Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu yaxınlarda Parlament Jurnalistlər Birliyinin təşəbbüsü ilə 10-dan çox jurnalist Gədəbəy rayon Tarix-diyarşünaslıq muzeyində olub.
Muzeyin direktoru Afət Bağırovanın verdiyi məlumata görə, muzeydə eramızdan əvvəlki dövrlərə məxsus tunc əşyalar, qızıl məmulatlar, keramik qablar var: "Burada qədim əmək alətləri də mövcuddur. Muzeyimiz Gədəbəy təbiəti, dərman bitkiləri, etnoqrafiyası haqqında məlumat verə bilər".
Ötən ay 3500 illiyini qeyd edən Gədəbəy rayonu qədim tarixə malikdir. Bu səbəbdən ərazidən tez-tez tarixi əhəmiyyəti olan əşyalar tapılır. Lakin direktorun sözlərinə görə, bəzən vətəndaşlar bu əşyaları muzeyə vermək istəmirlər: "Bu da nadir eksponatların əllərdə qalması ilə nəticələnir: "Hazırda Gədəbəydə evini muzeyə çevirən insanlar var, tapılan əşyaları dövlətə vermək istəmirlər".
A.Bağırovanın sözlərinə görə, yeni tapılan eksponatların hamısı qeydiyyata alınır, kitaba salınır. Hazırda muzeydə 2100-dən artıq eksponat var. Lakin muzeyin hazırda təmirdə olması və yerinin darısqallığı ekspozisiyaların hamısının nümayiş etdirilməsinə imkan vermir: "Hazırda Gədəbəy rayonunun tarixi, milli mədəniyyətini hər kəsə çatdırmaq üçün kifayət qədər eksponatlarımız var. Hətta mən deyərdim ki, tarixi əhəmiyyətinə görə dünya seyrçilərinin diqqətini cəlb etməyə layiq sərvətlərimiz var. Lakin bu zəngin mənəvi sərvətlərimiz haqqında məlumatlar o qədər də geniş yayılmayıb. Bu işdə medianın yardımına ehtiyacımız var".
Qeyd edək ki, Parlament Jurnalistlər Birliyi "Muzeylərin tanıdılması yolu ilə mədəni-əxlaqi dəyərlərin təbliği layihəsi çərçivəsində bir sıra bölə muzeylərinə jurnalistlərin səfərini təşkil edir. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra olunan layihə çərçivəsində Yardımlı rayonuna da tanıtım səfəri olmuşdu. PJB-nin xətti ilə daha bir neçə bölgədəki muzeylərə press-turlar təşkil olunacaq.
modern.az
Böyütmək üçün şəkillərə klikləyin.



Bir otağa sığışan muzey - FOTO
10 Sentyabr 2014 18:26
0 Şərh
Baxış: 1 041
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda cəmi 2 rayonda tarix-diyarşünaslıq muzeyinin öz binası yoxdur. Bunlardan biri də Gədəbəy rayonundadır. Hazırda təmirdə olan Gədəbəy rayon Tarix-diyarşünaslıq muzeyi yerli Mədəniyyət evinin binasında yerləşir. Muzeyə bu binada cəmi bir otaq ayrılıb ki, bu da müəssisənin nəzdindəki eksponatların hamısının nümayiş etdirilməsinə bəzi problemlər yaradır.Gədəbəydə nadir eksponatlar niyə nümayiş etdirilmir?
Bu yaxınlarda Parlament Jurnalistlər Birliyinin təşəbbüsü ilə 10-dan çox jurnalist Gədəbəy rayon Tarix-diyarşünaslıq muzeyində olub.
Muzeyin direktoru Afət Bağırovanın verdiyi məlumata görə, muzeydə eramızdan əvvəlki dövrlərə məxsus tunc əşyalar, qızıl məmulatlar, keramik qablar var: "Burada qədim əmək alətləri də mövcuddur. Muzeyimiz Gədəbəy təbiəti, dərman bitkiləri, etnoqrafiyası haqqında məlumat verə bilər".
Ötən ay 3500 illiyini qeyd edən Gədəbəy rayonu qədim tarixə malikdir. Bu səbəbdən ərazidən tez-tez tarixi əhəmiyyəti olan əşyalar tapılır. Lakin direktorun sözlərinə görə, bəzən vətəndaşlar bu əşyaları muzeyə vermək istəmirlər: "Bu da nadir eksponatların əllərdə qalması ilə nəticələnir: "Hazırda Gədəbəydə evini muzeyə çevirən insanlar var, tapılan əşyaları dövlətə vermək istəmirlər".
A.Bağırovanın sözlərinə görə, yeni tapılan eksponatların hamısı qeydiyyata alınır, kitaba salınır. Hazırda muzeydə 2100-dən artıq eksponat var. Lakin muzeyin hazırda təmirdə olması və yerinin darısqallığı ekspozisiyaların hamısının nümayiş etdirilməsinə imkan vermir: "Hazırda Gədəbəy rayonunun tarixi, milli mədəniyyətini hər kəsə çatdırmaq üçün kifayət qədər eksponatlarımız var. Hətta mən deyərdim ki, tarixi əhəmiyyətinə görə dünya seyrçilərinin diqqətini cəlb etməyə layiq sərvətlərimiz var. Lakin bu zəngin mənəvi sərvətlərimiz haqqında məlumatlar o qədər də geniş yayılmayıb. Bu işdə medianın yardımına ehtiyacımız var".
Qeyd edək ki, Parlament Jurnalistlər Birliyi "Muzeylərin tanıdılması yolu ilə mədəni-əxlaqi dəyərlərin təbliği layihəsi çərçivəsində bir sıra bölə muzeylərinə jurnalistlərin səfərini təşkil edir. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra olunan layihə çərçivəsində Yardımlı rayonuna da tanıtım səfəri olmuşdu. PJB-nin xətti ilə daha bir neçə bölgədəki muzeylərə press-turlar təşkil olunacaq.
modern.az
Böyütmək üçün şəkillərə klikləyin.



DİGƏR XƏBƏRLƏR
-
Gündə 20 dəqiqədən çox skuter sürmək TƏHLÜKƏLİDİR
-
Aylığı 500 manat olan bağçada vəziyyət - "Uşağıma müəllimlər şiddət göstərib" - VİDEO
-
Gələn həftə 5 gün EVDƏYİK
-
67 ölkə arasında Azərbaycan uğuru - Gənc proqramçılardan qürurverici nəticə
-
Qobustan qəsəbəsi ərazisində qəzalı körpünün söküntüsünə başlanılıb
-
Bakı-Tbilisi-Bakı qatarının gediş-gəliş qiyməti bu gün AÇIQLANACAQ
XƏBƏR LENTİ
-
Rəsul Çunayev atası ilə bağlı maraqlı xatirəni bölüşdü: "O cümləni əzbərləmişdi"
-
Şəhər mərkəzi dəyişir - Yeni model AÇIQLANDI
-
"Neftçi"nin Konfrans Liqasındakı rəqibləri kimlərdir?
-
Ayın 20-də yağış intensivləşəcək, dolu düşəcək - PROQNOZ
-
Gündə 20 dəqiqədən çox skuter sürmək TƏHLÜKƏLİDİR
-
"Eurovision"da səsvermə qalmaqalı: Televiziya rəhbəri istefa verdi
-
Aylığı 500 manat olan bağçada vəziyyət - "Uşağıma müəllimlər şiddət göstərib" - VİDEO
-
Kurtua klub sahibi oldu
-
"Ağıllı şəhərlər" - bəşərin gələcək komfortu, yoxsa yeni miqrasiya problemləri? - ARAŞDIRMA
-
"9 aylıq körpəmi İTİRDİM, getsinlər uşaqlarının qəbrinin yerini tanısınlar"
-
Prezident İlham Əliyev Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədrini qəbul edib - FOTO
-
Ronaldonun Corcinası görünüşünü DƏYİŞDİRDİ - FOTOlar
-
Gələn həftə 5 gün EVDƏYİK
-
Tribunalardan birinə Qvardiolanın adı veriləcək
-
67 ölkə arasında Azərbaycan uğuru - Gənc proqramçılardan qürurverici nəticə
-
Qobustan qəsəbəsi ərazisində qəzalı körpünün söküntüsünə başlanılıb
-
Bakı-Tbilisi-Bakı qatarının gediş-gəliş qiyməti bu gün AÇIQLANACAQ
-
Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK
-
Beynəlxalq avtomobil daşımaları ilə bağlı YENİ QƏRAR
-
Bakının simasında qədimliklə müasirliyin harmoniyası aydın görünür - Kamaləddin Qafarov
-
Şəhər tale kimi: Azərbaycan daş yaddaşından gələcəyin memarlığına doğru
-
Ançelotti Neymarla bağlı qərarından danışdı
-
Əhaliyə PİS XƏBƏR: Bu peşələri süni intellekt əvəz edir - TAM SİYAHI
-
Qarabağ Universitetinin bu fakültəsi Şuşaya köçürülür





