Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan ali təhsil müəssisələrində yeni maliyyə mexanizmi tətbiq ediləcək
11 Fevral 2010 01:14
Baxış: 514
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, fərmanda sürətli dəyişikliklərin baş verdiyi hazırkı vaxtda cəmiyyətin sosial-iqtisadi tərəqqisində, rəqabətədavamlı insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan bilik iqtisadiyyatının qurulmasında ali təhsilin müstəsna rolu vurğulanır.
"Qloballaşmanın geniş vüsət aldığı müasir dövrdə hər bir ölkənin iqtisadiyyatının dinamik inkişafı, onun uğurlu gələcəyi, inkişaf etmiş ölkələr sırasına daxil olması həmin ölkədə təhsil səviyyəsi ilə müəyyən olunur. Bu cəhətdən ölkənin malik olduğu təbii sərvətlərin cəmiyyətin hərəkətverici qüvvəsi olan insan kapitalına çevrilməsi ali təhsil qarşısında duran müstəsna əhəmiyyətə malik əsas vəzifədir. Bütün bu amillər respublikada ali təhsil sahəsində islahatların istiqamətlərinin dünyada ali təhsilin inkişaf tendensiyalarına uyğun müəyyənləşdirilməsi zərurətini qarşıya qoyur."- deyə fərmanda deyilir.
Fərmana görə, 2010/2011-ci tədris ilindən başlayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə dövlət sifarişi əsasında həyata keçiriləcək. Dövlət sifarişinin formalaşdırılması ölkənin milli, mədəni, humanitar və tarixi dəyərləri, mövcud əmək bazarının xüsusiyyətləri və dövlətin perspektiv inkişafı amilləri nəzərə alınmaqla təmin olunacaq. Mülkiyyət formasından asılı olmayaraq qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələri dövlət sifarişinin yerinə yetirilməsində iştirak edə bilərlər.
Bundan əlavə, dövlət büdcəsinin vəsaiti hesabına dövlət sifarişi ilə ali təhsil müəssisələrində kadr hazırlığı adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçiriləcək. Hər il üçün ayrı-ayrı ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə dövlət sifarişi Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin aidiyyəti sahə nazirlikləri ilə razılaşdırılmış təklifləri əsasında müəyyənləşdiriləcək.
Azərbaycan Respublikası Nazirlər Kabineti dövlət sifarişinə uyğun olaraq aidiyyəti nazirliklərin təqdim etdiyi təkliflər əsasında hər il üçün ayrı-ayrı ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə tələbə qəbulunun proqnozunu təsdiq etməlidir.
Ali təhsil müəssisələrinə qəbul imtahanları nəticəsində müxtəlif ixtisaslar üzrə dövlət sifarişi ilə təhsil almaq hüququnu qazanan abituriyentlər mülkiyyət formasından asılı olmayaraq təhsil alacaqları ali təhsil müəssisəsinin seçimində sərbəst olacaqlar.
Fərmanda həmçinin Nazirlər Kabinetinə tapşırılıb ki, 2010-cu ilin martın 15-dək 2010/2011-ci tədris ili üçün dövlət sifarişi ilə tələbə qəbulunun proqnozunu təsdiq etsin; sonrakı illərdə isə hər il avqust ayının 1-dək növbəti və sonrakı üç tədris ili üçün dövlət sifarişi ilə tələbə qəbulu proqnozunun təsdiq olunmasını təmin etsin; ali təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi ilə bağlı qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikası Prezidentinə təqdim etsin; Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının iki ay müddətində bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin və bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
O cümlədən Azərbaycan Respublikasının Maliyyə, İqtisadi İnkişaf və Təhsil nazirliklərinə tapşırılıb ki, xarici ölkələrin müvafiq sahədə qabaqcıl təcrübəsini öyrənməklə respublikanın ali təhsil müəssisələrində adambaşına maliyyələşdirmə mexanizmini özündə əks etdirən normativ hüquqi aktların layihələrini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına tapşırılıb ki, 2010/2011-ci tədris ilindən başlayaraq dövlət sifarişi əsasında ali təhsil müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi ilə bağlı qəbul qaydalarında bu Fərmandan irəli gələn dəyişiklikləri aparsın və digər zəruri tədbirləri həyata keçirsin; dövlət sifarişi əsasında ali təhsil müəssisələrinə qəbul olunan tələbələrin vahid elektron məlumat bazasının yaradılmasını və zənginləşdirilməsini təmin etsin.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Sabah çimərliklərdə külək əsəcək
-
Temperatur 40 dərəcəyə qalxacaq - Proqnoz
-
Abşeron və Bakının bəzi ərazilərində su kəsiləcək
-
Sığorta şirkətləri 6 ayda 867 milyon manat topladı
-
"Son 2 ayda ölkəyə gətirilən botoks preparatlarında problem var" - İddia
-
Milli Qəhrəman Natiq Qasımovun 5 gün tək başına döyüşdüyü Alban məbədi - (Video)
XƏBƏR LENTİ
-
Müəllimini güllələyən şagirdin atası barədə qərar verildi
-
Elxan Qəhrəman Azərbaycanın Tacikistandakı səfiri təyin edilib
-
Xavyer Ernandesin yeni klubu bəlli oldu
-
Azərbaycan Qazaxıstana səfir təyin edib
-
Goranboyda ağır qəza - Yaralılar var
-
Lətifənin lüks brend seçimləri: Bahalı aksessuarlarını göstərdi - (Foto)
-
Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib
-
Özəl şirkətlər ƏDV hesablarındakı vəsaiti DSMF-yə yönəldə biləcək
-
Azərbaycan “Gəmilərin ballast sularının və çöküntülərinin idarə edilməsi və nəzarətinə dair” Beynəlxalq Konvensiyaya qoşulub
-
Prezident İlham Əliyev "Aviasiya haqqında" qanuna edilən dəyişiklikləri təsdiqləyib
-
Azərbaycan ilə Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında Müqavilə təsdiqlənib
-
Sabah çimərliklərdə külək əsəcək
-
Zinəddin Zidan Fransa millisinin yeni baş məşqçisi oldu
-
Yaponiyada 7 bal gücündə zəlzələ: Sunami təhlükəsi elan edildi
-
Türkiyədən gətirilən “Bilgam” məhsulu məhv edildi
-
Ronaldu serialda rol alacaq
-
Georgri Georgiyev: “Qarabağ” o qədər də güclü deyil”
-
Vladimir Putin Prezident İlham Əliyevə zəng edib
-
DSX-dən əməliyyat: 8 kq-a yaxın narkotik dövriyyədən çıxarıldı
-
Xalq artistinin əlini öpmək istədi, az qala yıxılacaqdı - (Video)
-
Üzeyir Abas saxlanıldı
-
Temperatur 40 dərəcəyə qalxacaq - Proqnoz
-
Penitensiar xidmət və DİN birgə əməliyyat keçirdi
-
Fransa alov içində: Makron yenidən ölkəni çıxılmaz vəziyyətə saldı