Azərbaycanda avqust ayına olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, avqust ayında orta aylıq temperaturun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur.
Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 26-28 dərəcə isti (gecələr 21-26, gündüzlər 30-35, bəzi günlərdə 37-39 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 6-8 mm) olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 25-28 dərəcə isti (gecələr 18-23, gündüzlər 31-36, bəzi günlərdə 38-41 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 6-10 mm) olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 17-22 dərəcə isti (gecələr 12-17, gündüzlər 22-27, bəzi günlərdə 30-35 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 32-55 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.
Gəncə şəhəri, Qazax, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 24-27 dərəcə isti (gecələr 18-23, gündüzlər 30-34, bəzi günlərdə 36-39 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 19-24 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 22-26 dərəcə isti (gecələr 16-21, gündüzlər 26-31, bəzi günlərdə 34-37 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 17-116 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir şəhəri, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 26-28 dərəcə isti (gecələr 19-24, gündüzlər 30-35, bəzi günlərdə 37-40 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 6-22 mm) olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 24-26 dərəcə isti (gecələr 18-23, gündüzlər 28-33 dərəcə isti, bəzi günlərdə 36 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 13-83 mm), bəzi yerlərdə bir qədər çox olacağı gözlənilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Boşandıqdan sonrakı dövrdə cinsi münasibətdən uzaq olun, çünki..." - Psixoloqdan MƏSLƏHƏT
-
Günün qoroskopu: Həyəcan və emosiyaların bol olacağı gündür
-
Bəzən danışmaqdansa susmaq yaxşıdır
-
Qatilin "sipər" etdiyi qohumlarını qorumaq üçün canlarından keçən qəhrəmanlarımız...
-
Günün qoroskopu: Peşəkar fəaliyyət müstəvisində kənar təsirlərin güclənməsinə imkan verməyin
-
Günün qoroskopu: Məkrli bədxahların təxribatlarına uymayın
XƏBƏR LENTİ
-
Avropada ən çox satılan 10 smartfon
-
Türkiyənin keçmiş nazir vəfat etdi
-
5 dəqiqədə dadlı salat necə hazırlamaq olar?
-
Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşdü
-
Ona inanmaq olarmı?
-
İyuldan işığın qiyməti artır? - AÇIQLAMA
-
Qızıl ümidlər - REYTİNQ
-
Anasından Leyla Quliyeva ilə bağlı paylaşım - FOTO
-
17 yaşlı gənc qətlə yetirildi
-
Nazirlik rəsmisi hava ilə bağlı çağırış etdi
-
Mətanət İsgəndərli nəvələri ilə - FOTOlar
-
Əfsanəvi yarışçı yüksək sürətlə beton divara çırpıldı - VİDEO
-
“Qəbələ”dən ikinci transfer
-
Volkan Dəmirələ ağır itki
-
İnsanlar ölməzdən əvvəl nəyə peşman olurlar - Ən çox yayılmış 10 şey
-
“Sabah”ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi
-
Qonşuda yeni xəstəlik: növbəti pandemiya gözlənilir?
-
“Qəbələ”də yeni müdafiəçi
-
Ailə həyatının ən şanslı bürcləri
-
3 gün 3 gecə toy etdilər - FOTO
-
Riki Martin ilk dəfə Bakıya gəlir
-
Buzovnada qara maskalılar saxlanıldı
-
Çimnaz çılpaq şəkillərini bu qiymətə satışa çıxardı - FOTO
-
Elşad Xosedən xanımı ilə FOTO