Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Peşə liseylərinin buraxılış imtahanları keçirilib
16 Mart 2014 17:14
0 Şərh
Baxış: 1 779
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası peşə liseylərinin sonuncu sinfində təhsil alan şagirdlər üçün buraxılış imtahanı keçirib. İmtahan respublikanın 23 şəhər və rayonunda 44 imtahan mərkəzində aparılıb. Ölkə üzrə imtahan proseslərinin idarə edilməsinə 40 imtahan rəhbəri, 351 zal nəzarətçisi cəlb olunub.
Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, Qərb bölgəsinin peşə liseyi məzunlarının buraxılış imtahanı Gəncədə 22 nömrəli tam orta məktəbdə keçirilib. Verilən sualları cavablandırmaq üçün məzunlara 2 saat vaxt verilib. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə isə 30 dəqiqə vaxt ayrılıb.
Nəsimi Məmmədov - TQDK-nın Gəncə Regional bölməsinin müdiri: "Bu buraxılış imtahanları Gəncə regional bölməsinə aid olan Gəncə şəhəri və ətraf rayonlarda - Qazax, Tovuz, Ağstafa, Şəmkir və Gədəbəy üzrə aparılır. Gəncə şəhərində 1 imtahan binasında 266 nəfər peşə liseyi məzunları imtahan verir. İmtahan prosesi vaxtında başlayıb, imtahanın idarə olunması üçün 2 imtahan rəhbəri, 20 zal nəzarətçisi var. İndiyə qədər heç bir neqativ hal baş verməyib".
İmtahan zamanı təhlükəsizliyin təmin edilməsi üçün səhiyyə və polis işçiləri, eyni zamanda Fövqəladə Hallar Nazirliyinin nümayəndələri səfərbər olublar. Ümumiyyətlə respublika üzrə imtahanlarda ümumilikdə 4388 şagirdin iştirak etməsi nəzərdə tutulub.
Nəsimi Məmmədov: "266 nəfər şagirddən 6 nəfəri imtahan prosesində iştirak etməyib. İmtahanda şagirdlərə təqdim edilən suallar iki - ana dili və riyaziyyat fənləri üzrə aparılır. Hər fənn üzrə 30 test tapşırığı təqdim edilir. Bundan əlavə, ana dili fənni üzrə şagirdlər inşa yazısını yerinə yetirirlər".
Yazı işi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə meyar kimi istifadə edilir. Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olub - FOTO
-
Diplomatik xidmət əməkdaşlarına bu qədər müavinət ödəniləcək
-
Məhərrəmlik ayı bu tarixdə başlayır
-
Maşını olanlara pis xəbər: Bu məhsul bahalaşır
-
Əli Əsədov yeni qərar imzaladı
-
Milli Məclisdə növbədənkənar iclas: 8 qanuna dəyişiklik gündəmdə
XƏBƏR LENTİ
-
Əməkdar artist 38 il əvvəl - FOTO
-
Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsində vəsatətlərə baxılıb - FOTO
-
Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olub - FOTO
-
Gəncədə ağır qəza - xəsarət alanlar var
-
Bakı ABŞ-nin II Dünya Süni İntellekt Həftəsinə ev sahibliyi edəcək
-
Əməkdar artistin nəvəsinin məclisindən yeni FOTOlar
-
1300 kilometrlik qatar xətti açılır - 4 ölkə birləşəcək
-
Gündə 3-4 taksi sürücüsünü "müalicə edirəm"
-
Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçirilib - FOTO
-
"Yuventus" dünya çempionunu transfer edir
-
İrəvandakı paradda İran silahı: molla rejimi maskasını birdəfəlik cırıb atdı
-
Pezeşkian Prezident İlham Əliyevi təbrik edib
-
Xoşqədəm Seda Sayanın verilişində ağladı
-
Azərbaycanla münasibətlər Vaşinqton üçün əsas prioritetdir - Kaleb Orr
-
Diplomatik xidmət əməkdaşlarına bu qədər müavinət ödəniləcək
-
Məhərrəmlik ayı bu tarixdə başlayır
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalını Bəstəkarlar İttifaqında keçirilib - FOTO
-
Məhəmməd Şahabuddin Prezident İlham Əliyevə məktub ünvanlayıb
-
Xameneinin dəfn yeri açıqlandı
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
-
Maşını olanlara pis xəbər: Bu məhsul bahalaşır
-
Casusluqda ittiham olunan şəxsə hökm oxundu
-
Əli Əsədov Denis Şmıqalla görüşdü
-
"Anam o zaman deməyib ki, niyə bu günə qalmısan?"