Cəmiyyət

Təhsil Nazirliyi hökumətə yeni təkliflər təqdim edib

17 İyul 2014 19:51
3 Şərh     Baxış: 977
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təhsil Nazirliyi bölgə məktəblərinə müəllimlərin marağının artırılması və ucqar yaşayış məntəqələrində çalışan gənc müəllimlərin əməyinin stimullaşdırılması üçün təklilər hazırlayaraq hökumətə təqdim edib.


Milli.Az bildirir ki, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Fərzəli Qədirov APA-ya açıqlamasında deyib ki, hazırda təkliflər hökumətdə baxılır. Onun sözlərinə görə, təkliflər müzakirə mərhələsində olduğuna görə konkret tədbirlər barədə məlumat vermək hələlik tezdir. Nazirlik rəsmisi qeyd edib ki, ötən stimullaşdırma tədbirləri ilə müqayisədə hökumətə təqdim edilən yeni təkliflərdə müəyyən fərqlər var.
  

"Yaxın vaxtlarda həmin təkliflərlə bağlı mövqe müəyyənləşəcək və bu barədə ictimaiyyətə məlumat veriləcək", - deyə F. Qədirov vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.