Yəqin ki, çox işi görmək qabiliyyəti olan tozsoranlar haqqında eşitmisiz. Bu tozsoranlar açıqda satıldığı qədər, gizli şəkildə də evləri gəzir və insanların ağlını başından aldıqdan sonra fantastik qiymətə ev yiyəsinə sırınır. Bəli, sadə görünsə də, qat-qat bahalı qiymətlə insanlara satılan bu məhsulun arxasında bilmədiyimiz gizlinlər var. Qafqazinfo üçün apardığım araşdırma ortaya maraqlı faktlar çıxarır. Qanunu bol ölkədə illərdir, açıq-aşkar insanların aldadılması isə heç təəccüb doğurmur. Əvvəlcədən deyim ki, qeyd etdiklərimin məqsədi kiminsə çörəyinə bais olmaq deyil, sadəcə haram qazancla məşğul olan insanlardan elə insanların özünü qorumaqdır. Məlumatlı olun və aldanmayın!
"Şirindil qız, fokus göstərən gənclər...."
Əvvəllər dəfələrlə evlərə gəlib kiminsə xalçasını pulsuz yuyan, divanını, döşəyini təmizləyən firmaların nümayəndələri haqqında eşitmişdim. O qədər istədim ki, öz başıma da gəldi. Sözsüz ki, bunu arzulamaqda məqsədim havayı işin arxasında nələrin dayandığını bilmək idi. Budur, günlərin birində, döyülən qapımızı açdım. Qarşımda mehriban, şirindil və "dilotu yemiş" bir gənc qızla rastlaşdım. Qız verdiyim suallardan yayınaraq, yalnız evə daxil olmağını istəyirdi. Etiraz etmədim. Nə isə... Qız həmin məşhur tozsoranın antiallergik və çoxfunksiyalı olduğunu dəfələrlə təkrarlasa da, qiymət və ödəniş barədə heç nə demədi. Məndən səbirli olmağımı istədi. Razılaşdıq. Bir neçə saat sonra "dilotu yemiş" qız arxasında da bir neçə gənc oğlanla gəldi. Qız daha çox reklam işinin olduğunu bildirdi. Belə çıxdı ki, insanlardan evə daxil olmaq iznini bu qız alır. Daha sonra əsas komanda gəlir. Evə əlində iri çomadanla daxil olan gənc( digər gənc yeni idi, o hələ "fırıldaq dərsi"ni öyrənirdi) təmizləyəcəyi otağın yerini öyrəndi. Avadanlıqlarını çıxaran, satış təmsilçisi deyilən şəxs (adını vermək istəməzdim) əvvəlcə bizə çoxfunksiyalı tozsoran haqqında məlumat verdi. "Kirby" tozsoranların elə bu adda amerikalı kişi tərəfindən kəşf olunduğunu( böyük "kəşf"), tozsoranın təkcə təmizləmək qabiliyyətinin olmadığını, həm də massaj etmək, xalça yumaq, döşək çırpmaq gücünün olduğunu bəyan etdi. Gənc oğlan reklam işini xüsusi məharətlə görürdü. Xalçadan, divardan çıxan tozları az qala gözümüzə "soxurdu", tez-tez də "uşaqların, özünüzün sağlamlığını istəyirsinizsə, bunu mütləq alın", deyirdi. Gənə (kleş) təsviri olan şəkilləri bizə paylayıb, sən demə bizim gözəgörünməyən gənə içində yaşadığımızı heyrətlə bildirirdi. Uzun sürən reklam işinin sonunda əsas məsələyə gəldik. Özü də, oğlan tozsoranın qiymətini üzümüzə yox, vərəqdə təqdim etdi. Qiymət də ki, 3900 manat. Bu rəqəmi görən sadə insan necə təəccüblənməz ki? Amma satış təmsilçisi bizi psixoloji cəhətdən yumşaltmağa çalışdı və "tələsməyin, ilkin ödənişdə şərtlərimiz var", dedi. Bilirsiz, ilkin ödəniş nə qədərdir? Güya endirimlərdən sonra 1900 manat olub. Həmin gəncə Azərbaycanda minimum əməkhaqqının nə qədər olması haqqında sual verdim. Oğlan isə bilməsə də, özünü sındırmadı. Hazırcavablıq edib, "biz bunu ucuz satsaq hamı alar, baha satırıq ki, imkanlı ala bilsin", dedi. Ona bu "məntiq"in əzbər edildiyi hər halından bəlli olurdu. Daha sonra oğlan ayda on dənə, bəzən də çox satdığını, əvəzində isə əməkhaqqından əlavə 1000 manat bonus aldığını bildirdi. Yaxşı işçinin xaricə gedib dincəlməyinin mümkünlüyünü dedi. Qarşısındakıların malı alması üçün "min dil tökdü". Üsul və vasitələrinin heç cür "işləmədiyini" yəqin edəndə, başağrısı tutdu, hətta verdiyim dərmanın ağına-bozuna baxmadan mədəsinə göndərdi. Satış menecerinin mədəniyyətinə, nəzakətinə söz ola bilməzdi, gənc oğlanın peşəkarlığı, pul hərisliyi də sözsüz var idi. Dediyinə görə, həmin gün ərzində bizim yaşadığımız binada bir nəfər nəğd qiymətə tozsorandan birini almışdı. Buna heç təəccüblənmədim. Normal, sadə həyat tərzi keçirən insanın evində bu pulun olması və belə "fərasətli" tozsorana bir dəfədə 3900 manat sayması qeyri-mümkündür. Bunu alanlar içində, əlbət ki, rüşvətxoru da, haramzadası da olmalıdır.
Tozsoranlar ancaq ev marketinqi yolu ilə satılır, Səbəbsə.....
Baş verənlərdən sonra "Kirby" tozsoranlarının kim tərəfindən satıldığı barədə araşdırmaya başladım. Məlum oldu ki, adı çəkilən tozsoranlar 2006-cı ildən(işçisi isə 9 il deyir) fəaliyyət göstərən Lux Life Group( "luks həyat" qrup) adlı şirkət tərəfindən satılır. Başqa sözlə, şirkət mallarını ancaq ev marketinqi yolu ilə-evləri gəzərək satır. Əslində buna sırımaq, insanları hipnoz edib satmaq desək daha doğru olardı. Çünki eyni funksiyalı tozsoranların qiyməti bazarda 300-550 manat arasında dəyişir. Tozsoranın öz markası isə 2000 manata satılır. Evləri dolaşan gənclər isə bu malı dəfələrlə baha qiymətə təklif edirlər. Səbəbsə məhsulların sırf ABŞ istehsalı olduğu gətirilir. Tozsoran aldıqdan sonra qaytarılmır, 40 illik zəmanəti var, hissələri kosmonavtların geyimi hazırlanan materialdan istehsal olunub. Hər hansı bir yardım olsa yalnız verilmiş telefonla əlaqə saxlamaq olar. Şirkətin ofislərinin yeri gizli( göstərilən ünvanda tapmadım) saxlanılır. Tozsoranı alanlar şirkətə gələ bilməzlər, ödənişi banklar vasitəsiylə həyata keçirə bilərlər. Deyilənə görə, pul daha çox İran Banklarının buradakı filialları vasitəsiylə ödənilir, şirkət sahibləri dindar adamlardır, faiz söhbəti etmirlər. Bu qiymətdə ev, məişət əşyasını satanların "vicdanlı" olmasından irəli gəlir.
Başqa bir məsələ də var ki, internet şəbəkələrdə şirkətdə vakant yerlərin olduğu bəyan olunur, 18-30 yaşlı gənclərə iş təklif olunur. İşçilərə xüsusi təqlidlər, alıcını ovsunlamaq dərsləri keçirilir. Bacarıqlı olmayan, satış cədvəlini doldura bilməyən avtomatik işdən azad olunur. Bu da, gənclərimizə açılan "fürsətlər"dir. Bizim gənclərə kələk, fırıldaq və insanların halal və ya haram yolla qazandıqları pullu mədəni şəkildə "oğurlamaq" öyrədilir. Əhsən.
Hazırda "Kirby" şirkətinin(1914-cü ildən) baş ofisi ABŞ-ın Klivlend şəhərindədir. Azərbaycanda bu məhsulu təbliğ edən şirkət rəhbərliyinə gəldikdə isə deyilənə görə, bu tozsoranları ölkəyə iki qardaş gətirir. "Kirby-Azərbaycan" öz distribyutorluq fəaliyyətinə görə 80 ölkə arasında həmişə qabaqda olub. Qabaqcıl şəxs kimi Fərid Najiyev adlı şəxs göstərilir.
"Belə satış quranların arxasında böyük adamlar durur"
Məsələylə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da narahatdır. Eyyub müəllim deyir ki, bir müddət əvvəl bunabənzər problemlə bağlı şikayət olmuşdu. "Həmin tozsoranın işi beləydi ki, tozsoran gün ərzində evdə olan tozları sovurmaq qabiliyyətinə malik idi. Tozsorana bərkidilmiş qabın içindəki suyun getdikcə qaralması məişət texnikasının "möcüzəsi"ni göstərirdi. Həmin şikayətçi qadına tozsoran 4000 manata satılmışdı. O, isə bir az sonra aldığı məhsuldan narazı qalmışdı. Mən maraqlandım, hətta Almaniyada həmin tozsoranı satan şirkət nümayəndələri ilə görüşdüm. Məlum oldu ki, bu tozsoranın satış qiyməti 300 avrodur. Ümumiyyətlə, indi bir çox ölkədə olduğu kimi bizdə də, müxtəlif markada olan məhsular imitasiya olunaraq satışa çıxarılır. Ev marketinqi ilə insanlar aldadılır. Səbəbsə, qanunsuz, gizli fəaliyyət yolu ilə küllü miqdarda pul qazanmaqdır. İnsanlar məlumatlanmalı və belə fırıldaqçılara inanmamalıdırlar."
Ekspert qismində çıxış edən və məişət cihazlarının emalı üzrə mütəxəsis Əsəd müəllim də insanları diqqətli olmağa çağırır. Onun sözlərinə görə, tozsoranın bu qiymətə satılması absurddur. Nə qədər bahalı material və hissələri olsa belə, bütün tozsoranlardakı funksiya oxşardır. "Qaldı ki, insanlara bu qiymətə məişət əşyasının satılmasına, həmin şirkət istehlakçı hüquqlarını və qanunları kobud şəkildə pozur və əlbət ki, bunu edənlərin arxasında böyük adamlar durur."
Bəs havada olan tozdan və ya yataqdakı gözəgörünməz gənələr, mikroblardan bir tozsoranla can qurtarmaq olarmı? Allergioloq Sevda xanımsa deyir ki, mikroblardan birdəfəlik can qurtarmaq mümkün deyil. "Onlar təbiətin özündə, evdə hər yerdə var. Müntəzəm təmizlik, gigiyena ilə mübarizə aparmaq olar. Belə tozsoranın işinə isə şübhəylə yanaşıram."
Dünyanın bir çox ölkəsində eləistehsalçı olan ABŞ-da "Kirby"-yə qarşı ittihamlar olub. Təkcə 1998-2001-ci ildə ABŞ-ın Alabama ştatında 100-dən çox məhkəmə çəkişməsi olub.
Onu da qeyd edim ki, Rusiyada da "Kirby" tozsoranı ilə bağlı dəfələrlə qalmaqal baş verib. İddiaçı tərəf olan alıcılar tozsoranın heç də trend, luks olmadığını faktlarla sübut etmişlər. Buna baxmayaraq "Kirby"-yə uduzmuşlar. Rusiya telekanalının nüfuzlu "İnsan və Qanun" verilişi də vətəndaşları xəbərdar edib.Tozsoranın "qabiliyyəti" barədə bu video çarxdan da məlumat əldə edə bilərsiz. Yəqin ki, şirkətin və aidiyyatlı dövlət orqanlarının da deməyə sözü olacaq.
Qafqazinfo.az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avtomobil qiymətində olan tozsoran fırıldağı... - ARAŞDIRMA
11 Noyabr 2013 11:21
29 Şərh
Baxış: 18 690
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
DİGƏR XƏBƏRLƏR
-
"Yeni Klinika"dan Barat Yusubovla bağlı açıqlama
-
Bir maşın odun 500 manatdan başlayır - Qubada sakinlər qazsızlıqdan əziyyət ÇƏKİR
-
Metrodakı hadisədə xəsarət alanlar OLUB
-
Pensiyalar ÖDƏNİLDİ
-
Leyla Əliyevanın təşəbbüsü ilə icra edilən “Gənc arıçı” layihəsinin növbəti ünvanı Yevlax olacaq
-
Bakıda tam təmirli 237 ədəd mənzil satışa ÇIXARILIR
XƏBƏR LENTİ
-
Vüsalə aksessuarlar və çantasının içindəkiləri göstərdi - VİDEO
-
“Fitch” Azərbaycanda iqtisadi artım proqnozunu açıqladı
-
"Yeni Klinika"dan Barat Yusubovla bağlı açıqlama
-
Lopezin oğlunun son halı hər kəsi qorxutdu: "Bu, fotoşopdur?" - FOTO
-
İşdən çıxarılan Rəşad Əhmədalıyevin böyük sərvəti ortaya ÇIXDI - Siyahı adamı heyrətləndirir
-
Bir maşın odun 500 manatdan başlayır - Qubada sakinlər qazsızlıqdan əziyyət ÇƏKİR
-
ABŞ-İran qarşıdurması yenidən alovlandı
-
Metrodakı hadisədə xəsarət alanlar OLUB
-
Hörmüzdə gərginlik artır - İran ABŞ-ni ittiham etdi
-
74 yaşlı kişi faciəvi şəkildə ÖLDÜ
-
Dünyanın ən gözəl qadını o seçildi - FOTO
-
Əməkdar artist uzun zaman sonra GÖRÜNTÜLƏNDİ - VİDEO
-
Tural Qasımovun ASC-si ləğv EDİLDİ
-
Pensiyalar ÖDƏNİLDİ
-
Leyla Əliyevanın təşəbbüsü ilə icra edilən “Gənc arıçı” layihəsinin növbəti ünvanı Yevlax olacaq
-
Təhdid xarakterli paylaşım edən məktəbli SAXLANILDI
-
Efirdə Aslan Hüseynovdan danışıb KÖVRƏLDİ - VİDEO
-
Bakı metrosunun stansiya rəisi ÖLDÜ
-
Atəşkəsin bitməsinə saatlar qala Trampdan İranla bağlı MESAJ
-
Yepiskop bu dəfə mənzil iddiası ilə məhkəmədə - Mülk əslində kimindir?
-
Bakı metrosunda baş verən hadisədə insan itkisi OLUB? - RƏSMİ
-
Tanınmış aktrisa iş adamı ərindən boşanır - FOTO
-
"60 yaşdan sonra sənətdən və toydan gedəcəyəm"
-
Bakıda tam təmirli 237 ədəd mənzil satışa ÇIXARILIR





