Azərbaycanın işğal altında olan Kəlbəcər rayonu ərazisində Ermənistan tərəfindən girov götürülən azərbaycanlıların - Dilqəm Əhmədovun, Şahbaz Quliyevin və Həsən Həsənovun hüquqlarını Müdafiə Komitəsi Beynəlxalq Qızıl Xaç Komitəsinə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinə, BMT-yə və digər beynəlxalq təşkilatlara müraciət edib.
Trend-in məlumatına görə, komitənin üzvi Elxan Salahov bu gün keçirdikləri tədbirdə bildirib ki, bu il iyulun 10-da Dilqəm Əhmədov, Şahbaz Quliyev və Həsən Həsənov adlı üç azərbaycanlı öz dədə-baba yurdu olan Kəlbəcərdə doğmalarının qəbirlərini ziyarət edərkən Ermənistanın Silahlı Qüvvələrinin əməkdaşları tərəfindən girov götürülüblər. Halbuki, Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülən bu mülki şəxslər Ermənistanın dövlət sərhədlərini pozmayıblar, öz doğma torpaqlarında gəzib, yaxınlarının məzarlarını ziyarət ediblər: "Onların hazırda Ermənistanın işğalı altında olan Kəlbəcər rayonuna getmələrində də məqsədləri elə bu idi. Onlar Azərbaycanın dövlət sərhədlərindən kənara çıxmayıblar. Ancaq görünür ki, Ermənistan özünün işğalçılıq siyasəti nəticəsində doğma yurd-yuvasından zorla çıxarılmış soydaşlarımızın Azərbaycanın dövlət sərhədləri daxilində sərbəst hərəkət etmək, ev-eşiyini, yaxınlarının məzarlarını ziyarət etmək hüquqlarını pozur. Bu azmış kimi, Ermənistan hökuməti öz torpağını ziyarətə getmiş Azərbaycan vətəndaşlarını "diversant" kimi qələmə verməklə ölkəmizin beynəlxalq imicinə ziyan vurur".
Millət vəkili Aydın Mirzəzadə isə qeyd edib ki, mülki şəxslərin Azərbaycan dövlətinin ərazisində Ermənistan tərəfindən girov götürülməsi beynəlxalq hüquq normalarına ziddir: "Ermənistan həmin vətəndaşları öz torpağından qovub, onların həmin ərazilərə gəlməsinə qadağa qoyub. Hətta II Dünya müharibəsi illərində faşistlər işğal etdikləri ərazilərin sakinlərini oradan köçürməyiblər. Azərbaycan vətəndaşı öz dövlətinin ərazisində bir məkandan digər məkana getməsi üçün kimdənsə icazə ala bilməz. Onları oraya aparan genetik yaddaşları olub".
Daha sonra E.Salahov beynəlxalq qurumlara ünvanladıqları müraciətin mətnini oxuyub. Müraciətdə qeyd edilib ki, Ermənistanın bu hərəkətləri, eləcə də Azərbaycana və Azərbaycan vətəndaşlarına qarşı düşmənçilik siyasəti pislənilir.
Müraciəti imzalayan millət vəkilləri, ictimai xadimlər, məcburi köçkünlər, KİV nümayəndələri beynəlxalq təşkilatlardan xahiş edirlər ki, onlar Kəlbəcər rayonu ərazisində Ermənistan tərəfindən girov götürülən azərbaycanlıların - Dilqəm Əhmədovun, Şahbaz Quliyevin və Həsən Həsənovun saxlanma şəraiti ilə yaxından tanış olsunlar. Girov götürülən bu şəxslərə qarşı işgəncə faktlarını qeydə alsınlar və həmin şəxslərin mümkün qədər tez azad edilərək öz ailələrinə qovuşmasını təmin etsinlər: "Biz beynəlxalq qurumları və dünya ictimaiyyətini Ermənistanın insanlığa, beynəlxalq hüquq normalarına zidd hərəkət və davranışlarını pisləməyə, Kəlbəcər rayonu ərazisində girov saxlanılan Azərbaycan vətəndaşlarının tezliklə geri qaytarılması üçün ciddi addımlar atmağa cağırırıq".
Milli.Az
Cəmiyyət
Kəlbəcərdə girov götürülən azərbaycanlıların hüquqlarını Müdafiə Komitəsi beynəlxalq təşkilatlara müraciət edib
17 İyul 2014 12:32
0 Şərh
Baxış: 1 112
DİGƏR XƏBƏRLƏR
- Bakıda 21 yaşlı qızın sirlərlə dolu ölümü: Qonaq getdiyi evdə nə baş verib? - FOTO
- İtkin düşən Qəbələ sakini Bakıda tapıldı
- Rəydə "məni kim qaçırar?" yazan qızı QAÇIRDI - VİDEO
- Qızının hicaba keçdiyi görən ata ŞÜKR SƏCDƏSİ etdi - VİDEO
- Gülarə Dibirova vəfat etdi
- "Sənin ərə getməli qızın var, UTANMIRSAN?" - VİDEO
XƏBƏR LENTİ
- Bruno Fernandeş karyerasını Almaniyada davam etdirə bilər
- Bakıda 21 yaşlı qızın sirlərlə dolu ölümü: Qonaq getdiyi evdə nə baş verib? - FOTO
- Azərbaycanda un yenidən bahalaşdı
- İsrailin Hələbi vurmasına Rusiyadan reaksiya
- İranda prezident seçkiləri: namizədlərin sayı açıqlandı
- “Mən olan yer səhnədir” - Aygün Kazımova
- Bu ölkə Ukraynaya yardımdan imtina etdi
- Çoxdan gözlənilən dönüş: ABBA-nın əfsanəvi dördlüyü yenidən bir arada
- F-16-larla Rusiyaya hücuma icazə verildi
- Myanmarda toy keçirilən yer bombalandı - Xeyli ölən var
- “Qarabağ” Adama Diakabi ilə yollarını ayırdı
- Qeyri-adi smartfon buraxıldı, zəng etmək olmur: Nə üçündür?
- Tokayev: Bu dövlət mütləq yaranmalıdır!
- "Bayer"in ulduzu "Bavariya"ya keçəcək
- Fətullah Gülən ölüb, ya qaçırılıb? - Qardaşı oğlu danışdı
- "Kızılcık şerbeti"nə vida edirlər - FOTOlar
- “Heç bir şey olmaz” dedikdə, ölümə aparır
- Dünyanın ən uzun düz yolu haradadır? Bir döngə yoxdur
- Bürclər insan həyatına necə təsir edir? – Alimdən ŞOK AÇIQLAMA
- Kadırovun silahdaşı Duma sədrinin müavinini hədələdi
- Önəmli həftə başlayır: 2 bürc ev alacaq, 2-si işsiz qalacaq, digərləri isə...
- Azərbaycanda bu mollalar cəzalandırılacaq
- Azərbaycanlı müğənni qızına toy edir - FOTO
- Bu dərddən qurtulmaq üçün balqabaq yeyin