Cəmiyyət

Adil Mirseyid harada dəfn ediləcək? - YENİLƏNİB

17 İyul 2014 11:44
12 Şərh     Baxış: 6 081
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

11:44


"Adil Mirseyid doğulduğu Ağdaş şəhərində dəfn olunacaq".
Bunu aznews.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza deyib.

Onun sözlərinə görə, mərhumun Bakıda dəfn olunması təklif olunsa da, ailəsi buna razılıq verməyib: "Biz təklif etdik ki, Adil müəllim Bakıda dəfn olunsun. Amma ailəsi buna razılıq vermədi. Bir azdan mərhumun cənazəsi Ağdaş şəhərinə aparılacaq".

Xatırladaq ki, Adil Mirseyid qaraciyər serrozu xəstəliyindən əziyyət çəkirdi. O, uzun sürən xəstəlikdən sonra səhər saatlarında dünyasını dyişib.

Qeyd edək ki, Adil Mirseyid 1952-ci il dekabrın 21-də Ağdaş şəhərində ziyali ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil alıb (1970-1976). Bir müddət təyinatla göndərildiyi Dağıstan Respublikasında işləyib (1975-1978). Sonra Bakıda müxtəlif vəzifələrdə çalışıb (1978-1983). Ağdaş rayonu Füzuli adına Mədəniyyət Evinin Xalq Teatrında rəssam (1983-1987), Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində rəssam (1990-1992), Azərbaycan Tərcümə Mərkəzinin "Yol" ədəbiyyat qəzetində iki il redaktor vəzifələrində çalışıb (1992-1993).

Keçən əsrin 70-ci illlərinin axırlarından dövrü mətbuatda şeirlər çap etdirir. "Azərbaycan" və "Ulduz" jurnallarında silsilə şeirləri dərc olunmuşdur. "Güzgüdəki adam", "Bulud Adam", "Nəğmə Adam", "Vernisaj şeirlər", "Hardan baxsan görünən adam", "Ay Suvarisi" kitablarının müəllifidir. Rəsul Rza mükafatının laureatıdir. "Vektor" Beynəlxalq Elm Mərkəzinin fəxri doktoru adına, Gümüş Arzu Türk Ədəbiyyatına xidmət ödülünə, Bahar Simpadisi ödüllərinə layiq görülüb.

Şeirləri rus, ingilis, fransız, alman, ispan, eston və s. dillərə tərcümə olunub.

İncəsənətin və mədəniyyətin müxtəlif sahələrinə aid 200-dən artıq esse və məqalənin müəllifidir. Rəsm əsərləri Almaniyada, Rusiyada, Qırğızıstanda, İranda, Türkiyədə vəAzərbaycanda şəxsi kolleksiyalarda saxlanılır.

----------
10:05

Adil Mirseyid dünyasını dəyişib

AzNews.az xəbər verir ki, bu gün səhər saatlarında şair-rəssam Adil Mirseyid uzun sürən xəstəlikdən sonra vəfat edib.

Ailəsi ilə əlaqə saxlamaq mümkün olmasa da, xəbəri Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza təsdiqləyib.

Qeyd edək ki, Adil Mirseyid qaraciyər serrozu xəstəliyindən əziyyət çəkirdi.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.