İki qız anası, amerikalı Cina Meyors bu yaxınlarda 18 yaşını tamamlamağa hazırlaşan qızına maraqlı ad günü hədiyyəsi edib.
O, qızına gələcəkdə lazım ola biləcək məsləhətlər hazırlayıb.
Milli.Az ailem.az-a istinadən sizin də öz qızınıza tövsiyə edə biləcəyiniz həmin 50 məsləhəti təqdim edir:
1. İlk növbədə özünü sev.
2. Məktəb - hələ real həyat deyil. Buna hazır ol.
3. Qarşıdakı həyatında çoxlu "ləçər"lərlə rastlaşacaqsan. Səviyyəni qoru, yanlarından düz keç.
4. Əsl dostunu tapmısansa, bərk yapış ondan. Səndən nə qədər uzağa getsə də.
5. Əşyalar səni xoşbəxt etməyəcək.
6. Heç kimi mühakimə etmə, amma mühakimə edilməyə özünü hazırla. Möhkəm ol.
7. Nənəni yaxşı tanı.
8. Hər problem dünyanın axırı demək deyil.
9. Əsas məqsədini müəyyən et və onun uğrunda mübarizə apar.
10. Özünü başqaları ilə müqayisə etmə, hamı sənin kimi deyil.
11. Kimisə çox sevsən belə, özünü itirmə.
12. Danış! Səsini tanı və istifadə et.
13. "Yox" sözünü öyrən və onu işlətməkdən qorxma.
13. Bir gün həyat hekayəni yazmalı olacaqsan, çalış, səhifələri xoşbəxt anlarla doldurasan.
14. Kişi dalınca qaçma. Onun səni tapması daha düzgün olar.
15. Komplimentləri düzgün qəbul etməyi öyrən və onlara inanmağa cəhd et.
16. Ədalətli ol.
17. Özün kimi xoşbəxt olmağı bacar və təklikdən qorxma.
18. Hisslərini açıb bildirməkdən çəkinmə.
19. Mübahisə etmək olar, 9-cu qaydanı yaddan çıxmamaq şərti ilə.
20. Əlinə düşən hər şeyi oxu. Bilik - gücdür.
21. Oğlanın evinə gedib bir dənə belə kitab görməsən, dərhal çıx.
22. Sən heç kimin mülkiyyəti deyilsən!
23. Həmişə özünü müdafiə etməyə hazır vəziyyətdə ol. Həmişə.
24. Uğursuzluqdan qorxma. Elə onlardan dərs götürəcəksən.
25. Şəhər qəzetinin ilk səhifəsinə qoya bilməyəcəyin şeyi elektron formada heç kimə göndərmə. Silsən də, nə vaxtsa üzə çıxacaq.
26. Başqalarına kömək et, yaxşı əməl xoşbəxtlik gətirir.
27. Mehriban ol.
28. İntuisiyalarına həmişə güvən. Həmişə!
29. Nəzakətli ol.
30. Davranışın sözlərindən daha çox şey deyir sənin haqda.
31. Hisslərini gizlətmə, onları bildirmə üsullarını tap.
32. Günəşdən qorunmaq üçün kremdən istifadə et!
33. Səni sevən insanlarla əlaqəni itirmə.
34. Нəmişə başıdik gəz.
35. Özünə əminlik cəlbedicidir.
36. Lazım olanda ağla, göz yaşından güc tap.
37. Gülüş ruhun dərmanıdır.
38. Musiqi səsi çox yüksəkdir? Daha da yüksəldib rəqs et!
39. Sözlər körpüləri qura da bilər, yandıra da. Onları düzgün seç.
40. Ev - səni sevildiyin yerdir, yaşadığın yox.
41. Birinci üzr istəmək - zəiflik əlaməti deyil.
42. Çox işlə.
43. Həmişə öz tələbatlarını ödəməyə qadir ol.
44. Bilirəm, hərdən mənə nifrət edirsən, amma mən həmişə səni sevəcəm!
45. Mənə istədiyin şeyi istədiyin vaxt danışa bilərsən.
46. Həmişə yanında olacam. Bir daha yadda saxla, həmişə səni sevəcəm!
47. Sən düşündüyündən daha çox şeyə qadirsən.
48. Sən gözəlsən, qoyma kimsə səni başqa cür düşünməyə vadar etsin.
49. Həyat bu gündən ibarətdir. İndi ilə yaşa.
50. Sən nə dünənki, nə də sabahkı günü nəzarətdə saxlaya bilərsən. Ona görə də, çalış bu gün xoşbəxt ol!
Milli.Az
DİGƏR XƏBƏRLƏR
- "Boşandıqdan sonrakı dövrdə cinsi münasibətdən uzaq olun, çünki..." - Psixoloqdan MƏSLƏHƏT
- Günün qoroskopu: Həyəcan və emosiyaların bol olacağı gündür
- Bəzən danışmaqdansa susmaq yaxşıdır
- Qatilin "sipər" etdiyi qohumlarını qorumaq üçün canlarından keçən qəhrəmanlarımız...
- Günün qoroskopu: Peşəkar fəaliyyət müstəvisində kənar təsirlərin güclənməsinə imkan verməyin
- Günün qoroskopu: Məkrli bədxahların təxribatlarına uymayın
XƏBƏR LENTİ
- 17 yaşlı gənc qətlə yetirildi
- Nazirlik rəsmisi hava ilə bağlı çağırış etdi
- Mətanət İsgəndərli nəvələri ilə - FOTOlar
- Əfsanəvi yarışçı yüksək sürətlə beton divara çırpıldı - VİDEO
- “Qəbələ”dən ikinci transfer
- Volkan Dəmirələ ağır itki
- İnsanlar ölməzdən əvvəl nəyə peşman olurlar - Ən çox yayılmış 10 şey
- “Sabah”ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi
- Qonşuda yeni xəstəlik: növbəti pandemiya gözlənilir?
- “Qəbələ”də yeni müdafiəçi
- Ailə həyatının ən şanslı bürcləri
- 3 gün 3 gecə toy etdilər - FOTO
- Riki Martin ilk dəfə Bakıya gəlir
- Buzovnada qara maskalılar saxlanıldı
- Çimnaz çılpaq şəkillərini bu qiymətə satışa çıxardı - FOTO
- Elşad Xosedən xanımı ilə FOTO
- Silk Way West Airlines və China Henan Aviation Group arasında anlaşma memorandumu imzalanıb - FOTO
- Yaşar Nurinin qızının geyimi gündəm oldu - VİDEO
- Havanın temperaturu yenidən DƏYİŞİR - VİDEO
- Teymur Rəcəbov yenidən “Şahmat ulduzları”nda
- "Tiktokda hədiyyə istəyənlər dilənçidirlər"
- Evlilik ildönümünə tort sifariş edilmişdi - Zaqatalada ölən gəncin ACI TALEYİ - FOTO
- “Azərbaycanda boşanmayan ailə qoymadınız” - FOTO
- İlham Əliyev İtaliyanın müdafiə nazirini qəbul edib - VİDEO - FOTO