Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Məşhurların övladları": Ramiz Rövşənin oğlu kimdir?
18 Yanvar 2014 09:37
1 Şərh
Baxış: 9 515
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə...
Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da... Ümumiyyətlə, məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar...
Modern.az saytı "Məşhurların övladları" adlı rubrikasında ictimai, siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilgilərin təqdimatını davam etdirir.
Budəfəki təqdimatımız Azərbaycanın tanınmış şairi Ramiz Rövşənin oğlu Rövşən Əliyev (Rövşənoğlu) barəsindədir.
Qeyd edək ki, ədəbiyyatımıza öz möhürünü vurmuş şair Ramiz Rövşənin 3 övladı var:
2 qız, 1 oğlan. Şair oğluna 1961-ci ildə rəhmətə getmiş qardaşının adını verib - Rövşən.
Rövşən Ramiz oğlu Əliyev 25 mart 1980-ci ildə Bakıda anadan olub. 226 saylı orta məktəbi bitirib. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini 2000-ci ildə bakalavr, 2002-ci ildə isə magistr üzrə bitirib.
Universitetin bakalavir pilləsində təhsil aldığı müddətdə "525-ci qəzet"də işləyən Ramiz Əliyev mədəniyyətlə bağlı yazılar yazıb. Amma magistraturadan sonra fəaliyyətini jurnalistikaya deyil, elmlə məşğul olmağa yönəldib.
Bir çox publisistik yazıların, elmi məqalələrin müəllifi olan Rövşən Əliyev tərcüməçiliklə də məşğuldur. Bolqarıstanın eks-prezidenti Jelyu Jelevin "Faşizm" əsərini, dünya nəsrindən seçmələr toplusu olan "Yeddi məhbusun hekayəsi" kitabını Azərbaycan dilinə tərcümə edən şair oğlu bu və digər tərcümələrinə Rövşən Ramizoğlu imzası qoyub.
Rövşən Ramizoğlu ali təhsilini başa vurandan sonra Bakı Slavyan Universitetində (BSU) işə düzəlib. O, BSU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının baş müəllimi olub.
Rövşən Ramizoğlu elmi dərəcəsini işlədiyi BSU-da alıb, filologiya üzrə fəlsəfə doktorudur.
2012-ci ildən Azərbaycanı tərk edərək Türkiyənin Konya şəhərinə köçən Rövşən Ramizoğlu hazırda qardaş ölkədəki Səlcuq Universitetində dərs deyir,
O, 2013-cü ilin fevralında ailə həyatı qurub, Bakı Slavyan Universitetinin (BSU) laborantı Elnurə Verdiyeva ilə evlənib. Gənc ailənin hazırda Selcan adlı bir qızı var. Körpə 2013-cü il noyabrın 28-də dünyaya gəlib.
Rövşən Ramizoğlu həm də qlobal internet layihəsi olan Vikipediya-nın Azərbaycan dilindəki idarəçilərindən biridir.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

DİGƏR XƏBƏRLƏR
-
Cəfər Əsədova yüksək vəzifə verildi
-
ARD Azərbaycana qarşı: alman media təxribatının anatomiyası
-
Bakıxanov parkında nə baş verir? - İddialara aydınlıq gətirildi
-
Magistratura imtahanına hazırlaşanlar üçün VACİB XƏBƏR
-
Bu istiqamətə əlavə qatar reysləri təyin edildi
-
Hava qəfildən dəyişir - Xəbərdarlıq EDİLDİ
XƏBƏR LENTİ
-
"Qazancım yoxdur, geyimimə, layihələrə yatırım edə bilmirəm"
-
Millimiz dünya çempionatında ikinci qələbəsini qazandı
-
Cəfər Əsədova yüksək vəzifə verildi
-
ABŞ-də güclü zəlzələ oldu
-
Şəhid atası vəfat etdi - FOTO
-
Rövşən Muradov vəfat edib
-
“Mən olmasaydım, İsrail mövcud olmazdı”
-
Oğurladığı 10 mini görün nəyə xərclədi - VİDEO
-
Velosiped sürən uşağı maşın vurdu
-
Küveyt onlara 24 saat vaxt verdi
-
Kafedən oğrluq etməkdə şübhəli bilinən şəxslər saxlanıldı
-
20 yaşındakı arzusunu 30 il sonra gerçəkləşdirdi
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən tədbirlər silsiləsi uğurla davam edir - FOTO
-
Bakıda məşhur siqaret yoxa çıxıb - Satış nöqtələrində tapılmır
-
Azərbaycanlı müğənni saçlarını kəsdi - FOTO
-
Paşinyandan göyərçin şousu - VİDEO
-
PFL-in prezidenti postuna iddialı namizəd
-
Bakılı qadın Rusiyada nazir təyin olundu
-
Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir
-
Birləşmiş Krallığın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib - FOTO
-
Aİ və Azərbaycan yeni ikitərəfli saziş üzrə danışıqları bərpa edib - FOTO
-
ARD Azərbaycana qarşı: alman media təxribatının anatomiyası
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalı çərçivəsində estrada-caz axşamı keçirilib - FOTO
-
“Retro Dalğası” konsert proqramı tamaşaçılara unudulmaz anlar yaşadıb - FOTO