Cəmiyyət

Azərbaycan Ordusu əsgərini itirdi

18 Aprel 2014 11:39
3 Şərh     Baxış: 739
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Ordusunun əsgəri intihar edib

APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində qeydə alınıb.

Hərbi hissənin əsgəri Firdovsi Fikrət oğlu Nəsibov özünü asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Qeyd edək ki, F. Nəsibov Bakının Nəsimi rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.