Cəmiyyət

Meyxanaçı Aydın Xırdalanlının ölüm xəbəri yayıldı

30 İyul 2014 22:24
19 Şərh     Baxış: 24 071
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu dəqiqələrdə məşhur meyxana ustası Aydın Xırdalanlının dünyasını dəyişdiyi xəbəri yayılıb.

Milli.Az xəbər verir ki, axar.az əməkdaşı tanınmış meyxanaçı ilə əlaqə saxlamaq istəsə də, telefon zənglərinə cavab verən olmayıb.

Qeyd edək ki, Aydın Xırdalanlı ANS-də keçirilən "De gəlsin" yarışmasının qalibidir və "Qızıl Nida" mükafatının sahibidir.

Sonra isə Aydın Xırdalanlının telefonuna cavab verən və özünü təqdim etməyən şəxs bildirdi ki, 1-2 saatdan sonra meyxanaçı özü zənglərə cavab verəcək.

Aydın Xırdalanlının əlaqə saxlayan dostlarından birinin sözlərinə görə, yayılan xəbər həqiqəti əks etdirmir və bunu dostları zarafat olaraq paylaşıblar:

"Bu gün Aydın Xırdalanlının doğum günüdür. Dostları isə zarafatla ölüm xəbərini yayıblar. Aydın sağ-salamatdır və hazırda ad gününü qeyd edir".

Buna baxmayaraq, dostu olduğunu söyləyən şəxs Aydın Xırdalanlı ilə danışmaq fürsəti də yaratmadı: "Başı qarışıqdır, təbrikləri qəbul edir"...

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.