Vəsiyyətnamə olmadıqda miras kimlərə çatmalıdır?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Belə ki, əgər ölən şəxs heç bir vəsiyyətnamə qoymursa, bir çox hallarda mərhumun qohumları, yaxınları arasında mirasın kimə çatması ilə bağlı mübahisələr olur, suallar yaranır.Gündəlik həyatımızda insanların vərəsəliklə bağlı problemlərinə tez-tez rast gəlirik
Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi İsrafil Əlili Trend-ə bildirib ki, Azərbaycan Respublikasının Mülki qanunvericiliyində bu məsələyə aydınlıq gətirilir:
"Belə ki, Mülki qanunvericilikdə vərəsələr növbəlilik prinsipi ilə bölünür (vəsiyyətnamə olmadıqda). Birinci növbəyə ölən şəxsin uşaqları və ya onun ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər aiddirlər. Qeyd etməliyəm ki, övladlığa götürən şəxslər valideynlərə, övladlığa götürülənlər də övladlığa götürən şəxsin uşaqlarına bərabər tutulurlar. İkinci növbədə ölənin bacıları və qardaşları çıxış edir. Ölənin bacısı və ya qardaşı uşaqları isə o zaman vərəsə sayılırlar ki, miras açılan zaman vərəsə olan valideynləri sağ olmasın. Onlar bu zaman valideynlərinə çatmalı olan miras payına bərabər olaraq miras alırlar. Üçüncü növbədə isə, həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin atası və anası, babanın atası və anası iştirak edirlər. Nənə və babanın atası-anası da o zaman vərəsə sayılırlar ki, miras açılan zaman ölən şəxsin nənəsi və babası sağ olmasın. Dördüncü növbədə xalalar, bibilər, dayılar və əmilər çıxış edirlər. Nəhayət beşinci növbədə isə, xala uşaqları və bibi uşaqları. Dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları çıxış edirlər".
Hüquqşünas vurğulayıb ki, əvvəlki növbənin vərəsələrindən heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir: "Yəni, bu o deməkdir ki, tutaq ki, birinci növbədə olan qohumlardan bir nəfər olduqda belə digər, sonrakı növbədə olan şəxslər bu mirasdan pay almaq hüququndan məhrum olurlar. Bütün miras həmin bir nəfərə çatmalıdır. Əgər bir növbə üzrə bir neçə şəxs mövcuddursa, məsələn, ölən şəxsin həm uşağı, həm arvadı, həm də valideynləri sağdırsa onda ümumi miras payı onlar arasında bərabər bölünməlidir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Nazir bu instituta direktor təyin etdi
-
Yaşıllıqlara 149 520 manat məbləğində ziyan dəyib
-
Şəhid xanımına leytenant rütbəsi verildi - FOTO
-
AQTA və şadlıq sarayı arasında gərginlik artır - Görüntülər yayıldı - VİDEO - FOTO -YENİLƏNİB
-
Növbəti torpaq hərracları keçiriləcək
-
Abşeron dairəvi yolunda stansiyaların sayı 40-a çatdırılacaq
XƏBƏR LENTİ
-
Nazir bu instituta direktor təyin etdi
-
Yaşıllıqlara 149 520 manat məbləğində ziyan dəyib
-
Şəhid xanımına leytenant rütbəsi verildi - FOTO
-
Direktor müavini vəfat etdi - FOTO
-
AQTA və şadlıq sarayı arasında gərginlik artır - Görüntülər yayıldı - VİDEO - FOTO -YENİLƏNİB
-
Növbəti torpaq hərracları keçiriləcək
-
Abşeron dairəvi yolunda stansiyaların sayı 40-a çatdırılacaq
-
Azərbaycanda ödəniş kartları ilə fırıldaqçılıq hallarının sayı ARTIB
-
Əli Əsədov iclas keçirdi
-
Gənc pianoçu Cəmil Sədizadə Beynəlxalq Muğam Mərkəzində çıxış edəcək
-
Leyla Mustafazadə vəfat ETDİ
-
Bu şəxslərə 2750 manat VERİLDİ - RƏSMİ
-
İmtahanda yüksək bal toplayanların SİYAHISI
-
Bu bölgələrdə qaz OLMAYACAQ - Xəbəriniz olsun
-
Röya izləyicilərini sevindirdi - VİDEO
-
Bu ərazilərə leysan yağır - FAKTİKİ HAVA
-
Azərbaycanda daha bir dövlət qurumunun bəzi avtomobilləri operativ nəqliyyat sayılacaq
-
"Bacım uşaqlarına gözəllik salonu ALMIŞAM"
-
Azərbaycanda terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşib
-
AFFA-dan “Qarabağ”a ağır cəza
-
Buraxılış imtahanının nəticələri AÇIQLANDI
-
2 günə 50 minə yaxın izləyici itirdilər
-
Yol polisi Zaqatalada “Təmiz hava” aylığı ilə əlaqədar profilaktik tədbir keçirdi - VİDEO
-
Azərbaycanda kişilər də məişət zorakılığı ilə bağlı müraciət edir - RƏSMİ





