Eyyub Hüseynov: "Məhsulun üzərində qiymətin olmaması qanun pozuntusudur"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu da satıcılara, müştərilərə xarici görünüşünə görə fərqli qiymət deməyə şərait yaradır. Bu, geyim, parfümeriya və digər bu kimi məhsulların satıldığı mağazalarda diqqəti daha çox cəlb edir.Müxtəlif məhsulların satıldığı mağazaların əksəriyyətində malların üzərində qiymətlər yazılmır
Milli.Az-ın məlumatına görə, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov aktual.az-a açıqlamasında bildirib ki, ölkədə satılan malların 80 faizinin heç bir sənədi yoxdur:
"Belə hallar ən çox restoranlarda müşahidə olunur. Nazirlər Kabinetinin 94 saylı qərarına əsasən, məhsulların üzərində maddi məsul şəxsin imzası ilə rəsmi qiymət sənədi olmalıdır. "İstehlakçı hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası qanununun müvaviq tələbinə görə, istehlakçı malın rəsmi qiymət sənədini, o cümlədən, keyfiyyət sertifikatını əldə etmək hüququna malikdir. Təəssüflər olsun ki, Azərbaycanda satılan malların 80 fazinin heç bir sənədi yoxdur. Xüsusən də, qiymət sənədləri. Bu, ticarətdə olan korrupsiya ilə bağlı olan məsələdir. Bu səbəbdən də istehlakçıların hüquqları mükəmməl qorunmur və onların qiymətlərdə aldadılması halları baş verir".
E.Hüseynovun sözlərinə görə, qiymətlərin süni şəkildə şişirdilməsi Azərbaycanın ən bahalı ölkə kimi təqdim olunmasına şərait yaradır:
"2011-ci il yanvarın13 -də prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında ölkədə şişirdilmiş qiymətlərin olduğunu vurğuladı və buna qarşı mübarizə aparılmasını tövsiyə etdi. Ölkə başçısının da buna mövqe bildirməsinə baxmayaraq, bu gün də şişirdilmiş qiymətlərə rast gəlinir. Buna görə də, Azərbaycan yaxın ölkələrlə müqayisədə ən bahalı ölkə kimi təqdim edilir".
Birliyin rəhbəri üzərində qiyməti göstərilməyən məhsul satan mağazaların qanun qarşısında hansı məsuliyyət daşımasından da danışıb:
"Şişirdilmiş qiymətlərlə rastlaşan istehlakçı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə şikayət edə bilərlər. Əgər satılan məhsulun üzərində qiymət yoxdursa, istehlakçının şikayətinə əsasən aidiyyatı qurum araşdırma apararaq, minimum 500 manat cərimə tətbiq edir və bu hal dəfələrlə təkrarlanarsa, cərimənin miqdarı artır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olub - FOTO
-
Diplomatik xidmət əməkdaşlarına bu qədər müavinət ödəniləcək
-
Məhərrəmlik ayı bu tarixdə başlayır
-
Maşını olanlara pis xəbər: Bu məhsul bahalaşır
-
Əli Əsədov yeni qərar imzaladı
-
Milli Məclisdə növbədənkənar iclas: 8 qanuna dəyişiklik gündəmdə
XƏBƏR LENTİ
-
Əməkdar artist 38 il əvvəl - FOTO
-
Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsində vəsatətlərə baxılıb - FOTO
-
Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olub - FOTO
-
Gəncədə ağır qəza - xəsarət alanlar var
-
Bakı ABŞ-nin II Dünya Süni İntellekt Həftəsinə ev sahibliyi edəcək
-
Əməkdar artistin nəvəsinin məclisindən yeni FOTOlar
-
1300 kilometrlik qatar xətti açılır - 4 ölkə birləşəcək
-
Gündə 3-4 taksi sürücüsünü "müalicə edirəm"
-
Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçirilib - FOTO
-
"Yuventus" dünya çempionunu transfer edir
-
İrəvandakı paradda İran silahı: molla rejimi maskasını birdəfəlik cırıb atdı
-
Pezeşkian Prezident İlham Əliyevi təbrik edib
-
Xoşqədəm Seda Sayanın verilişində ağladı
-
Azərbaycanla münasibətlər Vaşinqton üçün əsas prioritetdir - Kaleb Orr
-
Diplomatik xidmət əməkdaşlarına bu qədər müavinət ödəniləcək
-
Məhərrəmlik ayı bu tarixdə başlayır
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalını Bəstəkarlar İttifaqında keçirilib - FOTO
-
Məhəmməd Şahabuddin Prezident İlham Əliyevə məktub ünvanlayıb
-
Xameneinin dəfn yeri açıqlandı
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
-
Maşını olanlara pis xəbər: Bu məhsul bahalaşır
-
Casusluqda ittiham olunan şəxsə hökm oxundu
-
Əli Əsədov Denis Şmıqalla görüşdü
-
"Anam o zaman deməyib ki, niyə bu günə qalmısan?"





