Cəmiyyət

Bakıda ağır texnika səkiləri zəbt edib - FOTO

21 Aprel 2014 11:33
0 Şərh     Baxış: 580
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Day.Az saytının redaksiyasına Fuad İsmayılzadə adlı oxucu tərəfindən məktub daxil olub. Milli.Az-ın məlumatına görə, məktubda deyilir:

"Badamdar qəsəbəsində ekskavatorlar səkidə park ediliblər. Piyadalar isə yolun avtomobillər  üçün nəzərdə tutulmuş hissəsindən keçmək məcburiyyətində qalıblar", - o əlavə edib.

Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovla əlaqə saxlayıb.

"Bu cür faktlar aşkarlandıqda bizim tərəfimizdən tədbirlər görülür. Mən bu fakt barədə müvafiq şöbəyə məlumat verəcəm ki, əraziyə baxsınlar, - V. Əsədov bildirib.

Səbail Rayon İcra Hakimiyyətindən isə bildiriblər ki, Badamdar qəsəbəsində təmir-tikinti işləri görülür. Ağır texnikanın da görünməsi həmin məsələ ilə bağlıdır.

Milli.Az

Böyütmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.