Cəmiyyət

Gün var, əsrə bərabər: Ötənləri yada salaq

19 Oktyabr 2014 09:10
0 Şərh     Baxış: 693
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az anspress-ə istinadən oktyabrın 19-da tarixdə baş verən mühüm hadisələrə nəzər salır.

Miladi: 19 oktyabr 2014
Hicri: 24 zülhəccə 1435

İlin 293-cü günü
İlin sonuna 72 gün qalır

Bu günün namaz vaxtları

Fəcr - 06.45
Günəş - 07.54
Zöhr - 13.30
Əsr - 16.56
Məğrib - 19.12
İşa - 20.28

1433 - italyan filosofu Marsilio Fiçino anadan olub.

1448 - Osmanlı sultanı II Murad Kosova diyarını imperiya ərazisinə qatıb.

1745 - ingilis yazıçı Conatan Svift vəfat edib.

1781 - Amerika İstiqlal Müharibəsi ingilislərin Corc Vaşinqtona təslim olmaları ilə sona yetmişdir.

1812 - Napoleon Moskvanı tərk etmişdir.

1862 - kinonun yaradıcısı Oqüst Lümyer anadan olub.

1867 - Çar Rusiyası Alyaskanı Amerikaya sataraq yarımadadan imtina etmişdir.

1872 - Dünyanın ən böyük qızıl külçəsi (215 kiloqram) Avstraliyada - Neu Sot Velzdə (New South Wales) tapılmışdır.

1875 - Mendeleyev ilk aerostatın ideyasını vermişdir.

1910 - azərbaycanlı kinorejissor Hüseyn Seyidzadə anadan olub.

1931 - ingilis yazıçısı Con Le Karre anadan olub.

1934 - Mübadilə Komissiyası öz vəzifəsini sona yetirmişdir. Anadolu və Trakya rumları ilə Yunanıstan müsəlmanlarının mübadiləsinə nəzarət edən komissiya 7 oktyabr 1923-cü ildə qurulmuşdur.

1925 - İtaliya Somalinin işğalını başa çatdırmışdır.

1944 - Amerika ordusu yaponları Filippindən qovmuşdur.

1946 - azərbaycanlı rejissor Süleyman Əhmədov anadan olub.

1951 - Böyük Britaniya ordusu Süveyş kanalını ələ keçirmişdir.

1952 - meksikalı aktrisa Veronika Kastro anadan olub.

1956 - SSRİ və Yaponiya birgə deklarasiya qəbul etmişlər. Bu deklarasiyada müharibənin qurtarması və iki ölkə arasında diplomatik əlaqələrin qurulması nəzərdə tutulmuşdur.

1960 - ABŞ Kubaya qarşı embarqo tətbiq etmişdir.

1962 - İlk Ceyms Bond filmi "Dr. No" ekranlara çıxmışdır.

1972 - azərbaycanlı müğənni, xalq artisti Fatma Muxtarova vəfat edib.

1987 - Qara Bazar günü - Birja böhranı.

1993 - Benazir Bhutto Pakistanın baş naziri olmuşdur.

2004 - Moskvada ikinci ümumrusiya azərbaycanlıları konqresi keçirilmişdir.

2005 - Bağdadda keçmiş diktator Səddam Hüseynin məhkəmə prosesi başlanmışdır.

2006 - Pan Gi Mun BMT-nin baş katibi seçilmişdir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.