Cəmiyyət

Milli Elmlər Akademiyası doktoranturaya sənəd qəbulu və imtahanların vaxtını açıqladı

20 Noyabr 2013 19:11
0 Şərh     Baxış: 3 461
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycan Milli Elmlər Akademiyası doktoranturaya sənəd qəbulu və imtahanların vaxtını açıqlayıb
APA-nın xəbərinə görə, bu barədə AMEA-nın akademik katibi, müxbir üzv Rasim Əliquliyev Rəyasət Heyətinin növbəti iclasında məlumat verib.

O bildirib ki, noyabr ayının 25-dək doktoranturaya qəbul haqqında elan dərc olunacaq, dekabr ayı­nın 20-dək sənədlərin qəbulu aparılacaq. Dekabr ayının 25-dən isə qəbul imtahanları başlayacaq: "Akademiyada doktorantura yolu ilə fəlsəfə doktoru hazırlığı üzrə 205 yer ayrılmışdır. Onlardan 126-sı əyani, 79-u qiyabidir. Elmlər doktoru hazırlığı üzrə isə 72 qiyabi yer nəzərdə tutulur. Büdcə hesabına dissertantura yolu ilə fəlsəfə doktoru hazırlığı üzrə 231 və elmlər doktoru hazırlığı üzrə 115 yer müəyyən olunub".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.