Cəmiyyət

Murad Dadaşov: "Restoranım olsaydı, nə dərdim olardı?" - YENİLƏNİB

15 Aprel 2014 17:56
0 Şərh     Baxış: 1 104
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
17:56

Tanınmış şoumen Murad Dadaşov isə paytaxtın Nərimanov heykəlinin yanında yerləşən "R&B" restoranının ona məxsus olması barədə yayılan məlumatlara münasibət bildirib

Milli.Az xəbər verir ki, Murad Dadaşov publika.az-a açıqlamasında yayılan məlumatları təkzib edib:

"Bu, restoran mənim deyil. Mənim olsaydı, nə dərdim olardı? Kaş ki, mənim olaydı. Məgər restoran açmaq qəbahətdir? Bu restoran tanışlarımdan birinə məxsusdur. Restoranın sahibi də məmur deyil, cavan oğlandır, bu işlə məşğul olur. Sadəcə olaraq, mən bu restoranda tez-tez oluram. Restoranın dizayn işində də mənə yaxın olan bir şirkətin böyük əməyi var. Amma restoran mənə məxsus deyil. Mən məmur deyiləm, əgər mənim olsaydı, deyərdim ki, mənimdir".

Xatırladaq ki, bu gün bəzi KİV-lər Bakı Şəhər Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərovun Nərimanov heykəlinin yanındakı restoranın sahibi olduğunu iddia edən material yayıblar. Bu material təkzib olunandan sonra isə sözügedən restoranın tanınmış şoumen Murad Dadaşova məxsus olması barədə xəbərlər yayılıb.


---------
17:45

"Əminliklə deyə bilərəm ki, mediada adı hallanan restoranlar Nuşirəvan Səfərovun deyil"


Milli.Az xəbər verir ki, bunu modern.az-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.

"Restoran tikmək özü-özlüyündə cinayət deyil. Amma mətbuatdan açıq-aşkar düşmənçilik etmək üçün də istifadə etmək olmaz. Bu, Nuşirəvan Səfərova qarşı qərəzli mövqedir".

Qeyd edək ki, bu gün bəzi KİV-lər Bakı şəhər Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərovun Nərimanov heykəlinin yanındakı restoranın sahibi olduğunu iddia edən material yayıblar.

Modern.az-ın özəl bilgisinə əsasən, sözügedən restoran tanınmış şoumen Murad Dadaşova məxsusdur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.