Cəmiyyət

"Azərsu"ya işçi lazımdır

10 Fevral 2014 14:53
3 Şərh     Baxış: 2 536
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
"Azərsu" Açıq Səhmdar Cəmiyyəti (ASC) "Göyçay Sukanal" Törəmə Səhmdar Cəmiyyəti və "Şəki Sukanal" Törəmə Səhmdar Cəmiyyəti üçün baş mühasib vəzifələri üzrə vakant yerlərə işçi qəbulunu elan edir.

ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müsabiqədə 1 C mühasibatlıq proqramı ilə işləmək bacarığı və bu sahədə azı 3 il iş təcrübəsi olan, 25-45 yaşlarında, ali təhsilli, Azərbaycan və rus dillərini bilən vətəndaşlar iştirak edə bilərlər.

Namizədlər CV-lərini [email protected] e-mail ünvanına göndərməli və müraciət formasında iddia edilən vəzifənin adı "baş mühasib" göstərilməlidir. Şəxsi məlumatlar Azərbaycan dilində olmalı və burada əvvəlki iş yerlərindəki öhdəliklər barədə ətraflı məlumat verilməlidir.

İşə qəbul müsabiqə əsasında həyata keçirilir. Müsabiqənin birinci mərhələsi test imtahanı, ikinci mərhələsi isə "Azərsu" ASC-nin mütəxəssislərindən ibarət qrup tərəfindən keçirilən fərdi müsahibədən ibarətdir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.