Cəmiyyət

Bakıdakı bu məktəbin şagirdləri qorxu içindədirlər - FOTO

30 İyul 2014 14:59
1 Şərh     Baxış: 2 413
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən 154 saylı orta məktəbin vəziyyəti ürəkaçan səviyyədə deyil. Təhsil müəssisəsinin ciddi təmirə ehtiyacı var.

Milli.Az xəbər verir ki, bu barədə Day.Az saytına oxuculardan biri məlumat verib.

Onun sözlərinə görə, belə məktəbdə təhsilin keyfiyyəti şübhə doğurur.

Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı Suraxanı Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Bahadur Bahadurovla əlaqə saxlayıb. Onun sözlərinə görə, Bakı şəhəri və ətraf qəsəbələrinin 2014-2016-cı illərdə sosial-iqtisadi inkişaf proqramı çərçivəsində həmin məktəb tamamilə söküləcək və yerində müasir təhsil müəssisəsi tikiləcək.

Həmin işlərin bu il başlanması nəzərdə tutulur. Hazırda isə Suraxanı rayonundakı bir sıra təhsil müəssisələri əsaslı təmir olunur, yeni korpuslar tikilir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.