Cəmiyyət

Şor-əppəyimə min şükür

1 Mart 2014 19:57
1 Şərh     Baxış: 1 418
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
"Gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı" deyillər, heyləmi? Əmbə bizim pullu Telman bu atalar misalını bir az dəyişif ey. Eliyif "öylənməyə Vətən yaxşı".

- Ay Ürfan, sənnən yaman incimişəm, ta danışdırma məni!

- Niyə, ay Məsmə nənə, günahım nədi?

- Niyə mana demiyifsən ki, milyarder Telmanın toyudu.

- Telmanın toyu olmamışdi ki?

- Telmanın oğlunun dana. Buuy, burda da yazıflar ki, öylənən öz oğlu döyül ey, qardaşı qızıdı. Ay Ürfan, a qadan alım, bu saytdar da lap çaşıf ey, indi mən hardan bilim hansı düz yazıf, hansı yalan? Əmbə nə fərqi var, hansı düzdü, əsas odu o toyun yiyəsi özüdü dana heylə döyülmü?

- Toya getmək istəyirdin? Bəlkə hələ bir pul da salacaqdın? Telmanın sənin pensiyana ehtiyacımı var, ay nənə?

- Ayə, onun toyuna heş 20 qəpik də yazdırmaram ey, hayıfdı. Gedif bilirsənmi nə deyəjəydim? Deyəjəydim ki, ayə, xeyir ola, dünyanın bütün artistdərinə gün ağlıyırsan, ona villa, buna pul, bu birinə nə vilim nə verirsən. Bir dənə də olsun öz azərbaycannına əl tutmursan, əmbə oğlunun toyunu gəlif Bakıda eliyirsən, xeyirdimi, əəə?

- Həə, bax o yaxşı sualdı. Mən heç əhəmiyyət vermədim o toy xəbərinə, Məsmə nənə. Yoxsa sənə deyərdim, gedib bir ağbirçək öyüdü verərdin.

- Ayə, heylələri öyüd qanandımı?

- Onda məndən niyə küsürsən?

- Mana bilirsənmi, nə çatmır, ay Ürfan?

- Sənə çox şey çatmır, mən nə bilim nəyi deyirsən?

- Mana o çatmır ki, "gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı", deyillər, heyləmi? Əmbə bizim pullu Telman bu atalar misalını bir az dəyişif ey. Eliyif "öylənməyə Vətən yaxşı". Ayə, nətəər olur ki o Telman millətinin bir xəstə balasına əl tutmur, məni kimi aj olan qojasına bir dilim əppək uzatmır, əmbə millətinin içində gəlib milli adətnən şaddıq eliyir, milli rəqsləri oynuyur. Sən öl, internatda onun oynamağına baxdım, az qalmışdı deyim ki, bu kişi qədər millətsevər adam yoxdu. Ayə, özü Azərbaycan rəqsi oynuyur, amma urusun mahnısına qulax asıf, urus artissinə villa verir, a qadaan alım, mana bax bu çatmır dana, nətəər olur əə, bu?

- Ay Məsmə nənə, mən haradan bilim? Get, tap, özündən soruş da.

- Qoydunmu tapım? Vaxtında xavar versəydin, indi sözüm ürəyimdə getməzdim dana o tərəfə.

- Gedirsən ki? UJe?

- Ayə, irax olsun heç hara getmirəm, yanı nə vaxtsa, qulaxlara qurğuşun, gedəndə deyirəm dana. Sevinmə tez!

- Hə, elə dedin ki, elə bildim biletin hazırdı.

- Bizim torpağın suyunnandı, a Ürfan, bizim oğlannarın çoxu bir az pullanan kimi torpağı, milləti bəyənmir, təpiy atıf qaçır, əmbə toy eləməyi deyəmmərəm, ölməyə hamısı vijdan haqqı burıya qayıdır. Toy keçib gedən şeydi ey, a Ürfan, nə var ki, tez gəl, Vətəndə öz milli toyunu elə, yenə qaş, get xaricə kef elə dana. Əmbə ölməyə gələndə qaşmağ olmur, a Ürfan, bax, ölməyə gələndə onda deyəjəm mən ona dana. Bir vaxt suyunu içif, yiməyini yiyif, sonra pullanıf Vətənini bəyənmiyən oğlannar var ha, başın haqqı öləndə o torpax onnara toy tutur ey. Həmin adamlar qəbrində heş vaxt rahatdıx tapmır. Çünki torpax onu götürmək istəmir, deyir bir vaxt sən məni bəyənmədin, indi mən səni bəyənmirəm dana, nağayrım. Torpax onnan hayıf alır, incidir dana. O toyda qol qaldırıf oynuyannar, ağızdolusu "xoşbaxt olsun!" deyənnər var ha, heş onnar da eləsi öləndə ağlamır, "Allah rəhmət eləsin!" də demir. Rəhməti urus, murus oxuyası deyil ha Azərbaycanı bəyənmiyən oğlannara, rəhməti elə öz azərbaycannıları deyəsidi. Onnar da deyəmmir dana, nəyə baxıf rəhmət oxusunnar ki? O boyda meşok-meşok pulum olsa millətimin hər dərdinə yarıyardım, ay Ürfan. Hayıf ki, yoxumdu dana, hayıf.

- Məsmə nənə, meşok-meşok pul halal gələndə halala da gedir. Bir də ki, sən onun dərdini çəkmə, qoy özü öz dərdini çəksin, sənin pulun olmasa da millətindən 5-10 adam sənə rəhmət oxuyacaq. Hətta elələrinin də rəhmət payını sənə oxuyacaqlar, çünki onların yerinə sən vicdan əzabı çəkirsən, onların yerinə sənin millətinə ürəyin yanır.

- Heyləmi? Düz deyirsən, ay Ürfan, onda mən sənnən küsmürəm ta, kim nağayrır özünə qayırır dana. Qurbanı olduğum hamısını görür, o boyda çox pul da imtahandı haa, onu da sana deyim, o tərəfdə o pulun haqq-hesabı da çoxdur. Düz deyirsən, elə şor-əppəyimə min şükür, o dünyada mənnən şor-əppəyimin haqq-hesabı sorular dana yəqin. Gündə kabaf yeyənin üzü Allah yanında kabaf kimi qafqaradı, şor yiyəninki ağappaq.

... A gəlin, o şordan bir çıqqana qoy qaba gətir, lap dadı ağzıma gəldi. Allahım, sən bizi üzüağlardan elə! Ay Ürfan, sana şor göndərimmi? Aj-ajına yenə hareetdi ağız bu?..

"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.