Cəmiyyət

Cəmkəran məscidi harada yerləşir?

5 Aprel 2014 17:38
1 Şərh     Baxış: 9 735
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cəmkəran məscidi harada yerləşir, bu məscidin özəlliyi nədir? Buranın müstəhəb ibadəti varmı? 

Milli.Az İslam.az-a istinadən bildirir ki, Cəmkəran məscidi İranın Qum şəhərinin yaxınlığında yerləşir. Şiə rəvayətlərinə görə, bu məscidin tikilməsi 12-ci İmamın kiçik qeybət dövründə, o həzrətin bilavasitə göstərişi ilə baş verib. Böyük alimlərin əsərlərində bu məsələ qeyd edilib.

İmam-zamanın göstərişinə əsasən, bu məsciddə iki ədəd iki rükətlik namaz qılmaq müstəhəbdir. Birinci namaz "təhiyyat" , yəni məscidə salam niyyətilə qılınır. Hər rükətində Fatihədən sonra 7 dəfə İxlas surəsi oxunur, rüku və səcdələrin zikri də 7 dəfə deyilir.

İkinci namaz "İmam-zamanın namazı" niyyəti ilə qılınır. Fatihə surəsindəki "İyyakə nəbudu və iyyakə nəstəin" ayəsi 100 dəfə təkrar edilir. İxlas surəsi bir dəfə oxunur. Rüku və səcdələrin zikri 7 dəfə deyilir. Namazdan sonra "La ilahə illəllah" deyib, Həzrət Fatimənin (ə) zikri oxunur, səcdəyə gedilir və səcdədə 100 dəfə salavat deyilir. Hədisə görə, bu şəkildə namaz qılan adam Kəbənin içində iki rükət namaz qılmış qədər savab qazanar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.