Cəmiyyət

Azərbaycanda maşınları tüninq etmək olarmı?

22 Oktyabr 2013 01:30
0 Şərh     Baxış: 10 236
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı şəhərində görkəmi dəyişdirilmiş avtomobillərə tez-tez rast gəlmək mümkündür. Xüsusi həvəskar olan sürücülər eksklüziv avtomobilə sahib olmaq üçün köhnə, ucuz, eyni zamanda təzə maşınları tüninq edirlər. Belə olan halda bəzən maşının markasını belə, müəyyən etmək mümkün olmur. Milli.Az-a müraciət edən oxucu da, Azərbaycanda tüninq maşınların sürülməsinə icazənin olub-olmamasını öyrənmək istəyir.

Tüninq işləri ilə məşğul olan şirkətlərdən birinin Elçin adlı əməkdaşı Milli.Az-a açıqlamasında bildirdi ki, tüninq edərkən mühərrikdən tutmuş buferinə qədər avtomobildə dəyişiklik edilə bilər. Onun sözlərinə görə, Azərbaycanda mühərrikə müdaxilə edilməsinə icazə yoxdur, daha çox avtomobillərin xarici görkəmi dəyişdirilir.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Milli.Az-a açıqlamasında bildirdi ki, avtomobillərin xarici görkəminin dəyişməsinə səbəb olan hər hansı dəyişikliyə icazə verilmir.

Şöbə rəsinin sözlərinə görə, qanunvericilik avtomobillərin xarici görkəminin dəyişdirilməsini qadağan edir. Avtomobilin markasının tanınmaz hala gətirilməsinə, ümumiyyətlə, icazə verilmir. Avtomobildə dəyişiklik edilirsə, onun istismarına icazə verilməyəcək.

"Bəzən olur ki, maşının bufer hissəsində edilən dəyişilklik avtomobilin zahiri görkəminə təsir etmir. Ancaq maşının ümumilikdə tam formasının dəyişdirilməsinə qanunla icazə verilmir", - deyə K.Əliyev vurğuladı.

Şöbə rəisi qeyd etdi ki, avtomobil sahibi tüninq etmək istəyirsə, görəcəyi işlər barədə polisə müraciət etməlidir. Sürücü ərizəsində etmək istədiyi dəyişiklikləri qeyd etməlidir. Əgər xarici görkəmənin dəyişilməsinə səbəb olmayan dəyişiklik olarasa, bu zaman məsələyə baxıla bilər.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.