"Ərəb ölkələri Peyğəmbərimizin karikaturası çəkildikdən sonra, yəni Allahın sonuncu elçisi təhqir olunduqdan sonra önəm verməyə başladılar"İslam ölkələrində Məhəmməd Peyğəmbərin (s.ə.s) doğum günü ilə bağlı Mövlud həftəsi qeyd edilir. Dünya müsəlmanları Məhəmməd (s.ə.s) peyğəmbərin doğum gününü - Mövludu qeyd edirlər. Həzrəti Peyğəmbərin doğum günü rəbbiul-əvvəl ayının 12-17-nə təsadüf edən Mövlud gecəsidir. Mövlud gecəsi Ramazan və Qurban bayramlarından başqa müsəlmanların mübarək saydıqları beş gecədən biridir. Bunlar Rəcəb ayının ilk cümə gününə təsadüf edən Rəqaib gecəsi, həmin ayın 27-sinə təsadüf edən Merac gecəsi, Şaban ayının 15-nə təsadüf edən Bəraət gecəsi və Rəbbiul-əvvəl ayının 12-17-nə təsadüf edən Mövlud gecəsidir. Tarixi və dini mənbələrə görə Məhəmməd (s) peyğəmbər Məkkədə, Rəbiül-əvvəl ayının 12-də, bazar ertəsi gecəsi sübhə yaxın dünyaya gəlib (miladi-570-ci il).
Mövlud ərəb sözüdür - doğum, doğum yeri və zamanı anlamına gəlir. Məsələn, mövludun-Nəbi dedikdə hz. Peyğəmbərin (s) Rəbbiul-əvvəlin 12 və ya 17-nə təsadüf edən doğum gününü ifadə edir. Mücərrəd mənada işlədildikdə, sadəcə, hz. Peyğəmbərin (s.ə.ə) doğumunu ifadə edir. Hz. İsanın doğumuna "milad" deyildiyi kimi. Bu baxımdan bütün İslam dövlətlərində Peyğəmbərin (s.ə.s) doğum günü və bu gün münasibətilə mərasimlər keçirilir. Bu mübarək günün Azərbaycanda necə qeyd olunması ilə bağlı bizi maraqlandıran suallara Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) Fətva şöbəsinin fətva və mohizə üzrə aparıcı mütəxəssizi hacı Şamil Rəsulov cavablandırdı.
Milli.Az anspress-ə istinadən müsahibəni tqədim edir
- Məhəmməd Peyğəmbərin mövludu necə qeyd olunmalıdır?
- Allah-Təala Qurani Kərimdə buyurur ki, biz Səni yalnız və yalnız rəhmət olaraq aləmlərə göndərdik. Həzrəti Peyğəmbərin rəhmət olaraq bu dünyaya göndərilməsi, insanlara onun nə qədər nemət və dəyərli olduğunu Allah-Təala öz ayəsində bəyan edir. Biz həmin rəhmətdən pay aparmaq üçün Həzrəti Peyğəmbərin doğuş günündə gözəl və ibrətamiz məclislər təşkil etməliyik. Biz müsəlmanlar həm özlərimiz Həzrəti Peyğəmbərin gətirdiyi dəyərləri öyrənməliyik, həm də qeyri-müsəlmanlar İslamın və peyğəmbərin hansı dəyərlərə malik olduğunu öyrənməlidirlər. Ona görə də müsəlmanlar, xüsusilə məscidlər Həzrəti Peyğəmbərin mövludunu çox gözəl şəkildə qeyd etməlidirlər.
Əvvəllər İslam dövlətlərində Həzrəti Peyğəmbərin mövlud gününü qeyd etmirdilər. Əsasən, Azərbaycan da, İranda, İraqda peyğəmbərin mövludu anılırdı. Məhəmməd Peyğəmbərin karikaturası çəkildikdən sonra, yəni Allahın sonuncu elçisi təhqir olunduqdan sonra önəm verməyə başladılar. Ərəb dövlətlərinin müftiləri Məhəmməd peyğəmbəri özünə layiq şəkildə aləmə təqdim etmək və nümunəvi şəxsiyyət olaraq tanıtdırmaq üçün rəsmi olaraq mövlud həftəsi keçirməsinə qərar verdilər və başladılar açıq-aşkar təmtəraqlı məclislər təşkil etdilər, küçələr bəzədildi, şənliklər təşkil edildi.
- Bildiyiniz kimi Həzrəti Peyğəmbərin mövludu rəbbül-əvvəl ayının 12 və ya 17-si tarixlərinə təsadüf edir. Bununla bağlı müxtəlif rəvayətlər olduğu üçün bu mübarək günü sünnilər 12-də, şiələr isə 17-də qeyd edirlər. Bu müsəlmanlar arasında anlaşılmazlığa səbəb olmazmı?
- Artıq neçə illərdir ki, Müsəlmanlar bu həftəni Vəhdət Həftəsi olaraq elan ediblər. Bununla bağlı dünyada məzhəblər arası yaxınlıq tədbirləri keçirilir. Bu həftələrlə bütün dinlərin nümayəndələri dəvət olunur və müsəlmanların bir-birinə mehribançılığı, hətta qeyri-müsəlmanlara olan ehtiram nümayiş edilməlidir.
- Peyğəmbərin mövludu Türkiyədə çox geniş şəkildə qeyd olunur. Bəs Azərbaycanda hansı tədbirlər, məclislər təşkil edilir?
- Sovet dövründən fərqli olaraq Azərbaycanda çox şükür ALLAHA indi bütün məscidlərimiz fəaliyyət göstərir. Qafqaz Müsəlmanlar İdarəsi axundlarımıza tövsiyə olaraq Həzrəti Peyğəmbərin mövludunu qeyd etməyi tapşırıq verib. Məscidlərdə ayın 12-dən 17-dək məscidlərdə Vəhdət Həftəsi adı altında məclislər keçirilir.
- Bu məclislərdə ancaq həmin məscidlərə gedənlər, yəni ancaq dindarlar iştirak edirlər?
- Bəli, demək olar ki, elədir.
- Amma Türkiyədə bizdən fərqli olaraq bu, geniş miqyasda təşkil edilir. Hər kəs bir-birini təbrik edir, teleproqramlar Məhəmməd Peyğəmbərin mövludu ilə bağlı xüsusi buraxılışlar hazırlayırlar. Bizdə də daha açıq və geniş şəkildə qeyd olunsa, insanlar bundan daha çox faydalanmazmı?
- Televiziyaları deyə bilmərəm. Bəlkə də hansısa bir verilişlər müsahibələr götürəcəklər dindarlardan. Ancaq Türkiyə kimi bizdə rəsmi olaraq bunlar təşkil olunmur. Biz gənc dövlət olduğumuzdan vaxt tələb edən məsələdir. İnşALLAH gələcəkdə bunlar hamısı öz yerini tapacaq.
- Mövlud gecəsi insanlar nə etməlidirlər?
- Necə ki, Qurani-Kərimdə Allah-Təala bizə buyrulur ki, hər bir işdə Həzrəti Peyğəmbər bizə nümunə gətirilməlidir. Məhəmməd peyğəmbərin həyatına baxdıqda görürük ki, öz gecələrini xüsusi ibadətlə keçirmişdi. Gündüzlərini oruc, gecələri namaz qılmaqla keçirib. Və bu günlərdə insanlar Quran oxusunlar, çoxlu namaz qılsınlar, dualar etsinlər və mümkün olduğu qədər peyğəmbərin həyatı haqqında məlumatlar əldə etsinlər.
Milli.Az
Cəmiyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Məhəmməd Peyğəmbərin (s.ə.s) mövludu Azərbaycanda necə qeyd olunur?
13 Yanvar 2014 15:31
2 Şərh
Baxış: 2 893

DİGƏR XƏBƏRLƏR
-
"Keyfiyyətsiz kosmetika məhsulları xərçəng yaradır" - Açıqlama
-
"Formada qalmaq istəyirsinizsə beyninizi aldadın" - Dietoloqdan açıqlama
-
Bu kommunal ödənişləri Tarif Şurası müəyyən etməyəəcək - Səlahiyyəti azaldıldı
-
“50% endirim” yazısına aldanmayın - Mütəxəssislərdən XƏBƏRDARLIQ
-
Bu meyvə UCUZLAŞA BİLƏR
-
Parisdə şəhid jurnalistlərin xatirəsinə təşkil edilən sərgi böyük əhəmiyyət daşıyırdı – şəhid Məhərrəm İbrahimovun qardaşı - FOTO
XƏBƏR LENTİ
-
Bakıdakı 250 nömrəli məktəbdə valideynlərdən pul yığıllır? - VİDEO
-
"Sən onun adını deyəndə mən xəcalət çəkirəm"
-
Daha bir qəsəbədə qaz olmayacaq - XƏBƏRDARLIQ
-
Fransada etirazlarda 180-dən çox şəxs saxlanıldı
-
"Benfika ilə öz səviyyəmə geri döndüm"
-
"Keyfiyyətsiz kosmetika məhsulları xərçəng yaradır" - Açıqlama
-
Canlı yayımda qeyri-etik ifadələr işlədən ana ilə bağlı - DİN-dən açıqlama
-
Xatirənin "zapravka"da işçi ilə dialoqu diqqət çəkdi - VİDEO
-
1000 hərbçinin cəsədini verib, 24 rusiyalı əsgər təhvil aldılar
-
Bu federasiyanın rəhbər heyəti istefa verdi - SİYAHI - FOTO
-
Suriyanın XİN rəhbəri ABŞ-yə getdi - 25 ildə ilk dəfə
-
Oktyabrı bolluq və bərəkət içində yaşayacaq 5 BÜRC
-
Mourinyo rəsmən "Benfika"da - maaşı açıqlandı - FOTO
-
Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025: Sürət həvəskarları Pit zolağı gəzintisində - FOTO
-
"Formada qalmaq istəyirsinizsə beyninizi aldadın" - Dietoloqdan açıqlama
-
Bu məktəblərdə şagirdlər universitetə pulsuz hazırlaşacaqlar - SİYAHI
-
78 yaşında peşə məktəbinə qəbul oldu
-
DİN-dən əməliyyat - Qumar şəbəkəsi çökdürüldü - VİDEO
-
Direktorlara şad xəbər
-
Azərbaycanda film kimi cinayət - 71 yaşlı qadını sandığa görə öldürdülər - qonşusu saxlanıldı
-
AMEA-nın həyətində zəncirvari qəza - FOTO
-
Bu kommunal ödənişləri Tarif Şurası müəyyən etməyəəcək - Səlahiyyəti azaldıldı
-
Pezeşkian: "Türk olduğum üçün fəxr edirəm" - FOTO
-
Tramp Ermənistanı bu ölkə ilə səhv saldı - Paşinyanın reaksiyası...