Azərbaycan parlamentinin bu gün keçirilən iclasında "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında" Çərçivə Konvensiyasının Xəzər dənizinin quruda yerləşən mənbələrdən və quruda həyata keçirilən fəaliyyət nəticəsində çirklənmədən mühafizəsi haqqında" Protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı deputatlar arasında fikir ayrılığı yaranıb.
APA-nın məlumatına görə, çıxış edən deputat Fəzail Ağamalı deyib ki, Nabrandan tutmuş Lənkərana qədər obyektlərin suları təmizlənmədən Xəzər dənizinə axıdılır:
"Bu biabırçılıqdır. Belə olan halda bu protokolu qəbul etsək də, onun heç bir əhəmiyyəti olmayacaq. Əgər onu əməl etməsək, Allahın bizə verdiyi nemətlər məhv olub gedəcək".
Deputat Sabir Rüstəmxanlı isə deyib ki, Xəzər dənizinin sahilləri bir dəstə zəngin şəxs tərəfindən işğal olunub: "200-300 m, 1 km uzunluğunda hasarlar çəkilib. Artıq dənizi görmək mümkün deyil. Birinin pulu çox olar, vəzifəsi yuxarı olar. Amma bu, o demək deyil ki, onlar milləti dənizdən məhrum etməlidirlər. Əgər imkanları belə itidirsə, Qobustan təpələri boşdur, gedib orda terraslar salsınlar, nə istəyirlər tiksinlər. Bu cür özbaşınalıq, cəzasızlıq ola bilməz. Biz dənizin həm də ekologiyasını qorumalıyıq. Vaxtilə dənizdən 150 metr məsafədə ev tikmək qadağan olunurdu. Sonra kimlərinsə marağına uyğun olaraq bunu 50 metrə endirdi. İndi isə demək olar ki, dənizin içinə giriblər".
Deputat qeyd edib ki, Azərbaycanda Xəzər sahili ilə bağlı xüsusi qanun qəbul edilməlidir.
Deputat Zahid Oruc da Xəzər dənizinin ətrafı ilə bağlı ayrıca qanunun olmasını təklif edib.
Deputat, xalq artisti Zeynəb Xanlarova isə Nardaran əhalisinin problemləri barədə danışıb.
Z.Xanlarova deyib ki, bağ evi Nardaranda olduğu üçün tez-tez ora gedir və əhali problemləri barədə onu məlumatlandırır: "Orada camaat narahatdır. Təklif edirəm ki, camaatı ayağa qaldırmayaq. Narazılıqlardan biri odur ki, tikilən villaların hasarları özlərindən hündürdür. Məsələn, mən Binə yolu ilə gələndə görürəm orda evlər tikilir. Dünyanı gəzirəm, Amerikanın Ağ Evini görürük, hasarı-filan yoxdu. Camaat ağlayır ki, dənizin ətrafını hasarlayıblar, dənizi xalqın əlindən almaq olmaz. Allahın xalqa bəxş etdiyi dənizdir".
Z.Xanlarova deyib ki, kənd ərazisində aparılan hasarlamaya görə orda vəziyyət arzuolunmazdır: "Mən artıq qorxuram. Qorxuram ki, orada camaat ayağa qalxacaq. Əvvəldən deyirəm, sabah bir şey olsa, özünüz bilin".
Vitse-spiker Valeh Ələsgərov isə bildirib ki, Xəzəri çirkləndirənlər ayrı-ayrı obyektlərin sahibləridir. Vitse-spiker belə adamları sərt tənqid edib: "Onlar mənim üçün azərbaycanlı deyil. Azərbaycanlı olan hər kəs Vətənin təmizliyini, o cümlədən Xəzər dənizinin təmizliyini qorumalıdır".
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Zeynəb Xanlarova məmurların villalarından danışdı
25 Fevral 2014 15:06
Baxış: 4 428

DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: güclü motivasiya hiss edəcəksiniz
-
Rusiyada qardaşları öldürülən Seyfəddin Hüseynlidən açıqlama - VİDEO
-
Restoranlarda təhlükə: Qida təhlükəsizliyinə kim nəzarət edir?
-
Bu gün Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin doğum günüdür - FOTO
-
Azərbaycanda özündən böyük kişilərlə evlənən qızların sayı çoxalır - VİDEO
-
Günün qoroskopu: ailə ilə bağlı sürpriz hadisələr ola bilər
XƏBƏR LENTİ
-
Diş məcununu soyuducuya qoyun, görün nə olacaq
-
Zamiq qazancını buna xərcləyir
-
Azərbaycanda gəlinliklər niyə bahadır? - VİDEO
-
Arıqlama dərmanlarının ölümcül təsirləri: Mütəxəssislərdən xəbərdarlıq
-
Nəm salfetlər təhlükəlidirmi?
-
Dərinin qocalmasını ləngidən vitamin açıqlandı
-
Alimlər qoxunun xoş və ya xoşagəlməz olmasına beynin necə qərar verdiyini kəşf ediblər
-
Gənələrdən necə qorunmalı? - Sadə tədbirlər həyat xilas edə bilər
-
Xərçəngin bu növü Y nəslinin yeni kabusuna çevrilib
-
Avtomobilə uyğun yağı necə seçmək olar? - VİDEO
-
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
-
18 aylıq cəzadan sonra yenidən futbolda - göz yaşları sel oldu - VİDEO
-
Günün qoroskopu: güclü motivasiya hiss edəcəksiniz
-
Cəsədi Hövsandan tapılan gəncin əmisi danışdı - "Maşına baxırmış..." - VİDEO
-
Rusiyanın çirkin imperializmi: Azərbaycanlılara qarşı yeni aqressiya dalğası
-
Azərbaycanlıların saxlanılması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
-
"Hyundai"nin bu modelində ciddi problem aşkarlandı - Bakının benzininə "dözmür" - VİDEO
-
Rusiya nə etmək istəyir?
-
Türk Ordusuna hücum oldu - Yaralananlar var
-
Daha bir rayonda yasda ehsan verilməsi ləğv edildi
-
Rusiya baş nazirinin müavini Aleksey Overçukun Azərbaycana səfəri ləğv olunub
-
Benzema aktrisa ilə evlənir
-
Stress "evimizi yıxır"
-
Cümşüd tanınmış şirkətin əməkdaşı imiş - FOTO