Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tariximizin lal şahidi - Şahsevən abidəsi
31 İyul 2014 19:39
1 Şərh
Baxış: 1 832
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bəşər mədəniyyəti ən qədim tarixi abidələrlə sıx bağlıdır və öz fiziki potensiallığı ilə cəmiyyətin səlnaməsində daha aydın cəhətlərlə nəzərə çarpır. Əslində, bu mədəni nümunələr tariximizi öyrənmək üçün ən yaxşı sübut və faktlardır. Qədim mədəniyyət mərkəzi olan Gəncədə də belə nümunələr yetərincədir.
Şahsevənlər abidəsi və onun günbəzindəki aypara...
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, aypara abidənin rəmziliyi haqqında təsəvvürdür. Bu təsəvvür belə bir nəticəyə gətirib çıxarır ki, Şahsevənlərin soykökü tayfa mənsubiyyəti bildirir. Tarixdən də bəllidir ki, iyirmidən çox tayfanın sonuncusu Şahsevənlərdir
Şahsevənlər məscidinin inşası tarixinə dair dəqiq məlumat olmasa da, tədqiqatçılar onun 1880-ci ildə tikildiyini yazırlar. Digər mənbələrdə isə tikilinin I Şah Abbasın Gəncəni işğal etməsindən bir az sonra inşa olunduğu göstərilir. Döşəməsi 28,2 kv.m olan abidənin dama qalxmaq üçün kərpicdən düzəldilən 21 pilləkəni var. Abidədə yenidənqurma işləri aparılarkən, köhnə memarlıq üslubu qorunub saxlanılıb. Bişmiş kərpic və çay daşlarından hörülən abidənin günbəzi 180 dərəcəli nəhəng çevrədir. Binanın konusvari 3 pəncərəsi var.
Piri Axundov, ADAU-nun tarix fəlsəfə kafedrasının baş müəllimi: "Şahsevənlər abidəsi başqa məscid abidələrdən onunla fərqlənir ki, bunun minarəsi yoxdur. Abidədə minarəni günbəzə qədər olan pillələr əvəz edir. Abidəyə baxdıqda görürük ki, bu, həqiqətən də, tarixi memarlıq nümunəsidir. Azərbaycan memarlığının ən gözəl incilərindəndir".
Abidənin günbəzindəki aypara sinfi cəmiyyətin ilk dinlərindən olan Astral dininə inamın rəmzidir. Gəncə abidələri müxtəlif ölçüdə tikilsə də, üslub və naxışlarına görə bir nöqtədə birləşir. Şahsevənlər abidəsini də bu nöqtədə birləşdirən əlamətlər günbəz, tağlı divarlar və ən əsası qırmızı kərpicdən olan hörgüsüdür. Bu tarixi tikili bir müddət kitabxana kimi də fəaliyyət göstərib.
20-ci yüzilliklərdə tikilən dini və ictimai binalar xalqın daşlaşmış tarixidir, ötən qərinələrdən xəbər verir. Bu qərinələr daxilində Şahsevənlər abidəsinin özünəməxsus salınma forması və məqsədi olub. Tariximizin bu lal şahidi bu gün məscid kimi fəaliyyət göstərir.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Bu məktəblər distant təhsilə keçdi
-
Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç olub
-
Paytaxtın 8 küçəsində tıxac var
-
Xətai, Ağdaş və Yevlaxda qaz olmayacaq - Yenilənib
-
Bu şəxslərin pensiyası minlərlə manatdır - Siyahı
-
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
XƏBƏR LENTİ
-
Ərdoğandan BMT ilə bağlı mühüm təklif: Veto hüququ ləğv edilsin
-
Bakıda iki uşaq evdə köməksiz qaldı - (Video)
-
Türkiyədə məktəbə silahlı hücum: 4 şagird yaralandı
-
Azərbaycan nefti kəskin ucuzlaşdı
-
Maştağada fərdi evdə partlayış - Yaralananlar var - (Video)
-
Bu məktəblər distant təhsilə keçdi
-
3-cü kurs tələbəsi əməliyyatda öldü
-
Tahir Gözəl: "Məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib"
-
Manaf əməliyyat olunan Tacir Şahmalıoğlu ilə - (Video)
-
Bakıda təmir edilən yol yenidən çökdü - (Video)
-
F1-də yarışların məsafəsi qısaldılacaq
-
Qaxda 44 yaşlı şəxs bıçaqlandı
-
Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç olub
-
Paytaxtın 8 küçəsində tıxac var
-
Nə pilates, nə fitnes, nə də yoqa: Bədən üçün ən sağlam idman növü bəlli oldu
-
Eşşəkdən pələngədək: məşhurların ən qeyri-adi ev heyvanları
-
Ərinin geyiminə reaksiyası müzakirələrə səbəb oldu - (Video)
-
Ruh sağlamlığınızın pisləşdiyini göstərən 8 əlamət
-
Gülben Ergen vəsiyyətnaməsini eks-həyat yoldaşına verəcək - (Foto)
-
Suyun içinə 3 qaşıq əlavə edin: Siçanlar yolunu dəyişəcək
-
45 yaşlı Adriana Limanın son görüntüsü - (Foto)
-
Evdə bişirib satanların nəzərinə: Yeni qaydalar gəlir, sertifikat tələb olunacaq - (Video)
-
Həyat yoldaşınızın sizi aldatdığını büruzə verən 7 sözdən ibarət cümlə
-
Evinizdə bu çiçəkləri saxlamayın: Havanı zəhərləyir, təhlükə saçır