Azərbaycan prokurorluq orqanlarının 11 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib. Milli.Az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu barədə Azərbaycanın prokurorluq orqanları tərəfindən 2014-cü ilin birinci yarısında görülmüş işlərin vəziyyətinə həsr olunmuş geniş əməliyyat müşavirəsində qeyd olunub.
Bildirilib ki, hesabat dövründə xidməti, icra və əmək intizamının pozuntusu hallarına qarşı, işində və xidmətdən kənar fəaliyyətində qanunsuzluqlara münasibətdə prinsipial mübarizə xətti davam etdirilib, müxtəlif pozuntulara yol verdiklərinə görə 11 (2013-cü ilin müvafiq dövründə 17) əməkdaş şiddətli töhmət, töhmət və irad növündə intizam məsuliyyətinə cəlb edilib.
Baş Prokurorluğun Təşkilat-analitik və Kadrlar idarələri, habelə bütün struktur qurumların rəhbərlərindən tələb edilib ki, bundan sonra da əməkdaşların fəaliyyətlərində aşkara çıxarılan neqativ təzahürlərə qarşı barışmaz mübarizə xətti qətiyyətlə davam etdirilsin, xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi məsələlərində prinsipiallıq daha da artırılsın.
Diqqətə çatdırılıb ki, prokurorluq orqanları tərəfindən 2014-cü ilin birinci yarısında görülmüş işlərin vəziyyəti təsdiq edilmiş qrafikə uyğun olaraq bölgələr üzrə keçirilən əməliyyat müşavirələrində müzakirə edilib, Baş prokurorun müavinləri, Baş Prokurorluğun Kollegiya üzvlərinin sədrliyi və tabe şəhər və rayon prokurorluqlarının bütün əməkdaşlarının iştirakı ilə Gəncə və Sumqayıt şəhərləri, Ağcabədi, Şamaxı, Sabirabad, Biləsuvar və Yevlax rayonlarında keçirilmiş geniş əməliyyat müşavirələrində hesabat dövründə görülmüş işlərin real vəziyyəti, mövcud nöqsanlar və çatışmazlıqların yaranma səbəbləri hərtərəfli və prinsipial təhlil edilib, "Prokurorluq haqqında" aanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılması, tabe struktur qurumların fəaliyyəti üzərində Baş Prokurorluğun nəzarətinin daha da gücləndirilməsi üçün konkret tədbirlər müəyyənləşdirilib. Əməliyyat müşavirələrində qaldırılan və işin səmərəliliyinə mənfi təsir göstərən problemlərin aradan qaldırılması və həlli vacib məsələlərin tənzimlənməsi istiqamətində qarşıda duran konkret vəzifələr müəyyənləşdirilib və Baş Prokurorluğun əlaqədar struktur qurumlarına müvafiq tapşırıqlar verilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
- Bakıda təhlükə saçan lüks avtomobilin sürücüsü ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
- 18 yaşlı Lamiyə yaşlı qonşu kişiyə qoşulub qaçdı - VİDEO - FOTO
- "Cığır" romanı Türkiyə türkcəsində ikinci dəfə çap edildi
- Ərinə əsəbiləşən qadın küçənin ortasında SOYUNDU - VİDEO
- 12 yaşına qədər uşaqlar ön oturacaqda əyləşə bilərlər? - VİDEO
- Günün qoroskopu: asan gün deyil
XƏBƏR LENTİ
- İşsiz valideynlər alimenti necə ödəyə bilərlər?
- "Başdanxarab adamlardır da, hər sözdə nəsə axtarırlar"
- BMT baş katibindən Rəisi ilə bağlı etiraf...
- ABŞ Ermənistan MN-ə məsləhətçilər göndərəcək
- Bakı-Quba yolunda dəhşətli qəza - tələbə ağır xəsarət aldı - FOTO
- İlon Maskla Trampı nə bağlayır? Prezident seçilsə...
- Qocalmanın qarşısını alır, ürəyi sağlam saxlayır: Bəs kimlərə GİLAS ziyandır?
- Çin bu bloqerləri sosial şəbəkələrdə bloklamağa başlayıb
- Şad Xəbər! Sabahdan Azərbaycanda internet ucuzlaşır - Yeni tariflər
- Onlar bu reallıqla barışmaq istəmirlər - Azər Qarayev
- Ermənistanın mina terroru ən böyük bəşəri cinayətlərdəndir - VİDEO
- Qadını döyüb teıefonunu oğurladı
- Kirayə qaldığı evin 72 minlik əşyalarını satıb - Qumarda uduzdu
- “Azərbaycanda ilk şadlıq evini mən açmışam”
- Ucarda qəza - xəsarət alan var
- “Gec yatmağımı irad bildirdi” - arvadının meyitinin yanında uzanaraq...
- Küveyt Dövlətinin Əmiri İlham Əliyevə təbrik məktubu göndərib
- Peskov: ABŞ müharibəni davam etdirir
- Türkiyədə bu şəxslərə TikTok qadağan edildi
- Bakıda qadın sevgilisini yatdığı yerdə öldürübmüş - YENİLƏNİB - FOTO
- Bəhreynin Baş naziri İlham Əliyevi təbrik edib
- Rəqsanədən əri və oğlu ilə bağlı paylaşım – VİDEO
- Şahin Diniyev: “Onlar seçimlərində azaddırlar” - VİDEO
- İlham Əliyevə təbriklər gəlməkdə davam edir