Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanın sabiq nazirinin milyonluq layihəsi iflasda - FOTO
16 İyun 2014 12:02
0 Şərh
Baxış: 1 536
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ötən həftə sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun İsmayıllının İvanovka kəndində yerləşən dəbdəbəli villasını satışa çıxarması haqda xəbər vermişdik. Sabiq nazirlə bağlı azvision.az-a daha bir maraqlı məlumat daxil olub.
Etibarlı mənbədən saytımızda verilən məlumata görə, Füzuli Ələkbərovun nazir vəzifəsində işlədiyi dönəmdə İsmayıllının Talıstan kəndində tikdirdiyi məşhur "Sheraton İsmayıllı Hotel"i layihəsi iflasa uğramaq üzrədir. Mənbənin bildirdiyinə görə, "beş" ulduzlu otelin bu ilin yanvarında açılışı planlaşdırılsa da bu baş tutmayıb. Açılışı təxirə salınan otelin inşası yarımçıq qalıb.
Adıçəkilən otelin tikintisində çalışanlar da əməkdaşımıza bu xəbəri təsdiq ediblər. Bildirilib ki, 2014-cü ilin yanvar ayında möhtəşəm açılışı nəzərdə tutulan otelin tikintisi artıq bir neçə aydır dayandırılıb. İşçilərin sözlərinə görə, otelin tikintisinə rəhbərlik edən şəxslər bunu maddi çətinliklərlə əlaqələndirirlər. Otelin istifadəyə verilib-verilməməsi də sual altındadır.
Otelin smeta dəyəri rəsmən açıqlanmasa da bunun milyonlarla manat dəyərində olduğu qeyd edilir.
Məlumat üçün qeyd edək ki, "Sheraton İsmayıllı oteli"nin tikintisini "İmprotex Real Estate" MMC həyata keçirib. Həmin şirkətin Ələkbərov ailəsinə məxsus olduğu dəfələrlə mətbuatda bildirilib. Şirkətin Starwood Hotels & Resorts Worldwide Inc-lə imzaladığı razılaşmaya görə "Sheraton İsmayıllı oteli"nin 2014-cü ildə açılması nəzərdə tutulurdu.
Layihəyə əsasən, oteldə 147 otaq, 32 lüks nömrə, restoran, 3 bar, fitnes salonu, açıq və qapalı hovuz da olmalı idi.
"Sheraton Hotels & Resorts" ABŞ-ın otellər şəbəkəsidir. Azərbaycandan başqa dünyanın bir çox ölkələrində eyni adlı otellər şəbəkəsi fəaliyyət göstərir.
F.Ələkbərov ötən il oktyabrın 22-də prezidentin sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən kənarlaşdırılıb.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

DİGƏR XƏBƏRLƏR
-
Cəfər Əsədova yüksək vəzifə verildi
-
ARD Azərbaycana qarşı: alman media təxribatının anatomiyası
-
Bakıxanov parkında nə baş verir? - İddialara aydınlıq gətirildi
-
Magistratura imtahanına hazırlaşanlar üçün VACİB XƏBƏR
-
Bu istiqamətə əlavə qatar reysləri təyin edildi
-
Hava qəfildən dəyişir - Xəbərdarlıq EDİLDİ
XƏBƏR LENTİ
-
"Qazancım yoxdur, geyimimə, layihələrə yatırım edə bilmirəm"
-
Millimiz dünya çempionatında ikinci qələbəsini qazandı
-
Cəfər Əsədova yüksək vəzifə verildi
-
ABŞ-də güclü zəlzələ oldu
-
Şəhid atası vəfat etdi - FOTO
-
Rövşən Muradov vəfat edib
-
“Mən olmasaydım, İsrail mövcud olmazdı”
-
Oğurladığı 10 mini görün nəyə xərclədi - VİDEO
-
Velosiped sürən uşağı maşın vurdu
-
Küveyt onlara 24 saat vaxt verdi
-
Kafedən oğrluq etməkdə şübhəli bilinən şəxslər saxlanıldı
-
20 yaşındakı arzusunu 30 il sonra gerçəkləşdirdi
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən tədbirlər silsiləsi uğurla davam edir - FOTO
-
Bakıda məşhur siqaret yoxa çıxıb - Satış nöqtələrində tapılmır
-
Azərbaycanlı müğənni saçlarını kəsdi - FOTO
-
Paşinyandan göyərçin şousu - VİDEO
-
PFL-in prezidenti postuna iddialı namizəd
-
Bakılı qadın Rusiyada nazir təyin olundu
-
Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir
-
Birləşmiş Krallığın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib - FOTO
-
Aİ və Azərbaycan yeni ikitərəfli saziş üzrə danışıqları bərpa edib - FOTO
-
ARD Azərbaycana qarşı: alman media təxribatının anatomiyası
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalı çərçivəsində estrada-caz axşamı keçirilib - FOTO
-
“Retro Dalğası” konsert proqramı tamaşaçılara unudulmaz anlar yaşadıb - FOTO