Cəmiyyət

Bakı şəhəri üzrə Təhsil İdarəsində Ağsaqqallar Şurası yaradılır

18 Avqust 2014 17:01
0 Şərh     Baxış: 904
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı şəhəri üzrə Təhsil İdarəsinin Ağsaqqallar Şurası yaradılır

APA-nın xəbərinə görə, bunu Bakı şəhəri üzrə Təhsil İdarəsinin Beynəlxalq əlaqələr və ictimaiyyətlə əlaqə sektorunun müdiri Arzu Tairquliyeva bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bu addım yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, gənclər arasında aparılan tərbiyəvi işlərin miqyasını genişləndirmək vacibliyini nəzərə alaraq baş tutub.

A.Tarquliyevanın sözlərinə görə, Ağsaqqallar Şurası təhsil ictimaiyyətinin rəyin nəzərə almaq, təhsil verənlərin və təhsil alanların problemlərini təcrübəli insanlar tərəfindən qiymətləndirmək və mövcud məsələlərin həllində şəffaflığı təmin etmək məqsədi ilə yaradılıb: "Ağsaqqallar Şurasına üzvlər yüksək ixtisaslı pedaqoqlar, ictimaiyyət arasında nüfuz sahib olan təhsil işçiləri və ekspertləri daxil olacaq. İdarənin tərkibində məşvərətçi orqan kimi fəaliyyət göstərəcək Şura nəsilləri birləşdirən rabitə rolunu oynayaraq, təcrübənin gənc nəslə ötürülməsi kimi mühüm vəzifə daşıyacaq".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.