Cəmiyyət

Bakının ən böyük prospektində sürət həddi artırıldı - FOTO

30 İyul 2014 10:00
1 Şərh     Baxış: 3 165
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Heydər Əliyev prospektində yeni informasiya tablosu işə düşüb. Milli.Az Day.Az saytına istinadən bildirir ki, bu texnikanın quraşdırılmasına bir ay öncə başlanılmışdı. Ancaq quraşdırıldıqdan sonra işə düşməmişdi. Bir müddət bu texnika yuxu rejimində çalışıb.

Tablo quraşdırılana qədər prospektdə maksimal sürət həddi 80 km/saat idisə, indi həmin hədd 90 km/saat-a qədər artırılıb.

90 km/saat sürət həddi yalnız bir hərəkət zolağına aiddir. Digər zolaqlarda isə avtomobillər 80 və ya 60 km/saat sürətlə hərəkət etməlidirlər.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.