Cəmiyyət

İçərişəhərə kartla giriş qarşıdurmaya səbəb oldu - FOTO

15 Aprel 2014 17:44
2 Şərh     Baxış: 826
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aprelin 15-də İçərişəhərə giriş sürücülər üçün yalnız kartla həyata keçirilib

Milli.Az-ın musavat.com-a istinadən məlumatına görə, bu da öz növbəsində, narazılığa səbəb olub. Mühafizəçilər İçərişəhərdəki restoranlara getmək istəyənləri Qoşa Qala qapılarından içəri buraxmayaraq onlardan giriş kartı tələb ediblər. Giriş kartı olmayanlarla mühafizəçilər arasında gərginlik yaşanıb. Sürücülər mühafizəçilərdən şlaqbaumu açmağı tələb edincə, az qalıb ki, onların arasında əlbəyaxa dava düşsün... Mühafizəçilər əraziyə polis çağırıblar.

...Kartla girişin İçərişəhərdə yerləşən səfirliklərə gələnələrə də tətbiq olunması Qoşa Qala qapısının önündə uzun tıxacın yaranmasına səbəb olub. Əraziyə gələn Dövlət Yol Polisinin Səbail rayon şöbəsinin əməkdaşları yolun bir hissəsini açaraq sürücüləri "Anzeft" dairəsinə doğru yönləndiriblər.

Polşa səfirliyinə gələn Qabil Məmmədov bildirib ki, bu səfər viza məsələsi ilə bağlı səfirliyə gələrkən sürprizlə qarşılaşıb: "Səfirlikdən mənə dedilər ki, saat 11-də burada ol. Neçə saatdır mən maşınımla burada gözləyirəm. Deyirlər, təzə qaydadır, içəri yalnız giriş kartı olanları buraxa bilərik. Giriş kartını da 10 manata satırlar. Mən bura birinci dəfədir ki, maşınla gəlirəm. İndi bir dəfə gəlməyə görə 10 manat verib kart almalıyam? Özlərinə nə sərf edir, onu da edirlər".

Paytaxt sakini giriş qapısının yanında onlarla kobud danışan mühafizəçilərdən də şikayətlənib: "Xarici tursilərin yanında da bizi biabır edirlər. İnsanlarla çox kobud danışırlar. Qanundursa, hamı üçün olmalıdır. Nəyə görə bayaqdan "AA" seriyalı maşınları içəri buraxırlar, bizi yox? Onlar bura yemək-içməyə və gəzməyə gəlib, biz isə iş üçün. Bu qədər də haqsızlıq olmaz axı. 5 dəqiqə dayanmağa görə 3 manat alırlar. Bu, soyğunçuluq deyil, bəs nədir?"

Mühafizəçilər isə ittihamla razılaşmadıqlarını söyləyiblər. Onlar problemi buraxılış sistemində yaranan nasazlıqla əlaqələndiriblər. Əli adlı mühafizəçi bildirib ki, yaxın saatlarda bu problem aradan qalxacaq və maşınların İçərişəhərə buraxılışı təmin ediləcək".

Avtopark qiymətlərinin nəyə görə baha olmasına isə mühafizəçi cavab verməyib...

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.