"Bulvar" kəlməsinin kökü almanların "bollwerk" dedikləri "möhkəmləndirilmiş torpaq hasar"dan bəri gəlir. Fransızlar bu qaba, ordu əmrlərini, əsgər çəkmələrinin döyəclənməsini xatırladan sözünü sonradan "boulevard" etdilər və bizlər də yaxşı kəlmələri aldığımız fransızlardan bu sözü əlborcu götürərək etdik "bulvar".
Milli.Az Bakı bulvarındakı sevgi etiraflarını təqdim edir. Və bu fotolara baxdıqca əmin olursan ki, sevgiyə aparan ilk addım həyəcandırsa, sonrakı məqam etirafdır. Sevginizi dilə gətirməkdən çəkinməyin. Sükutunuzu anlamayan sözlərinizi bəlkə anlaya... Çünki qarşılıqlı hiss insanın başına gələ biləcək ən xoş hadisədir. Bakı bulvarındakı daşlarda izlərini qoyan, nə zamansa bura qayıdacağını düşünən insanların gözləntiləri təki.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.













Foto: Anar Məmmədov