Cəmiyyət

Azərbaycanda bakalavrların təhsil proqramları dəyişdirilir

14 Noyabr 2013 14:05
0 Şərh     Baxış: 815
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Azərbaycanda ali təhsilin bakalavriat səviyyəsində bütün ixtisaslar üzrə təhsil proqramları yenilənəcək.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"na müvafiq olaraq, 2009-cu ildə bakalavriat səviyyəsi üzrə bütün ixtisasların təhsil proqramları təsdiqlənib. Ancaq həmin vaxtdan 5 il keçdiyindən proqramların yeniləşdirilməsinə ehtiyac yaranıb.

Bununla əlaqədar olaraq, mütəxəssislər tərəfindən bakalavriat səviyyəsindəki bütün ixtisaslar, o cümlədən pedaqoji ixtisaslar üzrə yeni təhsil proqramları hazırlanır. Həmin proqramlar hazırlanacaq mütəxəssislərin bilik, bacarıq və kompetensiyalarına əsaslanacaq.

Ancaq bakalavriat səviyyəsindən fərqli olaraq, magistratura üzrə ixtisasların təhsil proqramlarının dəyişdirilməsinə ehtiyac yoxdur:

"Təhsil Nazirliyinin 1463 nömrəli 31 avqust 2012-ci il tarixli əmri ilə magistratura səviyyəsinin bütün ixtisasları üzə təhsil proqramları təsdiq edilib. Onların yenidən hazırlanmasına və ya təkmilləşdirilməsinə lüzum yoxdur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.