Cəmiyyət

"Evakuasiya xidməti heç vaxt yığışdırılmayacaq" - RƏSMİ AÇIQLAMA

17 İyul 2014 12:16
1 Şərh     Baxış: 1 170
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Evakuasiya xidməti Dövlət Yol Polisindən (DYP) alınmayacaq. Bu xidmət əvvəlki kimi davam edəcək". Milli.Az xəbər verir ki, bunu modern.az-a Daxili İşlər Nazirliyi mətbuat xidməti rəisinin müavini Ehsan Zahidov deyib. Onun sözlərinə görə, son günlər paytaxtda evakuasiya xidmətinin yığışdırılması ilə bağlı yayılan xəbərlər tamamilə yalandır:

"Xəbərlərin heç bir əsası yoxdur. Tamamilə yalnış informasiyadır. Əgər nəqliyyat vasitəsi nəqliyyatın və piyadaların hərəkətinə mane olan yerlərdə saxlanılırsa, evakuasiya xidmətinin nəzdində olan texnika ilə evakuasiya olunur. Bütün bunlar həm nəqliyyatın fasiləsiz hərəkətini, həm də vətəndaşların rahat hərəkətini təmin etmək məqsədi ilə həyata keçirilir".

E.Zahidov vətəndaşlardan bir çox şikayətlərin daxil olması məsələsinə də aydınlıq gətirib: "Bu xəbərlər də əsassızdır. Evakuasiya xidməti ilə bağlı şikayətlər nəinki çoxalıb, əksinə nəqliyyat vasitələrinin ərazidən yığışdırılması vətəndaşların ürəyincədir".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.