Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıdakı gizli fahişəxanalardan REPORTAJ - VİDEO
23 İyun 2014 18:48
59 Şərh
Baxış: 41 671
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakının əksər yerlərində, xüsusən də mərkəzi küçələrdə "masaj salonu" adı altında əxlaqsızlıq yuvalarının fəaliyyət göstərdiyi heç kimə sirr deyil. Hətta bu barədə mediada dəfələrlə məlumatlar yer alıb. Amma bu məlumatlar "masaj salonları"nın fəaliyyətinin heç də "axsamasına" səbəb olmayıb. Əksinə, onların sayı getdikcə artır, mühafizə sistemi gücləndirilir, təhlükəsizlik kameralarının sayı isə çoxalır...
Məsələnin ən ağrılı və kədərli yeri odur ki, bu tip obyektlər Bakının ən mərkəzi küçələrində, özü də, yaşayış binalarının altında yerləşir.
"Masaj salonu" adı altında fəaliyyət göstərən belə əxlaqsızlıq yuvalarındakı real mənzərəni çəkib göstərmək kifayət qədər riskli olsa da, aznews.az-ın əməkdaşları bunu bacarıb...
"Sabina"da "Relax"
Şəhərin mərkəzində fəaliyyət göstərən "Sabina" və "Relax" məkanlarında şahidi olduqlarımız göstərdi ki, günün istənilən saatında açıq-aşkar, qanuna heç bir məhəl qoyulmadan işlədilən bu "yuvalar" həm də yetərincə səlahiyyət sahibi olan şəxslər tərəfindən himayə edilir. Əgər belə olmasaydı, günün günorta çağı kiminsə mənzilinin altında kimlərinsə əxlaqsızlıq etməsinə nəinki icazə verilməzdi, hətta həmin şəxslər dərhal dəmir barmaqlıqlara atılardı..
Siqaret tüstüsündə "görünməz olan" 16 yaşlı fahişə, 50 manat...
Axşam saatlarıdır. Hava qaralıb. Deyəsən, müştərilərin sayı da getdikcə artır. Kameramızı sazlayıb əvvəlcə "Sabina" "masaj salonu"na enirik. Yaşı 16-dan 40-a kimi olan fahişələr foyedə siqaret tüstülədə-tüstülədə növbəti müştərilərini gözləyirlər. Bekar olanlar üst-başlarına əl gəzdirir, növbəti müştərinin "gözünə girməyə" çalışırlar. Bəziləri isə zarafatlarından qalmır, diqqət çəkmək üçün arabir ucadan gülürlər. Öyrənirik ki, burada bir "masaj" seansının qiyməti 50 manatdır. Burada "çalışanların" dediyinə görə, həmin pulun 25 manatı onların özünə, yarısı isə buranın sahibinə çatır. Qızlara müştəridən nömrə almaq, nömrə vermək qadağası qoyulub. Səbəbsə odur ki, müştəri növbəti dəfə "masaj olunmaq" üçün yenidən eyni məkana gəlsin. Yəni həmin "masajçı"nı harasa dəvət etməsin. Burada hansısa fahişəylə həmsöhbət olmaq əvvəldə də qeyd etdiyimiz kimi yetərincə təhlükəli olsa da, cəhd edirik...
"Gündə 20, bəzən 30 nəfərlə münasibətdə oluram"
Azərbaycanın bölgələrinin birindən olan 22 yaşlı Ayşə (ad şərtidir-red) deyir ki, üç ildir bu məkanda "işləyir". Gündəlik qazancının 100-150 manat civarında olduğunu söyləyən həmsöhbətimin bildirdiyinə görə, gün ərzində 10-15 müştəriyə "xidmət göstərir": "Əslində, müştəridən aldığımız 50 manatın yarısı bizə çatmalıdır. Amma bir də görürsən ki, həmin puldan bizə 10-15 manat çatır. Elə gün olur ki, 20, bəzən 30 nəfərlə cinsi əlaqədə oluruq. Rayonda isə elə bilirlər ki, burda başqa işdə işləyirəm. 17 yaşımda ailə qurmuşam, bir il sonra boşanmışam. 19 yaşımdan isə Bakıdayam".
Fahişəxanadakı "dəmir qanunlar"
Öyrənirik ki, rəhbərlik "masajçı"lara müştərilərin xeyrinə olan şərt də qoyub: "Müştəri burdan narazı getməməlidir. Əgər hansısa müştərinin narazı olduğu buranı işlədənin qulağına çatsa, həmin gün məni qovar".
"Masaj salonları"nda göstərilən xidmətlər...
"Sabina"dan ayrılıb çox da uzaqda yerləşməyən "Relax"a giririk. Burada da təxminən eyni mənzərədir. Damağı siqaretli qadınlar, "masaj"a gələn kişilər, qiymət razılaşmaları, bir də fonda eşidilən musiqi səsi...
"Masaj salonu"nuna növbəti müştəri gələn kimi qızların "maması" onlara yaxınlaşır, salam verir, yer göstərir və bundan sonra "masajçılar" arasında seçim etmək üçün ona vaxt verir. Müştəri həmin müddətdə bardan çay, qəhvə və ya hər hansı sərinləşdirici, yaxud da spirtli içki alıb nuş edə bilər. O, yarıçılpaq olan xanımlardan birini seçib, "masaj otağına" aparır. Balaca, natəmiz otağa girməmişdən öncə, müştərilərin duş almaq imkanı yaradılır. Burada xidmət göstərənlərin dediklərindən belə məlum olur ki, "masaj prosesi" çox vaxt cəmi 5 dəqiqə çəkir. Əlavə vaxt itirənlər müdiriyyətin tənəsinə tuş gələ bilər...
Bu fahişəxanaların əsas müştəriləri...
Gördüklərimizdən və "masajçılar"ın dediklərindən belə məlum olur ki, bu obyektlərin əsas müştəriləri yeniyetmələr və ahıl kişilərdir: "Əli heç yerə çatmayanlar bura gəlir... Bir də görürsən evsiz, eşiksiz, dilənçiliklə pul qazanan biri girdi içəri. Amma əsas müştərilərimiz uşaqlardır. Evdən pul oğurlayan kimi cumurlar bura. Hələ burdan ucuz yerlər də var, ora daha çox gedirlər".
Masajxana-fahişəxanaların xeyri və ziyanı...
Bakıda fahişəxanaların, amma belələrinin deyil, leqallaşmış fahişəxanaların olması lazımdır, bəlkə də mütləqdir... İnsanlar fiziki ehtiyaclarını hansısa "masaj salon"larında, üzərində "otel" yazılmış "quşxanalarda" ödəməməlidir.
Ölkədə fahişəliyin leqallaşması ilə bağlı məsələni məlum və bəlkə də, başadüşülən səbəblərdən yubadılır. Amma əvəzində paytaxtda daha eybəcər bir mənzərə yaranıb. Kitab dükanlarının, əyləncə mərkəzlərinin, hətta gediş-gəliş rahat olsun deyə, avtomobillərin belə yığışdırıldığı mərkəzi küçələrdə insanlara ucuz "masaj" təklif olunur. Gecəyarı bu obyektlərdə hansı oyunlardan çıxarıldığını, yəqin, sakinlərlə yanaşı hüquq-mühafizə orqanlarının əməkdaşları da görür. Bəs niyə bunun qarşısı alınmır? Bu obyektlər hansı qanun əsasında fəaliyyət göstərir və yaxud da onların fəaliyyəti nəylə tənzimlənir? Axı bununla bağlı bir QANUN yoxdur. Bundan əlavə, "masaj salonları"nda insanların sağlamlığı, təhlükəsizliyi necə qorunur?.. Sual bunla da bitmir. Əsas sual - bundan əvvəlki sualların cavabı isə bu sualla müəyyən olunmalıdır: Görəsən, əxlaqın və qanunun pula təslim olunduğu bu məkanların sahibləri kimlərdi?
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Gözü dincəltmək üçün 20-20-20 qaydası - (Video)
-
Dünyaya ata olmaq üçün gələn 3 bürc
-
İpek Erdem uzun illərdən sonra - tanımaq olmur - (Foto)
-
Ən bahalı "iPhone"un əsas qüsurları açıqlandı
-
Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir?
-
Firəngiz Mütəllimova ailə qurmamasının səbəbini açıqladı
-
Şəhərin mərkəzində söküntü işlərindən narazılıq - (Video)
-
Günün qoroskopu: Sevgi həyatınız möhkəmlənir
-
Kəlbəcərdə ağır qəza: sürücü öldü, arvadı yaralandı
-
Məktəbdəki insidentlə bağlı açıqlama
-
Bakının 3 rayonunda işıq olmayacaq
-
“Bəzi futbolçularımız dərsdən məşqə acqarına gəlir” - Rəşad Sadiqov
-
İspaniyadakı qatar qəzasının səbəbi bəlli oldu
-
Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin (Fotosu)
-
REAL TV əməkdaşlarına qarşı kütləvi azğınlıqda iştirak edənlərin hər biri öz layiqli cəzasını alacaq - Mir Şahin Ağayev
-
Bağça direktorunun azyaşlıya qarşı zorakılıq etdiyi deyilir - (Video)
-
Efirə brilyantla gəldi - Fatiməyə “görməmiş” dedilər - (Video)
-
BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur"
-
Faciəvi şəkildə ölən 7-ci sinif şagirdinin məktəb yoldaşları danışdılar - (Video)
-
Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama
-
Tarixin ən yaxşı "Qızıl Top" qalibi açıqlandı
-
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
-
Bakıda məktəbdə çəkiliş edən media nümayəndələri zorakılığa məruz qalıb, saxlanılanlar var - (Video)
-
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş