Cəmiyyət

Qüslün müstəhəb şərtləri hansılardır?

1 Noyabr 2013 22:02
1 Şərh     Baxış: 1 146
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Məşhur fiqh kitablarından olan "Ürvətül-vüsqa"da qüslün (cənabət qüslünün) müstəhəb şərtləri barədə bəzi qeydlər vardır. Məsələn, qüslə "Bismillahir-Rəhmanir-Rəhim"lə başlamaq, qüsldən əvvəl əlləri üç dəfə yumaq (qolları dirsəyə kimi və ya qolun yarısına kimi üç dəfə yumaq daha yaxşıdır).

Milli.Az İslam.az-a istinadən bildirir ki, bundan sonra üç dəfə ağıza və buruna su almaq müstəhəbdir, bunu bir dəfə etmək də olar. Qüsl alanda su ilə yaxşı islatmaq üçün əli bədənə sürtmək də müstəhəbdir. Həmçinin, qüsl alan zaman aşağıdakı duaları oxumaq da müstəhəb sayılıb: "Allahümmə tahhir qalbi və təqabbəl sə'yi vəc'əl ma indəkə xeyrən li. Allahümməc'əlni minət-təvvabinə vəc'əlni minəl-mütətəhhirin". (Allahım, qəlbimi pak et, sə'yimi məndən qəbul et, Sənin yanındakı nemətləri mənə xeyirli et. Allahım, məni tövbə edənlərdən və paklanmışlardan et). "Allahümmə tahhir qalbi vaşrəh sadri və əcir əla lisani midhətəkə vəs-sənaə əleyk. Allahümməc'əlhu li təhurən və şifaən və nura. İnnəkə əla külli şey'in qədir" (Allahım, qəlbimi paklandır, sinəmi yar (yəni mərifətinlə genişləndir), Sənin mədh-sənanı dilimdən cari et. Allahım, bu qüslü mənim üçün paklıq, şəfa və nur qərar ver. Həqiqətən, Sən hər şeyə qadirsən).

Bunlardan əlavə, qüsl alan zaman fitə geyinmək də müstəhəb sayılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.