aparılır. Kvadratmetri 1500 manata razılaşan və köçən sakinlərin bəzilərinin evi artıq tamamilə sökülüb. Boşalan evlərin bəzilərinin isə nədənsə qapı və pəncərələri çıxarılıb, bir divarı, yaxud dam örtüyü uçurulub.
"Sovetski"də elə küçə və dalanlar var ki, orada hazırda ümumiyyətlə heç kim yaşamır, buralar artıq tam sahibsizdir, xarabalığı xatırladır. Bu da bir çoxlarının işinə yarayıb. Belə ki, bu yarıuçuq evlər, boş, sahibsiz məhəllələr narkomanların, əyyaş və bomjların oylağına çevrilib. Bunu sakinləri köçən həmin məhəllələrdəki boş evlərə baş çəkəndə də görmək olar. Orada qalaq-qalaq boş içki şüşələri, narkomanların istifadə etdiyi şprisləri görmək mümkündür.
Bu vəziyyətdən evlərindən hələ də köçməyən sakinlər də narahatdır. Onlar deyirlər ki, gecələr küçəyə çıxmaqdan ehtiyat edirlər.
Sakinlərin digər narazılığı antisanitariya ilə bağlıdır. Çünki yaşayış olan evlərə bitişik evlər sökülür və ya boşaladlır. Boşaldılan evlərin kanalizasiya xətləri də dağıdılır. Bu isə məhəllələrdə biabırçı mənzərə yaradıb. 7-8 ailənin məskunlaşdığı ikimərtəbəli binalarda tək yaşayan ailələr də var. Necə deyərlər, onlar xarabalığın ortasında qalıblar.
Başqa bir təhlükə isə boş evlərdən zibilxana, zibil qutusu kimi istifadə olunmasıdır. Bu vəziyyət "Sovetski" küçələrində idbar vəziyyət yaradıb. Baş çatladan üfunətdən sakinlər də narazıdır. Zibilliyə çevrilən evlərə bitişik həyətlərdə yaşayan sakinlər buna etiraz etsələr də nəticəsi yoxdur. Kimin əlinə nə gəldi, boş həyətlərə atır.
Xatırladaq ki, "Sovetski"də 10 mindən artıq yaşayış evi var. Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Yasamal RİH nəzdində yaradılmış Köçürmə Komissiyanın sədri Səməd İslamovun verdiyi son məlumata görə, artıq 2400 ailə müəyyən edilmiş şərtlərlə evlərinin söklüməsinə razılıq verib.
Bu 2400 evin hər biri "Sovetski"nin müxtəlif küçəsindədir. Söküntü işləri isə plansız şəkildə aparılır. Digər evlərin təhlükəsizliyi və yuxarıda qeyd etdiyimiz sonradan yarana biləcək problemlər nəzərə alınmır...
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Cəmiyyət
"Sovetski"nin təxmin edilməyən vahiməsi: "Gecələr küçəyə çıxmağa qorxuruq " - FOTO
19 Oktyabr 2014 18:16
0 Şərh
Baxış: 2 416
DİGƏR XƏBƏRLƏR
- Günün qoroskopu: Detalları sonra fikirləşərsiniz
- Bakıda təhlükə saçan lüks avtomobilin sürücüsü ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
- 18 yaşlı Lamiyə yaşlı qonşu kişiyə qoşulub qaçdı - VİDEO - FOTO
- "Cığır" romanı Türkiyə türkcəsində ikinci dəfə çap edildi
- Ərinə əsəbiləşən qadın küçənin ortasında SOYUNDU - VİDEO
- 12 yaşına qədər uşaqlar ön oturacaqda əyləşə bilərlər? - VİDEO
XƏBƏR LENTİ
- Şirniyyata asılılığı yaradan 7 səbəb
- Tramp münsiflər heyətinin qərarını “biyabırçılıq” adlandırıb
- ABŞ Ermənistan, Moldova və Ukraynaya hərbi müşavirlər göndərib
- Qan təzyiqiniz kəskin yüksəldikdə BUNU ETMƏYİN
- Putinin iqamətgahı yandı - İDDİA - FOTO
- Mənası pis olan hədiyyələr: İnsanların ağlına gəlməz
- Günün qoroskopu: Detalları sonra fikirləşərsiniz
- Bu qidaları südlə birlikdə yemək olmaz
- İrəvanda zəlzələ oldu
- Simonyan ələ saldı: Hanı “artsax bayraqları”?
- İran "iPhone"u tam qadağan etdi
- Çingizdən anası ilə bağlı paylaşım - FOTO
- Nikahdan kənar doğulan uşaqların hüquqları qanunla necə tənzimlənir?
- Nobel mükafatçısı Aziz Sancar Azərbaycana gəlib
- Paytaxtın bu ərazilərində qaz olmayacaq
- Hindistanda avtobusun dərəyə aşması nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb
- Bakı və Azərbaycan Yeparxiyasının yeni yepiskopu seçilib
- Günə bu qida ilə başlayın - İnanılmaz faydaları var
- "Manatlıq taksi" dövrü bitir: Cərimə yazılacaq
- Rumıniyada "HIMARS" sistemləri üçün xidmət mərkəzi açılıb
- Blinken Çexiya hökumətinin üzvləri ilə Ukraynaya yardımı müzakirə edib
- Asiyanın ən varlı adamı arvadına 77 milyonluq ev hədiyyə etdi - FOTO
- Daha 23 nəfərin bank kartından pul oğurlandı
- İsrail Misir vasitəsilə bizə bu mesajı göndərdi - İran